Fatimə (s) izdivacdan əvvəl |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 13-11-2015, 23:41 | Şərh sayı: (0) | Baxılıb: 1816
Fatimə (s) izdivacdan əvvəl
Fatimə (s) elm və fəzilət məqamından əlavə, sadə həyatı müsəlmanlara nümunə olası ilahi insanlardandır.
Onun bəhrəli həyatı hər növ bər-bəzəkdən, təmtəraqdan uzaq olmuşdur. İstər ata evində, müsəlmanların imkansız olduqları zamanda, istərsə də Mədinəyə hicrətdən sonra Əli (ə) ilə izdivac dövründə onun həyatı tam sadəliklə keçdi. Hansı ki, Zəhra (s) islam dünyası rəhbərinin qızı və ixtiyar sahibi idi.
Fatimə (s) izdivacdan sonra
Fatimənin (s) ailə həyatı olduqca sadə, dəbdəbəsiz idi. İslamın nümunə qadınının gəlinlik cehizinə baxın: Bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətifə, xurma çubuğu və lifindən bir taxt, misir kətanından iki ədəd döşək (biri yun, biri xurma lifindən), ikisi yun, ikisi xurma lifindən dörd balış, bir pərdə, bir həsir, bir əl daşı-dəyirmanı, dəri məşk, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbaq, bir mis qab.83 Onun mehriyyəsi on beş dirhəm olub və Fatimə bu mehriyyə, bu imkanlarla ailə həyatına başlayıb. Amma bütün dünya onun dəyəri səmərəsindən bəhrələnir. Müsəlmanlar, Əhli-beyt ardıcılları onların həyatını öyrənməli, evlənmə xərclərini azaltmalıdırlar ki, cəmiyyətimizin cavanları rahatlıqla ailə həyatı qursunlar. Böyük cehiz, böyük mehriyyə insan üçün heç bir dəyərə malik deyildir.
Xülasə, belə bir həyat tərzinin seçilməsi əli və Fatimə (s) məktəbindən öyrəniləsi dərsdir. Bəli, üzücü çətinliklərlə, qıtlıqla üzbəüz dayanmaq, əziz övladları ac yatırtmaq əli və Fatimə (s) məktəbinin dərslərindəndir. Əli və Fatimə yaşayışı təmtəraqdan çox uzaqdır. Döyüş qənimətindən onlara düşmüş pay pərdə evin qapısından asılır. Peyğəmbər (s) otağa daxil olanda pərdəni görür.
Fatimə (s) hiss edir ki, pərdə atasının ürəyincə deyil və Fatimə otağına uyğun gəlmir. Dərhal pərdəni açır və onu istifadə etmək fikrindən daşınır.
Fatimənin (s) evdarlığı
Fatimə və əlinin (ə) təmtəraqsız həyatında ev və çöl işləri hər iki məsumun iştirakı ilə yerinə yetirilir. Evin çox işlərini xidmətçiyə həvalə etmədən özü icra edirdi. Bu söz puç xəyallarından özləri üçün şən düzəldənlərə, gündəlik işləri özlərinə sığışdırmayanlara nümunə göstərir. Diqqət edin: «Evin yanacağını hazırlamaq, su gətirmək, süpürmək əlinin, dəyirmanda un çəkmək, xəmir etmək, çörək bişirmək Fatimənin öhdəsinə idi».
Həzrət Peyğəmbər (s) qullarla yanaşı torpaq üstə oturar, çörək yeyər, yalın ata minər, birini də tərkinə alar, özü qoyun sağar, ən kiçik işi belə özü yerinə yetirərdi.
Bu insanlar üçün nümunəvi bir üsuldur. Məhz, bu dəbdəbəsiz həyat tərzi insanları sehrləyir. Peyğəmbər (s) və Əhli-beytin (ə) kasıb daxması bir dünya mənəviyyat və əzəmətlə hər əsrdə insanları özünə cəlb edir. Bu ilahi rəhbərlərin ocaqları qırmızı və ağ evləri daim qorxudur və qorxudacaq. Əhli-beyt və Fatimənin (s) həyatını əsas götürməklə dünya və onun dəbdəbəsinə etinasız olmaq bizim öhdəmizədir. Dünya həyatı tez keçəsidir. Dünyaya bağlanmayaq. Bütün fəlakətlər dünyaya bağlanmaqdadır.
Sadəlik və dəbdəbədən uzaqlıq hər bir insan üçün müvəffəqiyyətin rəmzidir. Allah yanında ən əziz olan peyğəmbər və övliyaların həyatı dediklərimizə sübutdur. Kimsə deməsin ki, dünya malı insani kəramətdir. Əgər dünya malı kəramət olsaydı, Allahın ən yaxın bəndələri dünya malında qərq olardı. Hansı ki, ən yaxşı bəndələrin çətinlikdə, zalımları isə rifah içində görürük.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər