RSS
 

Login:
Şifrə:
» » Düşünmək kortəbii təqliddən xilas olmağın yeganə yoludur

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Düşünmək kortəbii təqliddən xilas olmağın yeganə yoludur

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 10-01-2016, 20:49 | Şərh sayı: (0) | Baxılıb: 392

Düşünmək kortəbii təqliddən xilas olmağın yeganə yoludur


Düşünmək kortəbii təqliddən xilas olmağın yeganə yoludur İnsanı kortəbii təqliddən xilas edəcək ən mühüm amil ağlı işə salmaq, düşünməkdir. Məhəmməd Əli Mütəvəkkil bu haqda yazır: "Ağıl, nəfsi istəklərin maneçiliyi olmadan haqqa doğru hidayət edən bir nurdur. Ağıl Allahın insan üçün höccətidir. Allah onun vasitəsi ilə tanınır. Peyğəmbərlər (ə) onun vasitəsi ilə təsdiq olunur. Haqq onun vasitəsi ilə batildən fərqləndirilir. Ağlı olmayanın dini də yoxdur”. Seyid Əhməd Mötəsim bu haqda yazır: "Allah-Taala insana ağıl və elm nuru bəxş etmişdir. Onlardan istifadə yolu isə insanın öz əlindədir. Bu nuru həqiqətləri üzə çıxarmaq üğrunda yandırmayan şəxs, tezliklə cəhalət və xurafat kölgəsi altına düşəcəkdir”. İdris Hüseyni Məğribi yazır: "İslamı sələflərimizin fikirləri xaricində araşdırdıqda görünür ki, onun məqsədi insan ağlını fəallaşdırmaqdır. İslam insanlardan ona şüurlu surətdə dərk edərək tabe olmalarını istəyir”. Təəssübkeşlik; Təəssüb insanın haqqa tabe olmasına mane ola biləcək amillərdən biridir. Çünki o, insanı, yanlışlığını bildiyi halda müəyyən bir fikrin üzərində dayanaraq onu dəyişməyə, dar düşüncəli olmağa vadar edir. Elə buna görə də təəssübkeş insan haqqı, həqiqəti gündüz, günəşin saçdığı kimi aydın olsa belə tanımaqdan məhrum olur. Şiəliyi qəbul etmiş böyük əhli-sünnə alimi Məhəmməd Məri Əntaki bu haqda yazır: "Bu kitabda yazdığım faktlara diqqətlə nəzər sal və haqqın həqiqət yolçuları və təəssübdən, kortəbiilikdən uzaq olanlar üçün aydın olduğunu gör. İnadını davam etdirənlərə isə minlərlə hədis desən də bir faydası olmayacaq”. Buna görə də haqq məzhəb sorağında olan, bu məqsədlə tədqiqat aparan kimsə etiqadındakı yanlışlıqları qəbul etmək cəsarəti əldə etməlidir. Doktor Ticani Səmavi bu haqda yazır: "Məni əhatə edən insanlar müəyyən zaman kəsiyində mənim düşüncəmi doldurmuş, ağlımı zəncirləmişdilər. Bundan məqsəd hədisləri və ya tarixi hadisələri düzgün təhlil etmək, Quranı və sünnəni düzgün anlamaq iqtidarında olmam üçün şərait yaratmamaq idi. Lakin mən iyirmi ildən çox bir müddətdə üzərimə qonan təəssüb tozunu silməyi, boynumdakı buxovu, qolumdakı zənciri qırmağı bacardım”. O, yazır: "Təəssüb və irsi düşmənçilik dönəmi öz yerini nüvə əsrinə, fikir azadlığı dönəminə vermişdir. Bu gün müasir gənclər haqqı tanımaq üçün gözlərini açmalı, şiə kitablarını oxumalı, onlarla əlaqə yaratmalı, alimləri ilə söhbət etməlidirlər. Nə vaxta qədər yanlış fikirlərə aldanacağıq?! Bu gün dünya xalqları sıx əlaqədədirlər. Yer kürəsinin istənilən bölgəsində şiə var. Elmi tədqiqat işləri ilə məşğul olanlar şiəliyi ona düşmən mövqedə olanların tədqiqatı ilə tanımamalıdırlar.Şiəlik etiqadı yalnız özlərinə bəlli olan gizli məzhəb deyil. Dünyanın hər bir nöqtəsində şiə kitabları var. Şiə elm mərkəzləri hər bir elm adamının üzünə açıqdır. Şiə alimləri müsəlmanları vəhdətə dəvət etmək məqsədi ilə dəyirmi masalar, diskussiyalar keçirirlər”. Qorxu. bir məzhəbdən digərinə keçərkən insanın qarşılaşdığı problemlərdən biri də keçmiş əqidəsindən ayrılacaq deyə onu bürüyən qorxudur. Çünki uzun müddət onunla yaşamış, onlara alışmışdır.Seyid Əhməd Mötəsim bu haqda yazır: "Geniş axtarışdan sonra Əhli-beyt (ə) məzhəbinə tabe olmağın vacib olduğunu qət etdim. Vicdanım bunu qəbul etsə də əməldə məzhəbimi dəyişə bilmirdim. Dostlarımın mənə şiə və ya Xomeyni deyə müraciət etmələrinə baxmayaraq, mən hələ də tam olaraq məzhəbimi dəyişməmişdim. Əhli-beyt (ə) məzhəbinin haqq olduğuna zərrə qədər də şübhəm yox idi. Lakin əmmarə nəfs mənə vəsvəsə edir, əcdadımın məzhəbini tərk etməyə imkan vermirdi. Daxilimdə suallar yaranırdı: Ata-babalarının dinindən əlmi çəkəcəksən? Səni əhatə edən və sənə qarşı olan cəmiyyətlə necə yola gedəcəksən? Sən kimsən ki, belə bir nəticə əldə etmisən? Böyük alimlər, əksər müsəlmanlar sən bildiklərini bilmirdilərmi? Minlərlə bu kimi şübhələr fikrimi məşğul edir, mənə rahatlıq vermirdi.Məni bu daxili keşməkeşdən xilas edər deyə şiəlik əleyhinə yazılmış kitablara müraciət etdim. Lakin onlarda da axtardığımı tapa bilmədim. Məsələ daha da ciddiləşdi. Çünki o kitablarda elmi, məntiqi dəlillər əvəzinə, nalayiq sözlər, yalan və iftiralar gördüm. Sonda Əlinin (ə) vilayətinin dəlillərini tədqiq edərkən daxilimdə hidayət nurunun parladığını və məni haqqa sövq etdiyini hiss etdim”. Bu sözləri eşitdikə od qalayan, lakin ətrafını işıqlandırdıqdan sonra orada qalmaq istəməyən insan vəziyyətinə düşdüm”. Doktor Ticani bu haqda yazır: "Mən öz aqibətimdən qorxdum. Dəfələrlə tövbə edib Allahdan bağışlanmaq istədim və bir daha məni Peyğəmbərin (s) səhabələri, nəticə də isə dinim haqqında şəkkə salan mövzular haqqında düşünməyəcəyimə söz verdim. Lakin mənə qarşı günü-gündən artan düşmənçiliklər, dediyim hər sözün yalan adlandırılması, həqiqəti bilməyə olan marağım məni tədqiqatımı davam etdirməyə sövq etdi. Özümdə məni irəliyə doğru sövq edən daxili bir qüvvə olduğunu hiss edirdim”. Şiəliyi qəbul etmiş Əbd əl-Münim özündən öncə şiə olmuş əmisi oğlu ilə aralarında gedən mübahisələrə toxunaraq yazır: "Mən qəti qərara gəlmişdim ki, əmim oğlu ilə yeni qəbul etdiyi məzhəb haqqında bir kəlmə belə kəsməyim. Hər keçən gün vücudumu qorxu bürüyürdü. Onun fikirlərinin təsiri altına düşməkdən, yaxınlarım tərəfindən dindən çıxmaqda ittiham olunmaqdan qorxurdum. Lakin bütün bunlara göz yumub əmim oğlu ilə söhbət edəcəyimi qət etdim. Çalışdım ki, bu söhbət nəticəsində ona və əqidəsinə qarşı yaranmış etimadımı aradan qaldıra bildim. Mən (hazırlıq üçün) şiəlik əleyhinə xeyli kitab oxumuşdum...Mən ona dedim: "Sən bu gün məzhəbini dəyişərək cəmiyyətdən ayrı düşmüsən. Bir az sonra bu məzhəbini də dəyişməyəcəyinə nə zəmanət var?” O, sualıma cavab olaraq bu ayəni oxudu:(Yəhudilər və xaçpərəstlər) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: "Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” ("Bəqərə, 111).Mən dəlil tərafdarıyam. Dəlillər hansı tərəfdə olarsa, mən də o tərəfdəyəm. Mən araşdıraraq Əhli-beyt (ə) məzhəbinin haqq, doğru yol olduğu qənaətinə gəlmişəm. Bunun başlıca sübutu bu məzhəbin ardıcıllarının göstərdiyi dəlillərin bütün müsəlmanlar tərəfindən yekdilliklə qəbul olunmasıdır.- Nə üçün qeyriləri sənin üzə çıxardıqlarını anlamamışlar?- Birincisi, mən bunları dərk edən, anlayan ilk şəxs deyiləm. İkincisi, kiminsə bu və ya digər əqidədə olması onun doğru və ya yanlış olduğuna sübut ola bilməz. Çünki meyar öncə haqqın özü, sonra isə tərəfdarlarıdır. Məni başqaları maraqlandırmır. Çünki Allah Quranda buyurur: "Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!” (Maidə, 105)- Fərz edək ki, şiə məzhəbi ən doğru yoldur. Bu o demək deyilmi ki, müsəlmanların 90 faizi yanlış yoldadır? Çünki əksər müsəlmanlar əhli-sünnədirlər.- Birincisi, şiələr sənin düşündüyün kimi azlıq təşkil etmirlər. Çünki bir çox müsəlman dövlətlərində çoxluq təşkil edirlər. İkincisi, haqqın meyarı azlıq və ya çoxluq deyil. Çünki Allah-Taala Quranda buyurur: "Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” ("Əraf”, 17) "Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı” ("Zuxruf”, 78). Deməli, cəmiyyətin çoxluğu haqqın ölçüsü ola bilməz.Mən təəccüblə dedim: "Sən məndən babalarımın, bütün tanıdıqlarımın, möminlərin Allahın istədiyi dində omadıqlarını etiraf etməmimi istəyirsən?”O, gülümsəyərək dedi: "Mən sələflərimizi dəyərləndirmək fikrində deyiləm. Allah onları daha yaxşı tanıyır. Lakin mən sənə xatırlatmaq istəyirəm ki, Quran əcdadlarının etiqadını təqlid edənlərə qarşı çıxır: Onlara (bütpərəstlərə): "Allahın göndərdiyinə (Qurana) tabe olun!” – deyildiyi zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?) ("Bəqərə”, 170)


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor