Sərbedarlar kim olmuşlar? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 28-11-2015, 19:06 | Şərh sayı: (0) | Baxılıb: 431
Sərbedarlar kim olmuşlar?
Sərbedar Xorasan ərazisində qısa müddət ərzində mövcud olmuş dövlətin adıdır. Farsca tərcüməsi “başdan keçən” mənasını verir ki, bu da həmin dövlətin qurucularının fədakarlığına işarədir. XIV əsrdə monqol-tatar Ordasının işğalına qarşı Xorasanda azadlıq hərəkatı başladı. Bu hərəkatın başçıları xalqın içindən çıxmış şiə məzhəbli sənətkarlar idilər. Onlar monqol xanı Tuğa Teymuru öldürüb, müstəqil dövlət yaratdıqlarını elan etdilər. Sərbedarlar dövləti Xorasanda 50 ildən artıq mövcud olmuşdur (1337-1381). Onların bir qolu Səmərqənddə hakimiyyəti ələ keçirsə də, Teymurləng tərəfindən məğlub edildi. Teymurləng 1381-ci ildə Xorasanı ələ keçirib Sərbedarlar dövlətinin varlığına son qoydu. İki il sonra Sərbedarlar üsyan qaldırdılar, lakin Teymurləng üsyanı qəddarlıqla yatırdı və Xorasanın şiə əhalisinə divan tutdu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər