Azərbaycanlı məktəblidən dünyaya səs salacaq ixtira - VİDEO |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-10-2015, 02:48 | Şərh sayı: (0) | Baxılıb: 455
Azərbaycanlı məktəblidən dünyaya səs salacaq ixtira - VİDEO
Azərbaycanlı bir şagird xərçəng xəstəliyini asanlıqla müəyyən edə bildiyini, üstəlik onunla mübarizə apara biləcəyini deyir. Onun bu iddiaları hələlik nəzəri olaraq təsdiqini tapıb və o tezliklə layihəsini reallaşdırmağa hazırlaşır.
İnsanda xərçəng xəstəliyinin olub-olmadığı cəmi 30 saniyə ərzində müəyyən olunacaq. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, 9-cu sinif şagirdi yeni ixtirası ilə buna nail ola biləcəyini deyir. Bakıda Ankara məktəb liseyinin şagirdi İkram Qabiyevin layihəsinə əsasən insandan götürülən qan şüşəyə qoyulur və tərkibinə xərçəng virusu ilə eyni hesab edilən "Yeni himera" virusu əlavə edilir.
Xüsusi lazer qanın içindən sensora keçəndə qrafikalar qanın tərkibinə uyğun hərəkətə keçir.
İkram xəstəlik müəyyən edəndən sonra xərçəng viruslarının məhv edilməsi üçün də müəyyən addımlar atacağını deyir. Bunun üçün insan qanına himera virusunun yeridilməsi lazım olduğu qeyd edilir.
İkram bu ixtirasının necə ərsəyə gəldiyini də danışdı.
Hələki nəzəri olaraq işlənən layihə Bakı Dövlət Universitetinin alimləri tərəfindən araşdırılıb. İkram isə ixtirasını gələn aydan etibarən nəzəriyyədən reallığa keçirməyə çalışacaq.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər