Peyğəmbər (s)-in həzrəti-Zəhra (s.ə)-ya yardımı |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 13-05-2015, 17:49 | Şərh sayı: (0) | Baxılıb: 2742
Peyğəmbər (s)-in həzrəti-Zəhra (s.ə)-ya yardımı
Başqa bir rəvayətdə belə nəql olunur ki,bir gün həzrəti-Mühəmməd(s) əmirəl-möminin Əli(ə.s)-nin evinə daxil olduqda qızının o Cənabla birgə dəyirmanda qavərs
üyütməklə məşğul olduğunu görür və belə buyurur: «Hansınız
yorulmusunuzsa, mən onu əvəz edim». Əli(ə.s) ərz etdi ki, Fatimə (s.ə) yorulmuşdur.Peyğəmbər (s) Fatimə (s.ə)-yə söylədi: «Qalx, əziz qızım!» Fatimə (s.ə) ayağa qalxdı. Peyğəmbər (s) Fatimə (s.ə)-nin yerində oturub Əli(ə.s)-yə kömək eləməyə başladı.
Bu hərəkətlə Allahın Rəsulu(s) ümmətinə öyrətdi ki,əgər xanım ev işlərində əziyyət çəkirsə, ona kömək etmək lazımdır.
Həzrəti-Zəhra (s.ə)-nın xörəyinin bərəkəti.
Məşhur kitabların bir qismində Cabir ibn Abdulla Ənsarinin söylədiyi hədis qeyd olunmuşdur:
– Peyğəmbər (s) bir neçə gün yeməyə bir şey tapmadığı üçün aclıqdan əziyyət çəkirdi.Öz həyat yoldaşlarının otaqlarında yemək olmadığından qızı Fatimə (s.ə) buyurdu : «Qurbanın olum bizim evdə də yemək yoxdur».Rəsuli-əkrəm(s) qonşulardan birinə müraciət edib onlardan iki tikə çörək və bir az da ət alaraq Fatimə (s.ə) üçün göndərdi. Fatimə (s.ə) bunları alıb qaba qoydu, ağzını bağlayıb dedi: «Mən Allahın Rəsulunu özümdən və ailəmdən qabaq bilirəm» (Halbuki onlar hamısı aclıq çəkirdi).
O zaman Fatimə (s.ə) Həsən və Hüseyn(ə.s) ilə Peyğəmbər (s)-ə xəbər göndərdi.Peyğəmbər (s) gələndə Fatimə (s.ə) göndərilən hədiyyə barədə ona danışdı. Həzrəti-Mühəmməd(s) buyurdu ki, o qabı buraya gətirsin. Fatimə (s.ə) qabı Peyğəmbər (s)-in yanına gətirdikdə Rəsuli-əkrəm(s) qabı alıb qapağını qaldırır, bu zaman qabın çörək və ətlə dolu olduğunu görüb sevinir.
Cabir deyir ki, bunu gördükdə çox təəccübləndim. Başa düşdüm ki,bu, Allah kəramətindən bir nümunədir. İlahinin həmd və şükrünü yerinə yetirdim və Peyğəmbərinə salam göndərdim. Rəsuli-əkrəm(s) Fatimə (s.ə)-yə dedi ki, bunlar haramdır?
Fatimə (s.ə) ərz etdi : «Tanrı öz dərgahından hər kəsə istəsə, bol-bol ruzi verər».
Peyğəmbər (s) Əli(ə.s)-nin dalınca adam göndərdi. Hamı yığışdı. Peyğəmbər (s)-in zövcələri və bütün evdə olanların hamısı o yeməkdən yedilər. Lakin qab yenə dolu idi. Fatimə (s.ə) buyurdu ki,o xörəkdən bütün qonşulara göndərin. Allah-təala bu xörəyə bol-bol xeyir və bərəkət verdi, belə ki bu cür bərəkəti vaxtilə həzrəti- Məryəm(s.ə)-ə də əta etmişdi.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər