Axirət nemətlərinin dünya nemətlərindən üstünlüyü |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 13-07-2016, 13:39 | Şərh sayı: (0) | Baxılıb: 560
Axirət nemətlərinin dünya nemətlərindən üstünlüyü

Bütün dünya nemətləri insanın imtahanı üçün bir vasitədir. Allah yalnız axirət nemətlərini nəzərdə tutduğundan, dünya nemətlərini Allah ruzisi adlandıra bilmərik. «Ənfal» surəsinin 67-ci ayəsində buyurulur: «Siz puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir». Tövbə surəsinin 55-ci ayəsində oxuyuruq: «Münafiqlərin nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünya əzabı vermək, kafir olduqları halda canlarını almaq istər». Allah-təala həzrət Peyğəmbərə (s) buyurur ki, dünyapərəstlər üçün birinci əzab var-dövlət toplamaq, sonra isə onu qorumaqdır. Buna görə də həyatın şirinliyini dadmazlar. Öləndə də min bir zəhmətlə toplanmış var-dövlətin əldən çıxdığını görüb iztirab çəkərlər!
Dünyapərəstlər bir ömür zəhmətlə, başqalarına zülm-sitəmlə, insanların haqqına təcavüz etməklə qəpik-qəpik yığdıqları pulu bir dəfəlik əldən verərlər. Allah-təala onların dözülməz narahatçılıqla kafir olaraq öləcəklərini bəyan edir. Belə bir ölüm həmin imtahanın dəhşətli nəticəsidir. Allah bu təbirlərlə insanı dünyaya vurğunluqdan çəkindirmək istəyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər