“Əhdi-ətiq” və “Əhdi-cədid” nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 5-11-2015, 01:00 | Şərh sayı: (0) | Baxılıb: 519
“Əhdi-ətiq” və “Əhdi-cədid” nə deməkdir?
Bu sözlərin tərcüməsi “köhnə (qədim) əhd” və “yeni əhd” deməkdir. Bunlar yəhudilərin və xristianların müqəddəs kitabı olan Bibliyaya aid terminlərdir. Məlum olduğu kimi yəhudilər Bibliyanın yalnız bir hissəsini, xristianlar isə hamısını müqəddəs hesab edirlər. Səbəb budur ki, Bibliyanın axıra yaxın hissəsi Həzrət İsa Peyğəmbərin (ə) əhvalatını təsvir edən 4 İncildən, “Həvarilərin əməlləri”ndən, “Apokalipsis”dən və həvarilərin məktublarından ibarətdir. Yəhudilər Həzrət İsanı (ə) peyğəmbər saymadıqları üçün, Bibliyanın bu bölümlərinı qəbul etmirlər. Həmin hissələr “Əhdi-cədid” yəni yeni əhd adlandırılır. Çünki tarix etibarilə daha təzə dövrləri əhatə edir. Bibliyanın əvvəlində yer tutan 39 kitab (o cümlədən Tövrat) isə “Əhdi-ətiq” adını alıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər