Yeməkdən sonrakı qaydalar haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-03-2015, 00:45 | Şərh sayı: (0) | Baxılıb: 706
Yeməkdən sonrakı qaydalar haqqında
İmam Rza (ə)-ın bu haqda etdiyi tövsiyələrin birində deyilir: "Nahar yeməyindən sonra bir qədər uzanmaq mədənin həzminə müsbət təsir göstərir. Daha yaxşı olar ki, uzandığınız zaman sağ əlinizi başınızın altına, sol əlinizi mədənizin üstünə, sağ ayağınızı isə sol ayağınızın üzərinə qoyasınız. Şam yeməyindən sonra isə bir qədər uzanmaq daha məqsədə uyğundur.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Yeyib qurtardıqdan sonra süfrəyə düşən çörək qırıntılarını yığıb yeyin. Bu insanı fəqirlikdən və yoxsulluqdan uzaq edər. Səfərdə olduğunuz zaman isə çörək qırıntılarını və yeməyinizin qalıntılarını çöl heyvanları və quşlar üçün saxlayın.
Peyğəmbər (s) çörəyə böyük əhəmiyyət verərdi. Günlərin bir günü O, Aişəyə deyir : Allahın nemətini əziz tut ! Əgər insan ona nəsib olan nemətlərin qədrini bilməzsə onu itirər və bir daha əldə etməyə qadir olmaz.
Rəvayətlərdən birində deyilir: İmam Rza (ə) xidmətçilərinə də özü yediyi yeməklərdən verər və yemək zamanı onlara iş buyurmazdı .
İmam Sadiq (ə) səhabələrə çörəyin əhəmiyyətini bəyan edərkən bəzən bu rəvayəti nəql edərdi: "Sərsar çayının kənarında şad-xürrəm yaşayan qəbilələrdən biri çörəklə özlərinin və uşaqlarının nəcisini təmizləyərdilər.Günlərin bir günü bu məntəqədən ötüb keçən əməli-saleh bir şəxs bu əhvalatı görüb çox təəccüb edir: O, bu qəbilədən olan yaşlı bir qadına yaxınlaşıb deyir. Allahın nemətlərini əziz tutun və onlardan lazimi qaydada isdifadə edin, yoxsa böyük bir bəlaya düçar olarsınız. Qarı deyir: Nə qədər ki, bu çay bizim kənarımızdan axır, bizim heç nədən qorxumuz yoxdur. Çox keçmir, çayın suyu azalır və müddət yağış yağmayır.Yerli əhali şiddətli quraqlıqla üzləşir . Onlardan bir çoxu aclıqdan ölür, bəziləri də buranı tərk etmək məcburiyyətində qalırlar”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər