RSS
 

Login:
Şifrə:
» » Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-11-2015, 23:22 | Şərh sayı: (0) | Baxılıb: 758

Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar


Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar


İnsan dünyaya göz açandan ömrünün sonuna kimi sıxıntı və iztirabların, təşviş və nigarançılıqların əhatəsində yaşayır. Varlıqlar içərisində insan qədər zəka və şüura malik biri olmasa da, onun qədər çətinliyə mübtəla olanı da yoxdur. İnsan həyatının bütün sahələri sürətlə inkişaf edir. Əgər bəşəriyyət əlli, yüz il bundan qabağa kimi aydan-aya inkişaf və tərəqqiyə nail olurdusa, bu gün bu tərəqqi saniyələrlə, hətta saniyənin neçədə biri ilə ölçülür. Bu gün dünyada hər saniyədə yüzlərlə yeni ixtiralar edilir və insanların maddi tərəqqisi üçün hətta çoxlarının eşitməyə belə macal tapmadığı nailiyyətlər ortaya qoyulur. Lakin bütün bunlara baxmayaraq bəşəriyyət, özünün yer üzünə qədəm qoyduğu gündən onunla "ömür-gün yoldaşı" olan bir problemini həll edə bilmir.

Bütün bu elmi-texniki inkişaflar insanın daxilən rahatlıq tapması üçün nəinki heç nə edə bilmir, hətta bəzən vəziyyəti daha da ağırlaşdırır. Hamımız dünyaya gəlmiş körpənin ağlayarkən sakitləşdirilməsinin şahidi olmuşuq. Dilsiz-ağızsız körpə ağlayan kimi ətrafdakılar onu sakitləşdirmək üçün müxtəlif yollara əl atırlar. Körpənin ac olmasını güman edib ona süd verirlər. Lakin körpə süd əmdikdən sonra yenə ağlayır. Fikirləşirlər ki, yəqin bələyini dəyişmək lazımdır. Bələyini dəyişirlər, amma körpə az keçməmiş yenə ağlayır. Susuz olmasını fikirləşib ona su verir, yuxusuz olmasını güman edib lay-lay çalırlar. Beləcə körpənin sakitləşməsi istiqamətindəki tədbirlər bir-birinin ardınca davam etdirilir. Lakin onların hamısı onun ümimi ehtiyaclarını nəzərə alıb edilir və konkret olaraq heç kəs həmin andakı ağlamanın səbəbinin aclıq və ya susuzluq olmasını bilmir.

İnsan, həyatının sonrakı mərhələlərində də belədir. O, hər bir mərhələdə müxtəlif şeylərin arzusu ilə yaşayır və həmin şeyin onun qurtuluş amili olmasını güman edir. Məsələn, elə bilir ki, əgər velosipedi olsa, hər şey həll olacaq. Amma velosiped aldıqdan sonra daxilində ona qarşı olan həvəs sönür və bir az böyüdükdən sonra univetsitetə qəbul olmağı hər şeyin həlli sayır. Daha sonra maşın almaq, ailə qurmaq, ata olmaq və sairə kimi şeylərin hamısının səadət quşu olmasını güman etsə də, onların heç biri ona qəlb rahatlığı gətirmir. Bütün arzular onlara qovuşduqdan sonra puç olur. Onların heç biri insanı daxilən qane etmir. Dünyanın ən rahat evində və ən ləziz nemətlər içində olsa da, mənəvi rahatlıq əldə edə bilmir. Hətta maraqlıdır ki, mənəvi narahatlıq maddi imkanları daha geniş olan insanlar arasında kasıblardan daha çox olur. Bunun səbəbi odur ki, onlar bütün maddi nemətləri əldə edib və axtardıqlarının onda olmadığını görüblər. Kasıb isə hələ bu ümidlə çalışır ki, bəlkə filan qədər pulum olsa hər şey düzələcək.

Görəsən bunun səbəbi nədir? İnsan doğrudan da bu cür təşviş və iztirablı həyat keçirmək üçün yaradılmış və ona məhkumdur? İnsan bu həyatda nə axtarır?

İnsanlar hamısı kamillik və xoşbəxtlik axtarışındadır. Əslində gecə-gündüz var-dövlət qazanmaq istiqamətində çalışan insanlar pul yox, kamillik, xoşbəxtlik axtarırlar. Sadəcə kamillik və xoşbəxtliyi təmin edəcək şeyin pul olduğunu düşünərək pul qazanmaq arxasınca gedirlər.

İnsanın dərmanı tapılmayan bu daxili narahatlığının aradan qaldırılması, onun mənəvi və ruhi rahatlıq tapması üçün yol varmı? Bu suala ən gözəl cavabı insanı yaradan Uca Allah vermişdir. Çünki hər bir şeyi yaradan onun dərdinin nə olduğunu da hamıdan gözəl bilir. Allah-Təala Qurani-Kərimdə buyurur:

"Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatliq tapar!" (Rəd, 28).

Doğrudan da Allahı zikr etmək, yəni bütün hallarda Allahı yada salmaq insanın dərdlərinin dərmanıdır. Qarşıya çıxan problemin hansı sahə ilə bağlı olmasından və böyük-kiçikliyindən asılı olmayaraq onun bir dərmanı var. Əgər insan həmin dərmanı əldə edə bilsə, heç bir çətinlik ona qalib gələ bilməz.

Allaha iman və Allahı həmişə xatırlamaq insanın həyatına məna verən və onu hədəfsizlikdən çixaran amildir. Əgər insan özünün Allah ilə münasibətlərinə yenidən nəzər salsa və bütün işlərində Onu nəzərə alsa, həm qarşısına qoyduğu məqsədə daha rahat çatar, həm də heç bir çətinlik onu qorxutmaz. Çünki o, belə olan halda bütün varlıq aləminin ixtiyarı əlində olan qüdrətin nəzarəti altında addımlayır və bilir ki, Allah heç vaxt öz bəndəsini darda qoymaz, çətinliyə salmaz. Əgər o, hansısa zahiri çətinliklə qarşılaşıbsa, deməli, onda da bir hikmət var və o da xeyrinədir.

Bunun müqabilində əgər insan Allahı untsa və Ondan üz döndərsə, onu sıxıntılı həyat gözləyir. Allah-taala buyurur:

"Kim Məni zikr etməkdən üz döndərsə, həyatı mütləq sıxıntılı olacaqdır" (Taha, 124).

Əlbəttə həyatın sıxıntılı olmasından məqsəd Allahdan üz döndərən şəxslərin maddi vəziyyətlərinin pis olması deyil. Hətta bir çox hallarda bu cür insanların maddi durumu iman sahiblərinin durumundan daha geniş olur. Bəli, güzəranın darısqallığından məqsəd pulun olmamasi deyil, gözün doymamasıdir. Belə insan həmişə dünyanın yarısına sahib olsa da, daim həsrət içində, ehtiyac içində yaşayır. Allaha imanı olmayan və Onu yada salmayanlar üçün qəlb rahatlığı, daxili aramlıq əlçatmaz olur. Bu da insanın ən zəruri ehtiyacı və yerini heç nə ilə doldura bilmədiyi bir şeydir.

Gördüyümüz kimi Allah-Təala bəşəriyyətin doğru yola, həm dünya, həm də axirət səadətinə qovuşması üçün göndərdiyi müqəddəs kitabında lazım olan bütün məsələləri bizə açıqlamış, izah etmişdir. Təəssüf ki, bizlər bu ilahi həyat proqramını yaşayışımızda gerçəkləşdirmək əvəzinə hələ də onu öpüb gözümüzün üstünə qoymaqla məşğuluq. Həkimin yazdığı resepti öpüb gözün üstünə qoymaqla kiminsə sağalmasının mümkünlüyünü isə heç bir ağıl sahibi qəbul etməz. Elə isə həyata baxışlarımıza yenidən nəzər salaraq istər maddi, istərsə də mənəvi ehtiyaclarımızın təmin edilmə yollarını Qurandan öyrənək, bu ilahi kitaba üz tutaq. Əlimizdə bu cür zəngin ilahi xəzinə ola-ola yenə də iztirablı həyat sürmək bizə sonrakı peşmançılıqdan başqa bir şey gətirməyəcəkdir. Sonrakı peşmançılıq isə fayda verməz.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor