Məşhur təfsirçi və tarixçi alim Təbəri hansı məzhəbdən olub? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 27-01-2016, 00:50 | Şərh sayı: (0) | Baxılıb: 428
Məşhur təfsirçi və tarixçi alim Təbəri hansı məzhəbdən olub?
Sual: Məşhur təfsirçi və tarixçi alim Təbəri hansı məzhəbdən olub?
Cavab: Təbərinin məzhəbi mənsubluğu barədə fikir ayrılıqları vardır. Bəzi məlumatlara görə, o, şafii məzhəbində idi. Bəziləri onu öz əqidəsini gizli saxlayan şiə hesab etmişlər. Çox güman ki, bu nəzəriyyəni irəli sürənlər şiəliklə bağlı kitablar yazan Təbəri adlı başqa alimlə onu səhv salırlar. Deyilənlərə görə, Təbəri Bağdadda vəfat edəndə, dəfn mərasimində lap az adam iştirak edibmiş. Səbəbi də onun şiə kimi tanınması imiş. Amma ehtimal ki, bunun doğru səbəbi Bağdadda hənbəlilərlə şafiilər arasında ədavətin mövcud olması idi. Bağdadda üstünlük sahibi olan hənbəlilər Təbərini xalqın gözündən salmaq üçün onun şiə olması haqqında şayiə yaymışdılar. Geniş yayılmış məlumata görə, Təbəri heç bir məşhur məzhəbə aid olmamış, özü yeni fiqhi məzhəb yaratmışdı. Amma onun vəfatından sonra məzhəbi də unuduldu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər