RSS
 

Login:
Şifrə:
» » Mömin və dünya

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Mömin və dünya

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-05-2016, 07:25 | Şərh sayı: (0) | Baxılıb: 846

Mömin və dünya


Mömin və dünya Dünyaya könül vermə!

Ayə və rəvayətlərdə zöhd, qənaət, izzəti-nəfs, bir sözlə, mənəvi saflıq haqqında nəsihətlər çoxdur. Əxlaq kitablarında bu mövzuda daha ətraflı danışılır. Bu mövzu ilə əlaqədar buyuruqları hərtərəfli işıqlandırıb oxucuya çatdırmaq alimlərin vəzifəsidir. Əsas məsələlərdən biri budur ki, insan yalnız dünya həyatı haqqında fikirləşməməli, dünya ləzzətləri dalınca qaçmamalıdır. O, bu dünyanın müvəqqəti olmasını anlayıb əbədi axirət səadəti haqqında düşünməlidir. Əslində əbədi ilə məhdudu müqayisə etmək məntiqsizdir. Əgər əbədi olan axirəti müxtəlif ulduz sistemləri və kəhkəşanların yaradılışından sonuna qədər olan bir dövrlə (bu qədər uzun müddət olmasına baxmayaraq) müqayisə etmək düzgün deyilsə, bizim dünyadakı ömrümüzlə necə müqayisə etmək olar?
Dünyanın dəyərsiz olmağı məsələsi dərin elmi, fəlsəfi və etiqadi nəzəriyyəyə əsaslanır.

Ömürdən istifadə

Dünya həyatı qısa olsa da, bu qısa həyat insanın aqibətini təyin edir. İnsanın axirət səadəti məhz bu dünyada müəyyən olunur. Bu baxımdan dünya həyatımızın dəyəri çox böyükdür. Amma yaxşı nəticələr əldə etmək üçün dünya həyatının hər dəqiqəsinin qiymətini bilmək lazımdır. Təbii ki, insan öz ehtiyaclarını ödəmək üçün ömür boyu çalışır. Fərdi və ictimai vəzifələr olmasaydı insanın imtahanı da mümkün olmazdı. Seçim prosesini yaşayan insan təkamül yoluna qədəm qoyur. İnsan pislə yaxşı arasında yaxşını seçməklə behiştə çata bilər.
Sual oluna bilər ki, insan qarşısına çıxmış işləri planlaşdırarkən hansına üstünlük verməlidir. Məsələn, gənc iki yol ayrıcında qalıb; oxumağa getsin, yoxsa işləməyə? Quran oxusun, yoxsa ibadət etsin? İdman faydalıdır, yoxsa istirahət? Əsas suallardan biri isə budur: dünya həyatı üçün nə qədər çalışmaq olar? Bu sualın fərdi və ictimai baxımdan iki cavabı vardır. Fərdi baxımdan əsgərlə əkinçinin vəzifələri fərqlidir. İctimai baxımdan bu suala cavab vermək üçün iqtisadi inkişafa İslam prizmasından baxmalı olacağıq.
İslam və iqtisadi inkişaf

İnsan firavan həyat, var-dövlət üçün çalışmalıdırmı? İndi bütün ölkələrdə cəmiyyəti iqtisadi böhrandan çıxarmaq üçün iqtisadi inkişaf proqramları hazırlanır. İslam iqtisadi inkişaf proqramını qəbul edirmi? İnsanlar vaxtının daha çoxunu işə sərf edib nəticədə varlı olmalı, yoxsa sadə qidalarla keçinib ibadətə üstünlük verməlidirlər? Bu mövzu konfranslarda, seminarlarda çox araşdırılır. Hətta İslamı bir neçə əsr geridə görməyi öyrənənlər dini iqtisadi inkişafla üz-üzə qoydular. Onlar öz məntiqsiz fikirlərinə əsaslanaraq haray çəkirdilər ki, iqtisadi inkişaf gəlsə din əldən çıxacaq. Bəs həqiqət necədir? Doğrudanmı insanlara səadət yolunu göstərən bir din onları kasıbçılığa çağırır? Doğrudanmı varlı adam pis adamdır? Əgər İslam var-dövlətə belə münasibət göstərirsə nə üçün Allahın peyğəmbəri Süleyman (ə) Ondan var-dövlət istəyir? «Pərvərdigara, məni bağışla və mənə kimsənin nail ola bilməyəcəyi mülk ver» («Sad» surəsi, ayə 35.). Süleymanın büllur saraylarını XXI-ci əsrin hansı tikilisi ilə müqayisə etmək olar. Bu saraya daxil olan Bəlqis islanmasın deyə, ətəklərini qaldırır. Ona belə deyilir: «Bu büllurdan tikilmiş bir saraydır»(«Nəml» surəsi, ayə 44.).
Həzrət Peyğəmbər (s) və məsum imamlar (ə) haqqında məlumat verilir ki, bu ilahi şəxsiyyətlər ildə onlarla qul azad edərmişlər. Belə bir böyük iş üçün hər insanda imkan olmayıb. İmam Hüseyn (ə) bir neçə dəfə bütün var-dövlətini kasıblara paylamış, fəqirlərə çatan qədər özünə də pay götürmüşdü. İmamların sadə geyib, sadə yaşayıb, sadə yeməsi o demək deyil ki, imamlar kasıb olub. Demək, İslam müsəlmanların varlı olmasını bəyənir. Müsəlmanı zəlil, ac, savadsız, ev-eşiksiz görmək İslamın yox, İslam düşmənlərinin istəyidir. İşləmək, qazanmaq, Allah yolunda xərcləmək olduqca böyük savaba malikdir. Amma dünyaya könül verib, dünya sərvətinə çatmaq üçün bütün müqəddəslikləri ayaq altına almaq, Allahı yaddan çıxarmaq ən böyük bədbəxtçilikdir. İctimai və iqtisadi nəzəriyyələrdən birinə görə bu gün qərbdə sənayenin inkişaf səbəbi dindar məsihilərin uzun müddət qənaət edərək sərmayə, kapital toplaması olub. Marks isə kapitalizmin yaranma səbəblərindən biri kimi məsihiliyin üç qolundan biri olan protestantlığı göstərir. Əsas məsələ budur ki, insan dünyaya könül verməsin. Mümkündür ki, Allah rizasına görə ağa öz sürüsündən keçə, çoban isə çomağından keçməyə. Demək, qorxu varlı olmaq yox, bu vara bağlı olmaqdır. Qənaət böyük savaba məxsus xüsusiyyətlərdəndir. Heç nəyi olmayan insanın qənaət etməyə imkanı varmı?
Demək, iqtisadi inkişaf möminlik ruhuna zidd deyil. Pul məqsədə çatmaq üçün vasitədir. Amma pulu əlinə almaqdan ləzzət duyanlar onu xərcləmək yox, toplamaq barədə düşünürlər. Qəpik-qəpik yığdığı pulları xəzinələrdə dondurub Allahın hüzuruna əliboş gedən milyonçular çoxdur! Xəzinələrdə milyardlar yığılmışkən bir qarın çörəyə möhtac milyonlar çoxdur! Xoş o insanın halına ki, ibadətdən ayrılmadan zəhmət çəkib var-dövlət qazanır və bu var-dövlətdən ehtiyaclılara verdiyi qədər istifadə edir.
Dünya nemətlərindən istifadə qaydaları

Ayə və hədislərdə, adətən, dünyaya bağlılıq məzəmmət olunur. Əlbəttə ki, söhbət ifrat və təfrit bağlılıqdan gedir.
Əvvəla təyin etməliyik ki, dünya nemətlərinin faydalı bir həddi varmı? Doğrudanmı ləzzətli xörəklər, gözəl geyimlər, xoş ətirlər zərərlidir? Bəziləri qəti şəkildə bildirir ki, bütün bunlar zərərlidir və onlardan istifadə edən insan mütləq cəhənnəmə gedəcəkdir. Bu olduqca yanlış fikirdir. Bəzi şəraitdə məsumlar dünyanı zəhərli ilana oxşadırlarsa, digər bir şərait barədə Quran buyurur: «Bu gün pak nemətlər sizə halal edilmişdir»(«Maidə» surəsi, ayə 5.), «Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur»(Ə᾽raf» surəsi, ayə 32.), «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik» («Hicr» surəsi, ayə 16.).
Adətən, kənddə yaşayıb heyvandarlıqla məşğul olanlar üçün öz sağlam, çox saylı sürüsünü müşahidə etməkdən ləzzətli iş yoxdur. Allah-təala buyurur: «Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alır, fərəhlənirsiniz» («Nəhl» surəsi, ayə 6.). Allah-təala hər şərait üçün xüsusi nemətlər yaradaraq dünya həyatını zinətləndirmişdir. İnsan bütün halal nemətlərdən istifadə etməli, şəxsi görünüşünə də fikir verməlidir: «Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz» («Ə᾽raf» surəsi, ayə 31.).
İkinci mühüm məsələ insanın bu nemətlərə qəlbən bağlı olmasıdır. Hər hansı bir nemətə qəlbən bağlanmaq üçün insan çox qüdrətli olmalıdır. Ayə və rəvayətlər dünyanı yox, məhz dünyaya bağlılığı pisləyir. Dünya yox, dünyaya məşğul olub Allahı unutmaq pisdir. İnsan öz təsiri altında olanları dünyaya bağlılıqdan xilas edə bilərmi?! Ən təsirli üsullardan biri ifrat və təfritdən çəkinib orta həddi gözləməkdir. İnsanı ifrat və təfritdən çəkindirəcək şərait lazımdır. Belə bir şərait olmadıqda orta həddi qorumaq problemə çevrilir. Məsələn, yetkinlik yaşına çatmış bir gənci tərbiyə etmək üçün onunla yumşaq rəftar edib onu mənəvi işlərə həvəsləndirəcək şərait yaratmaq lazımdır. Hansı ki, dünya məhəbbəti nə tərbiyəçi, nə də şərait istəyir. Əgər insan tabeçiliyində olan insanlar üçün orta həddən artıq dünya şəraiti yaradarsa onları dünyapərəstliyə təşviq edir. İnsan bütün sahələrdə özünü normadan aşağı faydalanmağa öyrətməlidir. Dünya məsələlərində üstünlük qazanmaq həvəsi insanı küfrə endirə bilər. «Qəsəs» surəsinin 83-cü ayəsində buyurulur: «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə fəsad törətməyənlərə qismət edirik». İmam Sadiq (ə) buyurur ki, ayaqqabısına dostununkundan yaxşı bağ bağlamaq istəyən özünü yuxarı tutmaq xəstəliyinə düçar olub. İmam (ə) İbn Cündəbə buyurur: «Allahın müqəddər etdiyinə qane ol. Öz olanlarına nəzər sal. Başqalarının malik olduqlarına göz dikmə. Bax gör Allah sənə necə nemətlər verib».
Adamların xarakterinə işarə olunan bir məsəldə deyilir ki, kimi bəzi insanlar içində yarısına qədər su olan stəkanın boş yarısını, bəziləri isə dolu yarısını görür. Allah istəyir ki, insan dolu yarısına nəzər salıb şükr etsin. Bəzən insan heç vaxt çata bilməyəcəyi şeyləri ələ gətirməkdən ötrü daim götür-qoy edir. Qənaət ruhiyyəsində olan heç zaman acımadığı kimi bu ruhiyyədə olmayanlar da heç zaman doymur. Onlar hesablarında pul, süfrələrində dadlı təamlar olduğu halda, ehtiyac və aclıq hissi ilə əriyirlər. Dünya şor suya bənzəyir. Onu içənin ciyəri yanır. İnsan malik olduğu şeylərin qədrini bilib qane olarsa hər zaman şad olar. Amma öz olanlarına qane olmayıb əlçatmaz arzularla qovrulanlar sevinc üzünə həsrətdir. İmam (ə) «əlində olanlardan axirət səadətin üçün də faydalan» buyurur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor