Dünya uşaq oyunudur! |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 23-12-2015, 20:26 | Şərh sayı: (0) | Baxılıb: 413
Dünya uşaq oyunudur!
Rəvayətlərə müraciət etsək, axirət aləmində insanı gözləyən nemətlərə heyran qalarıq. Rəvayətlərdə buyurulur ki, behişt ağaclarındakı meyvələri dərmək üçün hətta hərəkət etmək lazım gəlmir. İstənilən bir neməti zərrəcə əziyyət çəkmədən dadmaq olur.
Bəli, yalnız Allah insan üçün hazırladığı behişti lazımınca tanıyır. Ona görə də buyurur: "Siz dünya həyatını seçirsiniz. Halbuki axirət daha xeyirli və əbədidir.” Doğrudan da, əbədi axirət nemətlərini qoyub, müvəqqəti dünya nemətlərinə uymaq uşaq işidir. Şokoladı hər şeydən çox istəyən uşağa gülürük. Hansı ki, dünya şirinliyinə uymaqla özümüz gülünc vəziyyətə düşmüşük. Belə bir yanlış seçim yalnız cəhalətdən doğur. "Əhzab” surəsinin 72-ci ayəsində buyurulur: "Həqiqətən, o, özünə zülm edən cahildir.”
Dünya həyatı axirət həyatı ilə müqayisədə o qədər dəyərsizdir ki, müxtəlif Quran ayələrində "oyuncaq” adlandırılır. "Ali-İmran” surəsinin 185-ci ayəsində oxuyuruq: "Əslində dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil.” İnsan dünyanın yalanlarına uymamaq üçün çox diqqətli olmalıdır. Başqa bir ayədə buyurulur: "Bu dünya həyatı oyun-oyuncaqdan və baş qatmaqdan başqa bir şey deyildir. Həqiqi yaşayış isə axirət aləmindədir. Ey kaş, bunu biləydilər.”Həqiqi həyat axtaranlar axirət ardınca getməlidirlər. Axirət elə bir aləmdir ki, orada nemətlər hüdudsuzdur. Hansı əsasla əbədi nemətləri dərd-qəm dolu dünya həyatına dəyişmək olar? İnsan sadəcə eşitməklə yox, yalnız dərk etməklə bu həqiqətə çata bilər. Axirət həqiqətini yalnız peyğəmbər və məsum imamlar tam dərk edə bilərlər. Adi insanlar isə tam dərk etməyə yalnız axirətə çatdıqda nail olur və həmin anda deyirlər: "Ey kaş bu həyatım haqqında düşünmüş olaydım.” Sözsüz ki, hansısa bir səviyyədə axirət həyatını dərk etmək olur. Amma bu o qədər çətindir ki, çoxları axirətə yetişməyincə onun dünya həyatından nə qədər üstün oluduğunu anlamayacaqlar. Bu fərqi yalnız kamala yetməklə tam hiss etmək olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər