Dünya məzəmmət olunur, yoxsa mədh? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-06-2016, 18:27 | Şərh sayı: (0) | Baxılıb: 416
Dünya məzəmmət olunur, yoxsa mədh?

Ümumiyyətlə dünya haqqında iki qrup rəvayətlər var: Bir qrup rəvayətlərdə ümumi şəkildə dünya məzəmmət olunur, digər qrup rəvayətlərdə tamamiilə əks mövqe tutulub. Amma elə rəvayətlər də var ki, başqa məzmun daşıyır. Məsələn: «Dünya lənətlənmişdir. Onda nə varsa lənətə gəlmişdir. Yalnız Allahın razılığına vasitə olanlar istisnadır! Allah üçün dünyadan pisi yoxdur. Allah onu yaratdı, insanların ixtiyarına verdi. Ona nəzər salmayıb və Qiyamət qopanadək nəzər salmaz.»("Biharul-ənvar", c.77, s.82, rəvayət 3, bab 4.)
Bu qəbildən olan rəvayətlərdə dünya zatən lənətlənmiş və pis sayılır. Məlum olur ki, Allahın dünyaya heç bir diqqəti yoxdur. Amma başqa bir qrup rəvayətlərdə göstəriş verilir ki, dünya lənətlənməsin. Hətta bundan da üstün mövqe tutulur: «Dünyaya pis deməyin, dünya möminin süvar olub xeyirə çatması üçün yaxşı minikdir. Mömin onun vasitəsi ilə şərdən qurtular.»("Biharul-ənvar", c.77, s.180, rəvayət 10, bab 7.)
Bu qəbil rəvayətlərə əsasən dünya nəinki pis deyil, hətta insan dünya vasitəsi ilə xeyirə çata bilər. Nəql olunur ki, həzrət Peyğəmbərdən (s) «Nəhl» surəsinin 30-cu ayəsi haqqında soruşulduqda həzrət buyurdu ki, nəzərdə tutulan təqvalıların təqva əldə etdiyi dünyadır. "Nəhcül-bəlağə"də nəql olunur ki, bir şəxs Əmirəl-mömininin (ə) yanında dünyanı məzəmmət etdi. Həzrət buyurdu ki, nə üçün dünyanı məzəmmət edirsən, dünya Allah övliyalarının ticarət məhəllidir. («Dünya Allah dostlarının ticarət məhəllidir, onlar dünyada Allahın rəhmətini qazanır, behiştdən bəhrələnirlər.»)("Nəhcül-bəlağə", qısa kəlamlar 126.)
Şübhəsiz ki, ticarət olmasa fayda da olmaz və ticarət üçün dünyadan başqa bir yer yoxdur. Həzrət Əli (ə) uyğun mövzuda buyurur: «Axirət dünya vasitəsi ilə əldə olunur.»("Nəhcül-bəlağə", xütbə 156.)
Dünya vasitəsi ilə axirəti əldə etəmək olar. İnsan dünyada Allaha ibadət, itaət etməsə behiştə çata bilməz. Axirət istəyən insan elə bu dünyada onu əldə etməlidir. Axirəti qazanmaq üçün dünyadan başqa yer yoxdur. İnsan öz əkinəcəyini bu dünyada salmalıdır ki, axirətdə ondan məhsul götürə bilsin. Necə ki, buyurulur: «Dünya axirət əkinəcəyidir.»
Qurani-kərimdə buyurulur: «Ey iman gətirənlər, sizə sizi ağrılı əzabdan qurtaracaq bir ticarət göstərimmi?»("Səff", 10.)Bəs Quranın nəzərdə tutduğu ticarət hansı ticarətdir? Axı ölümdən, dünyanı tərk etdikdən sonra ticarətə yer qalmır. Həzrət buyurur: «Bu gün əməl günüdür və hesab yoxdur. Sabah hesab günüdür, əməl vaxtı ötüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər