Yəqinin əlamət və təsirləri |
Müəllif: Admin | Bölmə: Yəqinin dərəcələri | Vaxt: 2-02-2013, 01:09 | Şərh sayı: (1) | Baxılıb: 4630
Yəqinin əlamət və təsirləri
Daim insanı aldatmaqda olan şeytan mümkündür ki onu özünə yəqin əhli kimi tanıtdırsın və insan öz-özlüyündə elə bilsin ki artıq imanında yəqin mərhələsinə çatmışdır. Elə bu səbəbdən də əsl iman və yəqinin bir sıra nişanələri vardır. Hansı ki əgər bir insanın qəlbində əsl iman və yəqin ağacı əkildisə onun meyvələri bunlar olacaqdır:
1.İman və yəqin əhli daim Allahı razı salmağa çalışır və heç bir vaxt istəmir ki camaatı razı salmaqla Allahın qəzəbini qazansın. Bundan əlavə məhrum olduğuna görə, habelə camaat ona maddi kömək göstərmədiyi üçün şitayətlənmir və onları qınamır. İslam Peyğəmbəri buyurur: “Allahın qəzəbi ilə camaatı razı salmamaq və Allahın ona əta etməməsinə görə başqalarını qınamamaq müsəlmanın düzgün iman və yəqinindəndir. Çünki ruzi hərisliklə gəlmir və ikrahla da geri qayıtmır. Əgər bir nəfər ruzisindən ölümündən qaçdığı kimi qaçırsa ölüm onu gəlib tapdığı kimi ruzi də onu tapacaqdır.”
2.İman və yəqin əhli qısa arzulara, əməldə ixlasa və dünyada zöhdə sahibdir. Əli (ə) buyurur: “Qisa arzular, xalis əməl və dünyada zahidlik yəqinin nişanəsidir.”Yenə də O həzrət belə buyurur: “Dostlarından ayrılıb torpaqda məskunlaşdığını və hesabla üzləşəcəyini yəqin bilən şəxs az arzuya və çox əmələ daha artıq həvəs göstərər.” İmam Sadiq(ə) və İmam Rza (ə)-dan “Divarın altında iki yetim qulama məxsus bir xəzinə var idi” ayəsinin təfsirində belə bir hədis nəql olunur ki “o qızıl və gümüş xəzinəsi deyildi. Əksinə orada dörd kəlmə var idi: Məndən başqa Tanrı yoxdur, ölümə yəqini olan şəxsin şadlanmasına, qədərə yəqini olan şəxsin kədərlənməsinə və dünya həyatının dəyişgənliyini görən şəxsin ona etibar etməsinə təəccüb edirəm.”
İslam Peyğəmbəri (s) buyurur: “Yəqin əhlinin əlamətləri bunlardır: 1.Allaha həqiqi yəqini olan şəxs ona iman gətirər. 2. Ölümün haqq olduğunu yəqin bilən şəxs ondan qorxar. 3. Cənnətin haqq olmasına yəqini olan şəxs ona qarşı şövqlü olar. 4. Cəhənnəm odunun haqq olmasını yəqin bilən şəxs ondan xilas olmaq üçün səy göstərər. 5. Hesabın haqq olmasına yəqin edən şəxs özünü hesaba çəkər.”
3.Yəqin əhli öz işlərində Allahdan qeyrisinə diqqət etmir, öz istəklərini Ondan başqasının yanında axtarmayıb yalnız Ona etimad göstərir. Allahın qüdrətindən başqa bütün qüdrətlər onun gözündə etibarsız və dəyərsizdir. O, özündən heç nə bilmədiyi kimi nə özünü və nə də başqasını işin səbəbkarı kimi görmür. Düzdür ki Allah vasitə ilə ehtiyacları təmin edir, lakin bunu vasitədən gördüyü üçün insanın çox vaxt diqqəti əsl səbəbkar və mənbədən həmin vasitəyə sarı yönəlir. Amma yəqin əhli vasitədən görsə də, lakin ondan bilmir. Onu sadəcə bir iş icraçısı olaraq qəbul edir. Kufə şəhərində çoxlu miqdarda borcu olan bir şəxs tələbkarların qorxusundan evdə gizlənmək məcburiyyətində qalır. Bir gün gecə yarı evdən çıxaraq məscidə üz tutur və orada ağlayaraq Allaha yalvarıb dua etməyə başlayır. Həmin gecə şəhərin imkanlı tacirlərindən biri yuxuda görür ki ona deyilir: “evindən kənarda borcundan Allaha şikayətlənən bir şəxs vardır.Qalx, get onun borcunu ödə.” Həmin tacir yuxudan oyanıb dəstəmaz alıb iki rəkət namaz qıldıqdan sonra yatır. Yenə həmin yuxunu görür. Bu minvalla üç dəfə həmin yuxunu görür və sonda ayılıb min dirhəm pul götürərək evdən çıxır. Miniyinə minib deyir. Mənə bu əmri verən kəs özü də məni həmin şəxsə yetirəcəkdir. Dəvə küçələri dolanaraq gəlib məscidin qapısında dayanır. O miniyindən düşüb məscidə daxil olur və bir nəfərin ağlayaraq Allaha dua etməsini görür. Ona yaxınlaşıb deyir: “Bu pulu al və apar borcunu ödə. Mənim adım filankəs, ünvanım isə filan yerdir. Əgər bir də ehtiyacın olsa gələrsən verərəm”Həmin şəxs sevinərək pulu alır və öz təşəkkürünü bildirdikdən sonra belə deyir: “Mən bu pulu səndən alıram. Çünki bilirəm ki bu Allahımın mənə bir bəxşişidir. Əgər yenə ehtiyacım olsa sənin yanına gəlməyəcəm” Tacir soruşur: “Bəs hara gedəcəksən və kimə müraciət edəcəksən?” O deyir: “Bu gecə yanına gəlib müraciət etdiyim Kəsə. Hansı ki O səni bura göndərdi. Yenə çətinliyim olsa yanına gəlib Ondan istəyəcəm ki səni və sənin kimisini göndərsin və işim düzəlsin.”
Yəqin əhli bütün işləri yalnız Allaha bağlayır və bilir ki onun üçün təyin edilən şey mütləq gəlib ona çatacaqdır. Əli (ə) buyurur: “Sizin hər hansı biriniz ona yetişənin ondan kənar keçə bilməməsini və ondan yan keçənin isə ona yetişə bilməməsini yəqin bilməyincə imanın şirinliyini dada bilməyəcəkdir.”
Əgər doğurdan da insan bu cür olsa Allaha arxayın olub heç vaxt Onun qapsını tərk etməyəcəkdir. Elə buradadır ki onun üçün fəqirlik və sərvət, sağlamlıq və xəstəlik, tərif və qınaqlar, qıtlıq və bolluq heç də fərq etmir. Bir fəqir varlı bir şəxsin qapısına gəlib deyir: “Eşitmişəm nəzr etmisən ki malını Allah yolunda fəqirlərə verəcəksən. Mən də fəqirəm.” Varlı şəxs dedi: “Düzdür belə bir nəzr etmişəm. Amma mən demişəm malımı gözləri görməyən kor fəqirlərə verim. Axı sən kor deyilsən” Bu zaman həmin şəxs özünə gəlib deyir: “Xeyr,əsl həqiqi kor elə mənəm ki Allahın qapısını qoyub sənin qapına gəlmişəm”
Harunər-Rəşidin dövründə möhkəm qıtlıq oldu. Harun camaata aglayıb nalə etməyi və musiqi alətlərini sındırıb atmağı əmr etdi. Hamı aclıqdan ölməmək fikrində olduğu vaxt bir qulamın şadlıqla sevinib güldüyünü gördülər. Onu Harunun yanına apardılar. Səbəbini soruşduqda o dedi: “Mənim ağamın bir anbar buğdası var. Belə olan halda nəyə fikir çəkib narahat olmalıyam ki?! Harun öz-özünə dedi: “Məxluqun məxluqa sığınması onu belə edibsə gör tükənməz xəzinələrə sahib olan xaliq Allaha sığınmaq insanı necə edər”!
Ariflərdən biri xəstələndiyi vaxt digər bir arif də onun görüşünə gedir və belə deyir. “Bəlaya səbr etməyən arif deyil.” O isə deyir: “Xeyr, bəladan zövq almayan arif deyil.” Ona görə də yəqin əhli hər şeyi bir mənbəədən bilir, məhz onu mütləq hkmət və sırf xeyir sahibi tanıyır. Belə bir insan Peyğəmbərlərlə birgə olar.
Bir gün Davud Peyğəmbər Allaha deyir: “İlahi! Cənnətdəki yoldaşımı mənə göstər” Allah Təala buyurur: “Sənin cənnətdəki yoldaşın Yunisin atası Məttadır.” Davud peyğəmbər Məttanı görmək üçün Allahdan icazə alır və öğlu Süleyman peyğəmbəri də götürüb Məttanın qaldığı ünvana yollanır. Xurma ağacının budaq və yarpaqlarından düzəldilmiş bir ev görür. Məttanın harada olduğunu soruşduqda onun bazarda olmasını deyirlər. Davud peyğəmbər oğlu Süleyman peyğəmbərlə birgə bazara gəlir və oradan Məttanın odun bazarında olduğunu öyrənir. Həmin yerə gəlib Məttanı soruşur və bir azdan gələcəyini öyrəndikdən sonra oturub onu gözləyir. Birdən odun kisəsini çiyninə alıb bir şəxsin gəldiyini və camaatın onu hörmətlə qarşıladıqlarını görür. Odun kisəsini ondan alıb yerə qoyurlar. Mətta Allaha həmd-səna dedikdən sonra odunu satdığa qoyub deyir. “Kimdir ki halal pulla halal mal alsın.” Bu zaman bir nəfər gəlib pulunu verdikdən sonra odunu alıb gedir. Davud peyğəmbər oğlu ilə birlikdə ona yaxınlaşıb salam verir. Mətta salamın cavabını aldıqdan sonra onları evinə dəvət edir. Yolda odunun pulu ilə buğda alır və evə gəlib onu dəyirmanda üyütdükdən sonra xəmir edib çörək bişirməyə məşğul olur. Çörək bişdikdən sonra onu bir az duz və su ilə gətirib süfrəyə qoyur və özü də əyləşir. Mətta tikəni götürüb ağzına qoyduqda “Bismillah” , onu yedikdən sonra isə “Əlhəmdulillah” deyir. Bu qayda ilə yeməyi yeyib qutarır. Sonda isə “Bismillah” deyərək su içir və su qabını yerə qoyduqda “Əlhəmdulillah” dedikdən sonra belə deyir: “İlahi! Kimə mənim kimi belə bir nemət verib ona yaxşılıq etmisən?!Mənə görən göz, eşidən qulaq və sağlam bədən lütf edibsən. Mənə güc vermisən ki onunla əkmədiyim, qulluğunda durmadığım ağacı kəsdim gətirdim, onu mənim ruzim etdin və onun müştərisini də göndərdin. Onun pulu ilə əkmədiyim və qulluğunda durmadığım buğdanı aldım. Mənim üçün ocaq hazır etdin ki onunla mən çörək bişirib sənin verdiyin iştaha və istəklə onu yedim. Yedim ki Sənin ibadət və itaətində güclü olum. İlahi! Sənə təşəkkür edirəm.” Bunları deyib ağlamağa başladı. Bu zaman Davud peyğəmbər oğlu Süleyman peyğəmbərə deyir “Qalx, gedək. Mən heç vaxt öz Allahına bu qədər minnətdar olan və onun haqqını bu qədər tanıyan belə bir bəndə görməmişəm.”

Haci Sahib
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər