RSS
 

Login:
Şifrə:
» » Dini Təlimlərin Təsirinin Azalmasına Səbəb Olan Amillər

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dini Təlimlərin Təsirinin Azalmasına Səbəb Olan Amillər

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 20-01-2016, 17:38 | Şərh sayı: (0) | Baxılıb: 326

Dini Təlimlərin Təsirinin Azalmasına Səbəb Olan Amillər


Dini Təlimlərin Təsirinin Azalmasına Səbəb Olan AmillərHəmd-səna aləmlərin Rəbbi olan Allaha, bütün var­lıq­la­rın yaradanına məxsusdur. Salavat və salam olsun Al­lahın qulu, elçisi, sevimlisi, seçilmişi Məhəmmədə və onun pak Əhli-beytinə.

Ötən gecə söhbətimizin mövzusu dini təlimlərin təsirinin azal­­masına səbəb olan amillər, başqa sözlə, Quranın dili ilə desək, in­san üçün yaranan və dinin nurunun saçmasına və insanın on­dan bəhrələnməsinə mane olan pərdələr, örtüklər və m­a­neə­lər barəsində idi. Dünən dedik ki, insanda yaranan və hər han­sı bir həqiqətin qəbul edilməsi yolunda səddə və maneəyə çev­rilən hallar çoxdur və həmin pərdə, örtük və maneələrdən bi­ri də zaman keçdikcə nadanlıq və xəyal qüvvəsinin insana ha­kim olması nəticəsində sadə insanlarda yaranan pərdədir. De­dik ki, insana xəyal qüvvəsinin hakim olmasının və ağıl qüv­və­sinin zəifləməsinin nişanələrindən biri, onda məsələlər ba­rə­sin­də yaxından araşdırma aparmağa meyilsizliyin ya­ran­ma­sı­dır. Həmin şəxs əşya və məsələləri özündən uzaq saxlamaq, on­ları uzaqdan məchul və qaranlıq şəkildə görmək, işıqda de­yil, qaranlıqda addımlamaq istəyir. Bu məsələnin sirri xəyal qüv­vəsinin insanın batinində olan gizli meyil və arzulara tabe ol­masıdır. O, hər şeyi insanın arzuladığı kimi bəzəyir və rəng­lə­yir. Bu gözəl və insanın arzularına müvafiq rəsmlər bəzən acı və arzulara zidd həqiqətlə qarşılaşmaq istəməyəndə insanın ba­şı­nı qarışdırır.

(Şeirin məzmunu): İnsan heç də həmişə arzuladığına çata bilmir, bəzən kü­lək gəmilərin istəmədiyi istiqamətə əsir.

Başqa bir şair belə deyir:

(Şeirin məzmunu): Ey arzular, əgər gəlib çatsan, lap yaxşı, istənilən şey ger­çəkləşmiş olar; əgərçatmasan da, biz səninlə uzun bir müd­dət şirin-şirin yaşamışıq.

Həqiqət bəzən acı olur. Amma xəyal həmişə şirindir. Buna gö­rə də xəyal qüvvəsinə məhkum olan insan istər-istəməz si­ma­sının ona xoş gəlməməsi ehtimalı olan həqiqətlə qar­şı­laş­maq istəmir. Lakin ağıl qüvvəsi meyil və arzuya tabe deyil, onun qayda-qanun və hesabı var və o, onlardan çıxmağa qadir de­yil. Bizim hansısa bir riyazi məsələ üçün öz meyil və ar­zu­mu­za uyğun məntiqi meyarlarla düz gələn əqli dəlil gətirməyimiz müm­kündürmü? Alimlərin elmi məsələlərə öz meyillərinə uy­ğun dəlil tapmaları mümkündür? Həm onlar, həm də onların ağıl­ları varlıq qanunlarına tabe olmaq məcburiyyətindədir. Ağıl qüv­vəsi zəif olan xəyala tabe insanın hər şeyi uzaqdan qaranlıq gör­mək istəməsinin və ona yaxınlaşmaqdan çəkinməsinin sə­bə­bi budur.

Burada bir nöqtəyə də toxunmaq lazımdır. Kimsə belə bir sual irəli sürə bilər: «Ağıl, elm, din və digər bütün yaxşı şeylərin fay­dası onların insana xoşbəxtlik, rahatlıq və asayiş gə­tir­mə­si­dir. Bunların hamısı rahatlıq və asayiş üçün bir müqəddimədir. İn­di «hədəfdən yapış, müqəddimələri kə­na­ra qoy» deyiminə əsasən, nəticə hasil olduqdan sonra daha mü­qəddiməyə ehtiyac yoxdur. Ağıl və idrakın insana verməli ol­duğu xoşbəxtlik və rahatlığı nadanlıq və xəyal verəndən və nə­ticə əldə edildikdən sonra həmin asayişin nadanlıq və xəyal qüv­vəsindən doğmasını bəhanə edib onu bir-birinə vurmaq (kor­lamaq-Red.) olmaz. Məsələn, bir nəfər müəyyən bir yerə get­mək məqsədi ilə səfərə çıxır və həmin yerə adi yolla deyil, do­lama yolla gedir və həmin dolama yolla da gedib məqsədə ç­a­tır. Belə olan halda «nə üçün dolama yolla getdin?» deyib, ona narahatçılıq yaratmaq olmaz. Məqsəd hansı yolla olur-olsun həmin hədəfə çatmaq idi. Ümumiyyətlə, yol odur ki, in­sanı hə­dəfə çatdırır, indi istər onun adını yol qoysunlar, istər dolanba­cı.

Buna görə də çoxlarının nəzəri budur ki, camaatın na­dan­lı­ğı, xüsusilə dini seçimlərdəki nadanlığı ilə mübarizə aparmaq düz deyil. Etiqadlarının və təfəkkür tərzlərinin həqiqətlə uyğun gəl­məməsini bəhanə edib, onların rahatlıqlarını pozmaq olmaz. Çün­ki hədəf bir nəticənin əldə edilməsidir, o da hasil olub. Bir də görürsən, bir və ya bir neçə nəfər müəyyən bir şəxsə çox inam və etiqad bəsləyir, onun, məsələn, qeybi bilməsinə, baş­qa­larının ürəyini oxumasına, kəramət və möcüzə sahibi ol­ma­sı­na, filan-behmən işlər görməsinə inanır və həmin adamın bu ina­mının əsassız olmasını bilən şəxslər susurlar. Onlar bu sü­ku­tun səbəbini belə izah edirlər ki, bu yazıq ürəyini bu xülyalara qız­dırıb və başını onlara qatıb, ondan çox həzz alır, nə üçün onun şirin yuxusunu pozaq, onu şəkk-şübhəyə salaq? Bu iş­lə­rin yayılmasının səbəbi bir dəstə insanın sadəlövhlüyü, bu cür şey­ləri rahat qəbul etməsi, başqa bir dəstənin isə camaatın ra­hat xəyallarını pozmaq istəməməsidir. Nəticədə, böyük hissəsi əsas­sız olan bu etiqadların yaranmasına şərait yaranır.

Cavab olaraq qeyd etmək istərdim ki, birincisi, bu müqayisə düz­gün deyil, ağıl, idrak və bəsirətdə olan nəticə, yəni rahatlıq və asayiş xəbərsizlik və nadanlıqda olan nəticə deyil. Çünki xə­bər­sizlik və dərk etməməyin nəticəsi olan rahatlıqla ağıl, idrak və bəsirətin nəticəsi olan rahatlıq arasında fərq vardır. Birinci ra­hatlıq cansızlıq və hissiyyatsızlıqdan, başqa sözlə desək, ölü­yə­bənzərlikdən yaranır. İkinci rahatlıq isə bunun əksinə olaraq, hə­yatda həssaslıqdan yaranır. Həssaslıqdan yaranan ağrı-acı can­sızlıq və hissiyyatsızlıqdan yaranan rahatlıqdan üstündür. İn­sanın həssaslıq və idrak ilə əldə etdiyi rahatlıq isə bununla mü­qayisəyə gəlməz.

Biz bəzən ədəbi əsərlərimizdə dərdsizlik, cansızlıq və ruh düş­künlüyünün müqabilində, dərd, qəm və narahatlığın mədh edil­məsinin şahidi oluruq:

(Şeirin məzmunu): Narahatlığı olmayan ürək ürək deyil; ruh düş­kün­lü­yü­nə düçar olmuş ürək su vəpalçıqdan başqa bir şey deyil.

Həqiqətən də, dərk etməməkdən yaranan rahatlıq əsl in­sa­nın axtardığı şey deyil. Məsələn, bəzi adamlar zəlil, xar və həqir ol­salar da, ağrı və əzab hiss etmirlər, quyruq bulamaq və yal­taq­lığın sıxıntısını hiss etmirlər, məhkum olmağın ağırlığını hiss et­mirlər, başqalarının dərdini hiss etmir, qəmlərinə şərik ol­mur­lar. İndi bunları hiss edən şəxs özünün bu hisslərini qarşı tərəfin ra­hatlıq və cansızlığı ilə dəyişməyə razı olar? Əlbəttə ki, yox! Bu sı­xıntıları hiss etməyən kəs heç insan deyil. Sədi deyir:

(Şeirin məzmunu): Sən ki, başqalarının çətinliklərinin qəmini çəkmirsən, sə­nin adını insan qoymaq düz deyil.

Kamil insan insanpərvərdir, başqalarının çətinlik və qəminə şə­rikdir, insanların yollarını azmalarına, biçarə və bədbəxt ol­ma­larına görə özünü öldürmək istəyir.

«Bəlkə, sən, bu sözə (kitaba) iman gətirməyəcəkləri təq­dir­də, onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şid­də­tin­dən özünü həlak edəcəksən?!»

Bu ayə həzrət Peyğəmbərə (s) xitab edərək buyurur ki, bəl­kə, sən onlar azğınlıqda qaldıqları üçün qəm-qüssədən özünü məhv edəcəksən?! Digər bir ayədə buyurur:

«(Ya Peyğəmbər!) Bəlkə, sən onlar iman gətirməyəcəklər de­­­yə, özünü həlak etmək istəyirsən?!»

Başqa bir ayədə buyurur:

«Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəlib ki, si­zin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gə­tir­məyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qar­şı çox mərhəmətli və mehribandır».

İmam Əliyə (ə) xəbər verdilər ki, Müaviyənin tərəfindən bir dəstə adam gəlib Ənbar şəhərini qarət edib, hətta müsəlman qa­dınların və ya müsəlmanların pənahında yaşayan kafir qa­dın­ların zinət və bəzək əşyalarını əllərindən alıblar. O həzrət (ə) bu məsələni səhabələri ilə müzakirə edəndə onları bu cür tə­cavüzlərin qarşısında müqavimət göstərməyə sövq edərək bu­yurur:

«Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüs­sədən ölsə, ona eyb deyil, hətta mənim nəzərimcə, o buna layiqdir də».

İndi oturub hesablayaq və baxıb görək insanın rahat olmaq üçün bu məsələləri hiss və dərk etməyib ölməsi yaxşıdır, yoxsa hiss və dərk etməsi, əziyyət çəkməsi? Bu əziyyət və çətinlik hə­min rahatlıqdan min dəfə üstündür. Bəzi arzular müqəddəs ar­zu­lardır. Bəzi əziyyət və çətinliklər də sevimli, müqəddəs və eh­ti­rama layiqdirlər və insanın insanlığı onlardan asılıdır. O, Al­la­hın yaratdıqları üçün və onlara xatir çəkilən, hissin və dər­ra­kə­nin mövcudluğundan doğan əziyyətlərdir. Düzdür, axmaq ada­­­mın özü həmin çirkin nadanlıq, cansızlıq, hissizlik səhnəsini dərk etmir. Lakin dərrakəli və həssas vicdan nemətinə malik olan şəxs başa düşür ki, idrak odunda yanmaq cansızlıq və na­dan­lıq rahatlığından min dəfə üstündür.

Yuxuda olan şəxs bütün ağrı-acıları yaddan çıxarır. İndi bu o deməkdir ki, yuxu oyaqlıqdan daha yaxşıdır? Oyaqlığın özü diqqət və agahlıq tələb edir. Təbii ki, diqqət və agahlığın da kənarında bir sıra çətinlik və qəmlər olur.

(Şeirin məzmunu): Ey əsas axtaran, bu qanunu bil ki, kimin dərdi varsa, deməli, bir şeyə çatıb; kim oyaqdırsa, dərdi daha çoxdur, kim da­ha agahdırsa, rəngi daha sarıdır.

Əziz Peyğəmbər (s) buyurub: «Heç bir pey­ğəmbər mənim ki­mi incidilməyib». Digər peyğəmbərlərin bəzisi həzrət Pey­ğəm­­bərdən çox fiziki əziyyət çəkib. Keçmişdə bəzi pey­ğəm­bər­lər camaatın ağır işkəncələrinə məruz qalıb, faciəli şəkildə qətlə ye­tiriliblər. Lakin «daha agah olanın dərdi daha çox» olduğu üçün heç kəs onun müqəddəs vücudu qədər agahlıq dərdi və həs­saslıq əziyyəti çəkməyib. Ühüd müharibəsində şəhidlər ağa­sı Həmzə kimi əzizləri, çox sevdiyi şəxslərin gözünün qarşısında qa­n­larına qəltan olmalarına, dişinin sınmasına və alınının ya­ra­lan­masına baxmayaraq, bu cinayətləri törədən şəxslər üçün Al­lah­dan bağışlanma diləyir və belə buyururdu: «Allahım, mənim qövmümü hidayət et, həqiqətən, on­lar bilmirlər».

Beləliklə insanların qəflət yuxusunda və nadanlıq içində olanda şirin yuxuda və rahatlıq içində olmalarını, nəzərdə tu­tu­lan hədəfin, yəni rahatlığın əldə edilməsini bəhanə edərək oyaq­lıq və sayıqlığı inkar edən fəlsəfənin düz olmaması məlum ol­du. Bu birinci dəlil idi. İkincisi, bəzən bəzi insanlar öz ürək­lə­ri­ni xəyallarla şad etmək istəyiblər, amma dini rəhbərlər icazə ver­məyib, bu şirin yuxuya mane olublar. Allah Rəsulu (s) zöv­cə­si Mariyyə Qibtiyyədən olan oğlu İbrahim təqribən iki yaşına ça­tanda dünyadan köçdü və təsadüfdən həmin gün günəş tu­tul­du. Camaat günəşin tutulmasını həzrət Peyğəmbərin (s) İb­ra­hi­min ölümünə görə hüzünlü olması ilə əlaqələndirdi. İslam Pey­ğəmbəri (s) minbərə çıxıb buyurdu: «Günəş ilə ay Allahın ni­şanələrindəndir və onlar kiminsə ölümünə görə tutulmurlar. Bu gün günəşin tutulmasının mənim övladımın ölümü ilə heç bir əlaqəsi yoxdur». Həzrət Peyğəmbər (s) beləcə camaatın xə­ya­lının rahatlığını pozdu.

Öncə də qeyd etdik ki, bu məna – vicdan hissindən yaranan çə­tinlik və ağrı-acının cansızlıq, hissiyyatsızlıq, ruh düşkünlüyü və nadanlıqdan yaranan ağrı-acısızlıq və rahatlıqdan üstün he­sab edilməsi bizim ədəbiyyatımızıda da öz əksini tapmışdır. Hət­ta «ağrı-acısız» ifadəsi söyüş kimi başa düşülür. Çünki bu ifa­də bir növ kinayədir və onun zəruri məntiqi nəticəsi də var. Onun mənası budur ki, «sənin ağrı-acını hiss edəcək hissiyyatın yox­dur». Bunun müqabilində ədəbiyyatımızda onun əksini bə­yan edən ədəbi parçalar da var. Bəziləri bilməməyi və hiss et­mə­məyi insan üçün çətinlik və dərdi-sər yaradan bilməkdən və hiss etməkdən üstün tutublar. Şairlərdən biri deyir:

(Şeirin məzmunu): Mənim ağılım və düşüncəm mənim canımın düş­mə­ni­dir; kaş mənim nə gözüm açıq olaydı, nə də qulağım.

Bu səhv bir təfəkkür tərzidir. Qeyd etdiyim kimi, gözün, qu­la­­ğın açıq olması və aydın zəka bir sıra çətinlik və dərdi-sərlərə sə­­bəb olur, amma göz və qulağın bağlı, ağılın donmuş və­ziy­yət­də olması, əsla, göz və qulağın açıq olmasından üstün ola bil­məz. «Mənim ağılım və düşüncəm mənim canımın dü­ş­mə­ni­dir» ifadəsi düz deyil. Ağıl insana heç vaxt düşmən ola bilməz. İn­s­anın ən sadiq və səmimi dostu onun ağılıdır. Həzrət Pey­ğəm­bər (s) buyurub: «Hər bir şəxsin dostu onun ağılı, düşməni onun nadanlığıdır». Əmirəl-möminin (ə) buyurur: «Görmək gö­zlə deyil. Çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd-nəsihət istəyənə xəyanət etmir!» Əmirəl-mö­mininin (ə) Quran barəsində də buna bənzər kəlamı var: «Bi­lin ki, bu Quran xəyanət etməyən öyüdverən, azdırmayan bələdçi və yalan deməyən natiqdir. Bu Quranla oturan elə bir kəs yoxdur ki, onun yanından duranda hidayət və qurtuluşu artmamış və ya korluq və azğınlığı azalmamış olsun...». Və son­ra davamında buyurur: «Buna görə də onun əkinçisi və ar­xa­sınca gedənlərdən olun, onu Rəbbinizə tərəf bələdçi edin, on­dan öyüd-nəsihət götürün».



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor