Ata-anaya nə zaman itaət olunmamalıdır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 26-12-2015, 22:29 | Şərh sayı: (0) | Baxılıb: 560
Ata-anaya nə zaman itaət olunmamalıdır?
Sual : Ata-anaya nə zaman itaət olunmamalıdır?
Cavab: Allah-təala insanı valideynlərə ehsana çağıraraq buyurur: «Biz insana ata-anasına yaxşılıq etməyi tösiyə etdik...»[1]. «Loğman» surəsinin 15-ci ayəsində «dünya işlərində onlarla gözəl keçin» buyurulur.
Valideynəyaxşılığın əhəmiyyəti, Əhli-beyt (ə) hədislərində daha qabarıq nəzərə çarpır. Allah-təalanın valideynə mərhəmətinin sonsuzluğunu anlamaq üçün «behişt ananın ayaqları altındadır» hədisini xatırlamaq kifayətdir. Bəs valideyn kafir olsa necə, ona yenə də yaxşılıq etmək zəruridirmi? İslam dini hətta kafir valideynə də ehtiram göstərilməsini vacib bildirir. Amma elm və məntiq dini olan İslam, heç bir sahədə ifrata yol vermir. Belə ki, övladı əyri yola sürükləyən, onu namaz və oruc kimi vacib ilahi əmrlərə itaətdən çəkindirən valideynə həmin məsələlərdə itaət olunmamalıdır. Qur´ani-kərimdə oxuyuruq: «Əgər valideynlərin bilmədiyi bir şeyi Mənə şərik qoşsalar, onlara itaət etmə»[2]. Həzrət Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allaha üsyan etməklə, bəndəyə itaət etmək olmaz».
Nəticə olaraq qeyd edək ki, heç bir kimsə Allahla bəndə arasına girə bilməz. Nə padşah, nə rəis, nə də ki ata-ana insanı dini vəzifələrinin icrasından saxlamaq səlahiyyətinə malik deyildir.
[1] «Ənkəbut» surəsi, ayə 8.
[2] «Ənkəbut» surəsini, ayə 15.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər