Mövlanə: "İnsan bunları kiçik qəbir qapısından içəri necə salacaq?" |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 26-03-2016, 22:25 | Şərh sayı: (0) | Baxılıb: 1711
Mövlanə: "İnsan bunları kiçik qəbir qapısından içəri necə salacaq?"
Mövlanə Cəlaləddin Rumi insanın dünyaya hərisliyini və dünya nemətlərinə qarşı ehtirasını bu misalla ifadə edir:
"Günlərin bir günü ağacın altında oturub dincəlirdim. Bir qarışqa nəzərimi cəlb etdi. Özündən dəfələrlə böyük bir çörək qırıntısını sürüyə-sürüyə aparırdı. Bəzən qarşılaşdığı kiçik gölməçənin ətrafından dolaşmağa məcbur olur, bəzən də otlara ilişən çörək qırıntısının ucunu xilas etmək üçün min bir məşəqqət çəkirdi. Buna baxmayaraq nə çörək qırıntısını əlindən buraxır, nə də rahat şəkildə daşıya biləcəyi kiçik parçalara ayırmağa ürəyi gəlirdi. Beləcə o isti gündə çörək qırıntısını yuvasına qədər daşıyaraq uzun bir məsafə qət etdi. Ancaq bir problem var idi: yükü böyük, yuvanın girişi isə kiçikdi. Böyük zəhmətlə yuvanın ağzına gətirdiyi çörək qırıntısını içəri sala bilmirdi. Bu mənzərə məni insanın halı haqqında düşünməyə sövq etdi. Görəsən insan ömür boyu əzab-əziyyətlə qazandığı və göz bəbəyi kimi qoruduğu dünya nemətlərini, qəsrləri, var-dövləti kiçik qəbir qapısından içəri necə salacaq?"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər