İlahi adlar nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 21-08-2015, 01:36 | Şərh sayı: (0) | Baxılıb: 1482
İlahi adlar nə deməkdir?
Allahın bir çox adları var. Məsələn, Allah, Rəhman, Raziq, Xaliq və sair. Əhli-beyt (ə) rəvayətlərinə əsasən, Allahın adları əyandır. Bu o demək deyil ki, Allahın adları cisim kimi görünür. Əlbəttə, məfhumları dərk etmək üçün maddi nümunələrdən istifadə etməkdən başqa çarəmiz yoxdur. Məsələn, adın əyan olması dedikdə onun hansısa məkanda sakin olduğunu və ora çatmalı olduğumuzu güman edirik. Əslində adların əyan olması dedikdə onların həqiqi olduğu nəzərdə tutulur. İnsan hər bir mərhələdə maddiyyat üfüqünü keçərkən qəlbi ilə Allahın cilvəsini müşahidə edir. O müxtəlif mərhələlərdə müşahidə etdiyi ilahi cilvələri adlandırır. İnsan müşahidə etdiklərini vəsf etmək üçün onları isim, cilvə və nur kimi sözlərlə ifadə etməyə məcburdur.
Demək, ilahi adlar yalnız zehnimizdə canlandırdığımız zehni məfhumlar deyil. Çünki kafir də həmin məfhumları məfhumlara ehtiyaclıyıq. Bu mərhələdə maddi işlərlə məşğul oluruq. Lakin onu taparkən məfhum olmadığını anlayırıq. Məsələn, biz sevinərkən onun məfhumunu yox, sevinc hiss edirik.
Bəli, hüzuri (Allahın öncədən verdiyi) elmlə onu dərk etməliyik. İlahi yolda addımlayanların tədricən qəlb gözlərinin qarşısından pərdələr götürülür. Müəyyən bir mərhələdə öz şə’nlərinə uyğun olaraq ilahi cilvələrdən birini görürlər. Öz sevinc, qəm, eşq və məhəbbətlərini gördükləri kimi! Müqəddəs məkan və adlara çatmaq məfhumları anlamaqdan fərqlidir.
"İlahi həbli kəmaləl-inqitai iləykə və ənir əbsarə qulubina biziyai nəzəriha iləykə hətta təxriqə əbsarul-qulubi hucubən-nuri fətəsilə ila mədinil-əzəməti və tə’sirə ərvahuna muəlləqətən biizzi qudsikə”
"İlahi mənə özünə doğru kamil azadlıq əta et. Qəlb gözlərimizi Sənə baxış nuru ilə işıqlandır ki, qəlb gözlərimiz nurani pərdələri yarıb, əzəmət mə’dəninə çatsın və ruhlarımız müqəddəs izzətinə bağlansın.”
Minacatın bu hissəsində belə deyirik: İlahi, mənə özünə doğru kamil azadlıq əta et və qəlb gözlərimizi sənə baxış nuru ilə işıqlandır ki, nurani pərdələri yarıb, əzəmət mədəninə çatsın.
Hələ yolun başlanğıcında olduğumuz üçün bu təbirlər zehnimizə tanış deyil. Günahlarımızın bağışlanıb, yoxsa bağışlanmadığını bilmirik; buna görə də uyğun məfhumlar bizim üçün əlçatmazdır.
Bu məfhumlara belə izah vermək olar:
İnsan bu dünyada ehtiyaclarının ödənməsi və arzularının gerçəkləşməsi üçün müxtəlif vasitələrə əl atır;
ixtiyarsız olaraq, özündən xəbərsiz daxilən sövq olur ki, bu vasitələr və amillər onun ehtiyaclarını ödəyir. Məsələn, susadıqda su içir və bir neçə dəfədən sonra belə nəticə əldə edir ki, su susuzluğu yatırdır. Buna görə də susayarkən həmişə su dalınca gedir; əgər dini tərbiyəsi olmasa, Allahı yada salmır. Eyni zamanda acarkən çörək dalınca gedir və çörək yeyib doyacağından arxayındır. Su və yemək olmasa, qəmgin olur. Fikrə dalır. Susuzluq və aclıq nəticəsində xəstələnərsə, həkimə müraciət etməli olduğunu düşünür. Nəhayət, həyatında yüzlərlə vasitələrə borclu olur. O bu vasitələrə bağlanır.
İnsan ömür boyu mənzil, döşənəcək, soyuducu, maşın və bu kimi vasitələrə ehtiyac duyur. Bunların hər biri yeni-yeni ehtiyacların yaranmasına və insanın bu vasitələrə bağlanmasına səbəb olur. Əgər insan min il ömür sürərsə, onun bağlılığı indikinə nisbətən min qat artacaqdır.
İnsan istəyir ki, onun zövcəsi, övladı, nəvəsi, nəticəsi, kürəkəni, gəlini və bu kimi başqa yaxınları olsun. Bu yaxınlıq hörümçək torları kimi onu hər tərəfdən əhatə edir. O bir çox hallarda Allahın varlığını unudur. (Bunlar Allahı inkar edən kafirlər deyil. Bunlar feli tövhidi qəbul etmiş şəxslərdir. Lakin imtahan zamanı maddi vasitələrə bağlanırlar. Bununla da onların düşüncə və əməllərində ziddiyyət yaranır.)
Allah öz bəndələrinin başqa şəkildə düşünmələrini istəyir. Allah-təala bəzi nümunələr göstərmişdir. Nümunə göstərilən şəxslərin düşüncə və əməlləri Allahın bəyəndiyi kimi olmuşdur. Onlar bütün vasitələrin Allahın istəyi ilə təsirli, yaxud təsirsiz olmasına inanırlar. Bu mövzuda bir misal çəkək: Həzrət İbrahimdən "sənin Allahın kimdir”—deyə soruşulduqda belə cavab verir: "Mənim Allahım məni yedirən, içirən, xəstələndiyim zaman şəfa verən, məni öldürən və dirildən Allahdır.”
Həzrət İbrahimin bu sözlərə inamı vardı. Onu oda atarkən Cəbrail nazil olub dedi: "İstəyin varmı?” İbrahim buyurdu: "Sənə ehtiyacım yoxdur, Allah halımdan xəbərdardır.” İbrahim bilirdi ki, iş Cəbraillik deyil!
Allah Bədr döyüşündə mələklərin nazil olması ilə bağlı buyurur: "Mələkləri yalnız qəlblərinizin arxayın və rahat olması üçün göndərdik. Qələbə yalnız Allah tərəfindəndir.” Minacatın bu hissəsi insanda həmin təfəkkür halının yaranmasına səbəb olur. Uyğun hissə insana anladır ki, dərs oxumaq, kitab yazmaq və hətta söz açdığımız uyğun hal da öz-özünə əldə olunmur. Bütün bunlar Allahın lütfü ilə insana nəsib olur.
Beləliklə, ərz edirik: İlahi, mənə Sənə doğru kamil azadlıq bəxş et. Kamil azadlıq, yəni yaranmışlardan uzaqlaşıb, xaliqə bağlanmaq; Allahı səbəbkar bilmək, bütün ehtiyacları Ondan istəmək və vasitələrin olub, yaxud olmamasını eyni hesab etmək.
Rəvayətdə bildirilir ki, mömin Allahın yanında olana öz yanında olandan daha çox ümidvardır. Çünki bəzən mömin cibində olan pulun itəcəyini güman edir. Lakin Allah yanında olan şeylərin heç zaman itməyəcəyini anlayır. Bu mövzuda bir çox maraqlı rəvayətlər var.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər