Şiəliyin İranda yayılması |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-01-2016, 07:35 | Şərh sayı: (0) | Baxılıb: 386
Şiəliyin İranda yayılması
İran tarixinə nəzər saldıqda iranlıların şiəliyə yönəlmələrinin bir neçə səbəbi olduğunu görürük:
1. Xəlifələr dönəmindəki fəthlərdə şiələr də iştirak edir və fəth olunan bölgələrə öz əqidələrini, Əhli-beytə (ə) məhəbbəti ərməğan edirdilər.
2. Bir çoxları, başda imamlar (ə) olmaqla məzlum şiələrin dərdinə şərik olmaq məqsədi ilə şiəliyi qəbul edirdilər. Çünki insan fitri olaraq məzlumlara acıyır. Bunun özü şiəliyin İranda geniş kütləyə nüfuz etməsində başlıca amillərdən biridir.Fransalı Doktor Jozef "Şiəlik və ağlasığmaz tərəqqilər" adlı tədqiqat əsərində yazır: "Şiəliyin möhkəmlənməsində, digər məzhəblərə təsirində mühüm rol oynayan amillərdən biri də dini liderlərin məzlumluğunun önə çəkilməsidir. Bu, şiəliyin keçdiyi tarixi tərəqqi yolunda təsirli olan təbii amillərdəndir. Çünki insan fitri olaraq məzluma köməyə tələsir, zəifin güclüyə qələbəsini istəyir. Elə buna görə də bəşər övladı yaradılışca zəiflərə meyillidir".
3. Bir çoxları şiəliyi İrana köçmüş şiələrlə birgəyaşayış zamanı əxz etmişlər. Çünki şiələr mənəvi həyatlarını sürmək üçün öz məzhəblərini genişləndirməli, insanlara nüfuz etməli idilər. Onlar xalq arasında və hakimiyyət dairələrində təmsil olunub etiqadlarını qorumağa çalışırdılar.
4. Böyük əksəriyyət isə şiəliyi Səfəvilər hakimiyyətində rəsmi dövlət məzhəbi olduqdan sonra qəbul etdilər. Bu zaman şiəlik nəzərəçarpacaq dərəcədə genişləndi.Burada belə bir sual meydana çıxır ki, əgər İranda şiəliyin yayılmasına səbəb bu qohumluqdursa, nə üçün Abdullah ibn Ömər və ya Məhəmməd ibn Əbu Bəkrin qohumluğu əhli-sünnənin iranlılar arasında yayılmasına gətirib çıxarmayıb? İranlılarla şiələrin fikir birliyi. Bəziləri yazırlar: "İranlılarla şiələrin xəlifəliyin ilahi bir məqam olması, irsiyyət yolu ilə nəsildən-nəslə keçməsi, bu məsələdə xalqın seçiminin heç bir dəyəri olmaması haqqında müştərək fikirdə olmaları iranlıların şiəliyi qəbul etməsinə gətirib çıxarmışdır”.
Cavab: Birincisi, şiələrə görə, imamət məsələsində irsiyyət deyə bir amil yoxdur. Bu daha çox Bəni-Üməyyə və Abbasılərə məxsus idarəçilik üsuludur. Şiələr imamətin ilahi bir haqq olduğu qənaətindədirlər.İkincisi, çox güman ki, iranlılar padşahın seçilməsinin ilhai bir haqq olduğunu Zərdüşt təlimlərindən əxz etmişlər. Əlbəttə, onlar bunun tətbiqində yanıldılar. Lakin bu, peyğəmbərlərin təlimlərindən mənimsənilmiş bir ideyadır.Üçüncüsü, şiələrin xalqın seçiminə heç bir əhəmiyyət verməməsi sadəcə ittihamdır. Onlar hakimiyyətin gerçəkləşməsi üçün xalqın beyət etməsini zəruri hesab edirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər