Allahın canişini ilə Peyğəmbərin (s) canişini arasındakı fərq nədir? (İkinci hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 11-02-2016, 10:42 | Şərh sayı: (0) | Baxılıb: 584
Allahın canişini ilə Peyğəmbərin (s) canişini arasındakı fərq nədir? (İkinci hissə)
Şiəlikdə Allah və Peyğəmbərin (s) canişini məfhumu
Yazının birinci hissəsində əhli-sünnənin baxışına əsasən, Allah və Peyğəmbərin (s) canişini məfhumu barədə söz açaraq xəlifənin təyin edilməsi yollarını qeyd etdik. İndi isə bu barədə şiələrin görüşlərini qeyd edək.
Şiələrə görə, “xəlifətullah” bir neçə nümunəsi olan ümumi bir addır. Bəzən bu ad Allah elçiləri və nəbilərinə şamil edilir. Allah Quranda Həzrət Davudu (ə) xəlifə kimi yad edir:
يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُم بَيْنَ النَّاسِ بِالْحَقِّ
“Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar”.[1]
Bəzən də bu ad peyğəmbərlərin canişinləri üçün istifadə olunur. Bu canişinlər peyğəmbərlər də ola bilər (Həzrət Süleymanın (ə) atası Həzrət Davudun (ə) canişini olması kimi):
وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ
“Süleyman (ə) Davudun (ə) varisi oldu”.[2]
Bəzən bu canişinlər peyğəmbər olmaya da bilər. Peyğəmbərin (s) canişini Əli ibn Əbutalib (ə) kimi. Belə olan halda peyğəmbərlərin canişinlərinə həm “xəlifətullah” (Allahın canişini), həm də “xəlifətur-rəsul” (Rəsulullahın canişini) adının aid edilməsi doğrudur.
Məsum imamlardan nəql olunan hədislərə əsasən, bu iki ünvan həm İmam Əliyə (ə), həm də digər imamlara aid edilmişdir. Bu hədislərdən bir neçəsinə işarə edək:
عَنِ النُّعْمَانِ بْنِ سَعْدٍ عَنْ أَمِيرِ الْمُؤْمِنِينَ قَالَ: أَنَا حُجَّةُ اللَّهِ وَ أَنَا خَلِيفَةُ اللَّهِ وَ أَنَا صِرَاطُ اللَّهِ وَ أَنَا بَابُ اللَّهِ وَ أَنَا خَازِنُ عِلْمِ اللَّهِ
Nöman ibn Səd İmam Əlinin belə buyurduğunu nəql edir: “Mən Allahın höccəti (bələdçisi), Onun xəlifəsi (canişini), Allahın yolu, Onun qapısı və Allah elminin xəzinəsiyəm...” [3]
عَنْ أَبِي مَسْعُودٍ عَنِ الْجَعْفَرِيِّ قَالَ سَمِعْتُ أَبَا الْحَسَنِ الرِّضَا(علیه السلام) يَقُولُ: الْأَئِمَّةُ خُلَفَاءُ اللَّهِ عَزَّ وَ جَلَّ فِي أَرْضِهِ
Əbu Məsud Cəfərinin Əbülhəsən Rzadan (ə) belə eşitdiyini nəql edir: “İmamlar Allahın yer üzərindəki (xəlifələri) canişinləridir”.[4]
عَنِ الْأَصْبَغِ بْنِ نُبَاتَةَ قَالَ قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ(علیه السلام) أَنَا خَلِيفَةُ رَسُولِ اللَّهِ وَ وَزِيرُهُ وَ وَارِثُهُ أَنَا أَخُو رَسُولِ اللَّهِ وَ وَصِيُّهُ وَ حَبِيبُهُ
Əsbəğ ibn Nəbatə İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Mən Allah Rəsulunun (s) canişini (xəlifəsiyəm), vəziri və varisiyəm. Mən Rəsulullahın (s) qardaşı, varisi və sevimlisiyəm...”
Şiəlikdə xəlifənin təyin olunma yolu
Əhli-sünnədən fərqli olaraq şiələrə görə peyğəmbər və nəbiləri Allah seçdiyi və bu işdə insanların heç bir ixtiyarı olmadığı kimi, onların canişinlərini də Allah seçərək təyin edir.
Bu izahatla məlum olur ki, istər şiə, istərsə də əhli-sünnəyə görə “Allahın canişini” ifadəsi elə həmin peyğəmbərin canişininə də aiddir. Bu fərqlə ki, Allah Rəsulunun təyin olunması kimi, onun canişinini də təyin etmək Allahın öhdəsinədir. Peyğəmbərin vəzifəsi isə özündən sonraki canişinini tanıtmaqdır. Lakin əhli-sünnəyə görə isə Allah yalnız peyğəmbərləri seçir, onların canişinlərini seçmək isə camaatın öhdəsinədir. İstədiklərini özləri üçün imam seçə bilərlər.
[1] Sad/26
[2] Nəml/16
[3] Şeyx Səduq, Əmali, səh/35
[4] Üsuli-kafi, c/1, səh/193
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər