Bağdadda ticarət mərkəzində 17 nəfər ölüb, girovlar azad edilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 07:09 | Şərh sayı: (0) | Baxılıb: 238
Bağdadda ticarət mərkəzində 17 nəfər ölüb, girovlar azad edilib
İraqın paytaxtında silahlı insident nəticəsində 17 nəfər ölüb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Bağdadda ticarət mərkəzinin qarşısında minalanmış avtomobil partladılıb.
Daha sonra silahlılar içəri daxil olaraq atəş açıb və insanları girov götürüblər. Polis ərazini əhatəyə alıb və girovların azad olunması istiqamətində xüsusi əməliyyat keçirilib.
Silahlılardan ikisi atışma zamanı məhv edilib. Daha iki terrorçunun “şəhid kəmərini” işə salması bir neçə girovun ölümünə səbəb olub. Digər girovlar azad olunub. Son məlumata əsasən, hazırda vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.
Qeyd edək ki, insidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər