Şiəliyin yayılmasının maneələri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-01-2016, 20:40 | Şərh sayı: (0) | Baxılıb: 1030
Şiəliyin yayılmasının maneələri
Şiəliyin yayılması və qəbul edilməsinə mane olan amilləri iki hissəyə bölmək olar:
İnsanın özü ilə bağlı olan daxili maneələr;Buraya idrak vasitələrinin zəifliyi, sabiq fikirlərin qəbul edilməsi, haqqı görməyə mane olan mənfi əxlaqi keyfiyyətlər və s. daxildir. Bütün bunlar insanın həqiqəti görməsinə mane olan amillərdir.
Digərlərinin insan üçün, onun həqiqəti görməməsi üçün törətdikləri xarici maneələr. Öncə şiəliyin yayılmasına mane olan xarici amillərə nəzər salaq:
Həqiqətlərin təhrif olunması;İslam ümmətinin Peyğəmbərin (s) vəfatından bugünədək üzləşdiyi problemlərdən biri budur ki, bəziləri öz şəxsi mənfəətlərinə, arzu və istəklərinə yetmək üçün şəriəti, din maarifini təhrif edir, dəyişir, azaldır və ya çoxaldırlar. Bu çirkin əllər müxtəlif yollarla haqqı gizlətmək, batillə qarışdırmaq, ayırdedilməz hala salmaq məqsədi daşıyırlar. Bu arada bir çox həqiqətlər İslam ümmətindən gizlədildi və bunun nəticəsində bir çoxları azğınlığa, zəlalətə yuvarlandılar. Bu, şiəliyi qəbul etmək istəyənlərin qarşılaşdığı problemlərdən biridir.Doktor Ticani əhli-sünnəyə müraciətlə deyir: "Ey mənim həmvətənlərim! Sizi haqqı araşdırmağa, təəssübdən kənar olmağa dəvət edirəm. Biz Bəni-Üməyyə və Abbasilərin qurbanlarıyıq. Biz sələflərmizin qoyub getdiyi qara tarixin qurbanlarıyıq”.
Şiəliyi qəbul etmiş Yasin Bədrani bu haqda yazır: "Çoxlu sayda hədislər quraşdırıldı və bu vasitə ilə bir çox şəxsiyyətsiz insanların nüfuzu artırıldı, Allahın fəzilət, elm, təqva, hidayət mənbəyi olaraq göstərdiyi şəxslər isə unutduruldu. Bəli, Əməvi və Abbasi hakimyyətləri Allahın yolundan çıxıb yalanlar qondarmağa başladılar. Bizi duyanların bu yanlışlıqlara uymamasını, məsələlərə hissiyyata qapılmadan yanaşmasını ümid edirik. Onlara tövsiyə edirik ki, tədqiqatlarında, fikir və mütaliələrində azad və insaflı olsunlar”.
Doktor Ticani yazır: "Müşahidələrim göstərir ki, əhli-sünnə alimlərinin böyük əksəriyyəti tarixi baxımdan danılmaz acı həqiqətlərlə qarşılaşdıqda onları yozmağa, təhlükəli vəziyyətdən çıxmağa çalışırlar. Bu, gülməli olması ilə yanaşı, ağlamalı haldır.
Şiəliyi qəbul edənlərdən İdris Hüseyni Məğribi bu haqda yazır: "Bu, insanları cəhalətə sürükləmək deyilmi?! Əhli-sünnə alimləri öz savadsız və xəbərsiz xalqları üçün kitab yazır, lakin zərrəcə təqvalı davranmırlar”.
Misirli Saleh əl-Vərdani bu məsələyə toxunaraq yazır: "Yozmaq metodu əhli-sünnə etiqadını əsaslandırdıqları başlıca prinsipdir. Bu, onların üzlərinə tutduqları yeganə silahdır”.
Suriyanın Hələb şəhərinin müftisi, insaflı əhli-sünnə alimlərindən olan Şeyx Məhəmməd əl-Həssun əhli-sünnə mənsublarına müraciətlə yazır: "Biz şiəlik yayılar, təbliğ olunar qorxusu ilə Əhli-beytdən (ə) ayrı düşmüşük. Şübhəsiz, siyasi qüvvələr həqiqətlərin üzə çıxmasına mane olurlar. Bu, hədis kitablarında da özünü göstərir. Misal üçün, mövcud "Səhih” kitablarında Əbu Bəkr, Ömər və Osmanın fəziləti haqqındakı rəvayətlərə geniş yer verildiyi halda seyidimiz Əlinin (ə) fəziləti haqqındakı rəvayətlərə yalnız bir-iki səhifə ayrılmışdır. Təsadüfi deyil ki, Əhməd ibn Hənbəl öz "Müsnəd” əsərinin 46 səhifəsini seyidimiz Əlinin (ə) fəziləti ilə bağlı rəvayətlər üçün ayırmışdır. Bunu gördükdə maraqlı bir sual yaranır ki, nə üçün bundan öncəki kitablarımızda o həzrətin (ə) fəziləti haqqında bu qədər rəvayət yoxdur. Əminəm ki, əgər digər bir İslam ölkəsində çap olunan "Müsnədi-Əhməd”dən 46 səhifəsinin çıxarıldığını görsən, düşündüklərim sənə aydın olar və tarixin necə hiylə ilə dəyişdirildiyini anlayarsan”.
Digər insaflı əhli-sünnə alimi Qahirə Dilçilik İnstitutunun Ərəb ədəbiyyatı müəllimi Doktor Hamid Hənəfi yazır: "Burada düşüncəli oxucu üçün aydınlaşdıra bilərəm ki, şiəlik yolunu azmışların, Əbu Süfyan tərəfdarlarının düşündüyü kimi sırf ənənəvi (nəqli), xurafata əsaslanan, Abdullah ibn Səba və ya digər mifik şəxslərin meydana çıxardığı məzhəb deyil. Şiəlik bizim yeni elmi üslubumuza görə onların düşündüyünün tam əksinə olan bir məzhəbdir. Şiəlik ənənəvi (nəqli) və rasional (əqli) dəlillərə xüsusi diqqət yetirən ilk məzhəb olmuş və İslam məzhəbləri arasında özünə geniş yer açmışdır. Əgər şiəlik ənənəvi və rasional sahələri özündə cəmləməyə bilməsəydi, ictihadda yenilik ruhuna malik olub zaman və məkan şəraiti ilə dinə qarşı çıxmayacaq şəkildə ayaqlaşa bilməzdi”.
O, Əllamə Əsgərinin "Abdullah ibn Səba və digər əfsanələr” adlı kitabına verdiyi rəydə yazır: "İslam tarixindən on üç əsr keçməsinə baxmayaraq, biz hələ də alimlər tərəfindən şiəlik əleyhinə emosional fətvaların səsləndirildiyinin şahidi oluruq. Bu yanlış metod İslam məzhəbləri arasında fasilə yaranmasına gətirib çıxarmışdır. Nəticədə isə elm və eləcə də İslam alimləri bu məzhəbin öndərlərinin elmlərindən məhrum olmuşlar. Əslində bunun elmə və elm adamlarına dəyən ziyanı şiəliyə aid olmayan xurafatların yayılması ilə şiəliyə dəyən ziyandan olduqca çoxdur”.
Misirin əl-Əzhər universitetinin İslam fəlsəfəsi müəllimi Əbu əl-Vəfa Qənimi Taftazani yazır: "Şiəlik haqqında söhbət açan bir çox tədqiqatçılar şiəlik əleyhinə heç bir yazılı və ya əqli əsası olmayan çoxlu yanlışlıqlara uymuşlar. Sıravi insanlar da bu yanlış hökmlərin doğru olub-olmadığını müəyyənləşdirmədən ağızdan-ağıza salıb şiələri ittiham edirlər. Onların şiəlik haqqında belə insafsızcasına davranmalarının səbəblərindən biri də şiə qaynaqlarından xəbərsiz olmalarıdır. Çünki onlar şiələrə qarşı ittihamlarında yalnız şiəliyə qarşı düşmən mövqedə olanların qələmə aldığı kitablara əsaslanırlar”.
Təhrİflərdən nümunələr1. İbn Səd Aişədən nəql edir: "Xəstəlik Peyğəmbərə (s) güc gəldikdə iki kişinin, yəni Abbas ibn Əbd əl-Müttəlib və digər bir nəfərin köməyi ilə evdən çıxdı. İki ayağı yerlə sürünürdü”. Rəvayətçi deyir: "Mən Aişənin bu sözü dediyini Abdullah ibn Abbasa dedim”. İbn Abbas dedi: "Bilirsənmi Aişənin adını çəkmədiyi şəxs kim idi?” Mən: "Xeyr”, - deyə cavab verdikdə buyurdu: "O, Əli ibn Əbu Talib (ə) idi. Aişə Əlinin (ə) adının yaxşı işlərdə hallanmasını istəmədiyi üçün onun adını çəkməmişdir”.
Buxari eyni məzmunlu hədisi nəql etmiş, lakin son "Aişə Əlinin adının yaxşı işlərdə hallanmasını istəmədiyi üçün onun adını çəkməmişdir” cümləsini qeyd etməmişdir. Halbuki İbn Səd son ifadələri də əks etdirən məlum rəvayəti səhih sənədlə nəql etmişdir.Bunun özü Buxarinin təhriflərindən sayılır. Tarixi qaynaqlarda Məhəmməd ibn Əbu Bəkrin Müaviyəyə ünvanladığı məktub qeyd olunmuşdur. Nəsr ibn Müzahimin "Vəqəti-Siffeyn” və Məsudinin "Müruc əz-zəhəb” əsərində qeyd etdiyi məlum məktubda Əlinin (ə) bir çox fəzilətlərindən söhbət açılmışdır. Lakin təəssüflər olsun ki, Təbəri və İbn Kəsir bu məktubu qeyd etməmiş və bu əməllərinə haqq qazandırmaq üçün yazmışlar: "Adi insanlar, ümumi kütlə bu növ məsələləri qavramaq gücündə deyil”.Bu iki tarixçidən sonra isə İbn Əsir Məhəmməd ibn Əbu Bəkrin belə bir məktub yazdığını qeyd etsə də onun mətni haqqında "Bu məktubda sərt ifadələrə yol verilmişdir” sözləri ilə kifayətlənir. Təbəri və İbn Əsir İmam Hüseynin (ə) Aşura günü söylədiyi xütbəni qeyd etmişlər. Xütbənin bir hissəsində deyilir: "Mənim nəslimə nəzər salın. Kim olduğumu görün. Sonra özünüzə gəlin və nəfsinizi məzəmmət edin. Sizin mənə qarşı hörmətsizlik etmək icazəniz varmı? Mən Peyğəmbərin (s) qızının və onun vəsisinin, əmisi oğlunun övladı deyiləmmi? O, Allaha ilk iman gətirən, Peyğəmbəri (s) ilk təsdiq edən idi”.Lakin İbn Kəsir bu xütbəni nəql edərkən "vəsisinin övladı” ifadəsini qeyd etmir. Halbuki onun istinad etdiyi Təbəri həmin ifadəni qeyd etmişdir. Buxari "Səhih” əsərində belə bir rəvayət nəql etmişdir: "Əli (ə) Ömərə buyurdu: "Bilmirsənmi ki, bir neçə nəfərdən məsuliyyət götürülmüşdür? Dəli ağıllananadək, uşaq həddi-büluğa yetənədək və yatmış oyananadək məsuliyyət daşımır”.
Lakin digər hədis qaynaqlarını nəzərdən keçirdikdə görürük ki, Ömər ibn Xəttab gözdən düşməsin deyə hədisin əvvəlini qeyd etməmişdir. Əbu Davud, Nəsai və İbn Hibban İbn Abbasdan nəql edirlər: "Əli (ə) bir qəbiləyə mənsub dəlinin zina etdiyini və Ömərin onun daşqalaq olunması hökmünü verdiyini görüb buyurdu: "Bilmirsənmi ki, bir neçə nəfərdən məsuliyyət götürülmüşdür? Dəli ağıllananadək, uşaq həddi-büluğa yetənədək və yatmış oyananadək məsuliyyət daşımır”.
Burada Buxarinin hədisi necə dəyişdiyi və əvvəlini qeyd etmədiyi açıqca bəlli olur. Tarixçi və təfsirçilər "Şüəra” surəsinin 214-cü ("Və ən yaxşın qohumlarını qorxut!”) ayəsini şərh edərkən yazırlar: "Ayə nazil olduqdan sonra Peyğəmbər (s) Bəni-Haşim ağsaqqallarından 45 nəfərini dəvət etdi və belə qərara gəldi ki, onlara ziyafət verərək dinə dəvət etsin. Əliyə (ə) süd və yemək hazırlamasını tapşırdı. Yemək yeyildikdən sonra Peyğəmbər (s) sözə başladı. Həzrət buyurdu: "Ey Əbd əl-Müttəlib övladları! Mən ərəb gəncləri arasında sizin üçün mənim gətirdiyimdən yaxşısını gətirəni tanımıram. Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Allah mənə sizi dəvət etməmi əmr etmişdir. Sizin hansınız mənə iman gətirib yardımçım olarsa, o şəxs mənim qardaşım, vəsim (canişini) və sizin aranızda xəifəm olacaqdır”.Əli (ə) buyurur: "Hamısı başlarını aşağı salmışdılar. Lakin mən onların arasında dedim: "Ey Allahın Rəsulu (s)! Mən sənin vəzirin olacağam”. Bu zaman Peyğəmbər (s) əlini mənim boynuma salıb buyurdu: "Həqiqətən, bu (Əli) mənim sizin aranızda qardaşım, vəsi və xəlifəmdir. Onun göstərişlərinə qulaq asın və ona itaət edin”. Lakin təəssüflər olsun ki, Təbəri təfsir əsərində həmin hadisəni bir az ətraflı, eyni zamanda təhrif olunmuş şəkildə qeyd etmişdir. O, Əlinin (ə) fəzilətindən söhbət düşdükdə qısaca üstündən keçir. Təbəri belə nəql edir: "Hansınız mənə bu işdə kömək edir? O, mənim qardaşım və s. olacaqdır”. Bu, yazıçı və ya çap edən tərəfindən törədilmiş cinayətdir. O, bu əməli ilə nə məqsəd güdürdü? İbn Kəsir də təfsir və tarix kitabında eyni şəkildə davranmış, Əlinin (ə) fəzilətinin üstündən keçmişdir. Misirin Maarif naziri Doktor Heykəl "Həyatı-Məhəmməd” adlı kitabının ilk çapında sözügedən hadisəni tam şəkildə qeyd etmiş, növbəti çaplarda isə kimsəni düşünməyə vadar etməmək üçün Təbəri kimi davranmışdır. Şeyx Əbd əl-Vəhhab Şerani "əl-Yəvaqit vəl-cəvahir” kitabında qiyamətin əlamətlərindən danışarkən həzrət Mehdidən (ə) söhbət açır və Şeyx Mühyiddin Ərəbinin "əl-Fütuhat əl-Məkkiyyə” əsərindən belə bir ibarə nəql edir: "Bilin ki, həzrət Mehdi (ə) mütləq gələcək. Lakin o, dünya zülmə büründüyü zaman zühur edib onu ədalətlə dolduracaq. Əgər dünyanın sonuna bir gün belə qalsa, Allah o günü xəlifəsinin gəlib yer üzünü islah edəcəyi qədər uzadacaq. O, Peyğəmbərin (s) Əhli-beytindən, Fatimənin (s) övladlarındandır. Babası Əli ibn Əbu Talib, atası Həsən Əsgəri (ə) ibn Əli ən-Nəqi ibn Əli ər-Rza ibn Musa əl-Kazım ibn Cəfər Sadiq ibn Məhəmməd Baqir ibn Zeyn əl-Abidin ibn Hüseyn ibn Əli ibn Əbu Talibdir (ə). Onun adı Peyğəmbərin (s) adıdır. Müsəlmanlar ona (Kəbədə) rüknlə məqam arasında beyət edəcəklər. O, əxlaqda da Peyğəmbərə (s) oxşayır”. Lakin təəssüflər olsun ki, "əl-Fütuhat əl-Məkkiyyə” kitabının sonrakı çaplarında Əhli-beytin (ə) adları çıxarılmışdır. Buna səbəb kimi isə naşirin əhli-sünnə alimlərinin tövsiyəsi ilə bu addımı atdığı göstərilir. Guya Əhli-beytin (ə) adının orada olması şiə məzhəbini təsdiq etmək, öz məzhəblərinə qarşı isə etiraz kimi qiymətləndirilə bilər. Yəqubi kimi şöhrət qazanmış tarixçi Əhməd ibn Əbu Yəqub yazır: "Deyilənə görə, Peyğəmbərə (s) son nazil olan ayə budur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim” ("Maidə”, 3). Səhih rəvayətlərimizdə göstərilir ki, bu ayə Qədir-Xumda Əli (ə) haqqında nazil olmuşdur. Lakin həmin kitabın digər hissəsində məlum "İkmal” ayəsini qeyd edərək yazır: "Səhih rəvayətlərimiz də bunu təsdiq edir ki, ayə "nifrət” günü Əmir əl-Mömininə rəhm olunduqdan sonra nazil olmuşdur. Gördüyünüz kimi, Yəqubinin sözlərindəki iki ifadəni dəyişdirərək Əlinin (ə) fəzilətini anlaşılmaz hala gətirib çıxarmışlar. Bu, İslamı təhlükəyə doğru sürükləyən məsələlərdəndir. Müttəqi Hindi "Səhihi-Müslim” və "Sünəni-Əbu Davud” kitablarında Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Mehdi mənim Əhli-beytimdən, Fatimənin (s) övladlarındandır”. İbn Həcər Heysəmi "əs-Səvaiq əl-mühriqə” əsərində həmin hədisi Müslim, Əbu Davud, Nəsai, İbn Macə, Beyhəqi və digərlərindən nəql etmişdir. Lakin təəssüflər olsun ki, məlum hədis "Səhihi-Müslimdə” yoxdur. İbn Həcər Heysəmi, Deyləminin Aişə və Peyğəmbərdən (s) belə nəql etdiyini qeyd edir: "Qardaşlarımın ən yaxşısı Əli, əmilərimin ən yaxşısı Həmzədir. Əlini (ə) yad etmək ibadətdir”. Lakin Deyləminin "Firdəvs əl-əxbar” kitabına (Əbd əl-Vəhhab Əbd əl-Lətifin tədqiqi ilə çap olunan h. q. 1395-ci il çapına) müraciət etdikdə həmin hədisin sonunda, Əlini (ə) yad etmək ibadətdir” ifadəsinə rast gəlmirik. "Səvaiq əl-Mühriqə” kitabının h. q. 1385-ci il çapını h. q. 1312-ci il çapı ilə müqayisə etdikdə bu kitabın da təhrifdən amanda qalmadığının şahidi oluruq. Orada aparılan dəyişikliklərdən bir neçəsinə nəzər salaq: Kitabın 74-cü səhifəsində "Əlinin yad etmək ibadətdir” ibarəsi çıxarılmışdır. Qədim çaplarda 74-cü səhifədə Təbəranidən aşağıdakı məzmunda rəvayət nəql edilmişdir. "Əlinin on səkkiz məqamı var ki, ümmətimin heç biri bu məqamlara malik deyil”. Təəssüflər olsun ki, təzə çaplarda sözügdən hədis qeyd edilməmişdir. Qədim çapın 87-ci səhifəsində Hakim Nişapuridən belə bir hədis nəql olunub: "Dedim: Ey Allahın Rəsulu (s)! Sənin Əhli-beytinə (ə) necə salam göndərək?Həzrət buyurdu: محمد اللهم صل علی محمد وال ("Əllahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd”). Bu hədis sonrakı çaplarda yoxdur.4. Qədim çapın 20-ci səhifəsində aşağıdakı məzmunda bir hədis qeyd olunur: "Əlinin yolu doğru yoldur”. Lakin sonrakı çaplardan Əlinin (ə) adı çıxarılmışdır. Şair Əbu Təyyibdən "Əlini (ə) niyə mədh etmirsən” - deyə soruşduqda aşağıdakı iki beyti oxuyaraq şeirlə cavab verdi: صیّ ترکت مدحی للوصیّ ترکت مدحی ترکت مدحی للوصیّ ترکت مدحی للو للوصیّ ترکت مدحی للوصیّ ترکت مدحی للوصیّ اذ کان نورا مستطیلا کاملا Şeirdə deyilir ki, Əlinin (ə) nuru mənim mədhimə ehtiyacı olmayacaq qədər əhatəli və çoxdur. Lakin təəssüflər olsun ki, məlum şeir Əbu Təyyibin divanının bəzi nüsxələrindən çıxarılmışdır. İbn Sədin "Təbəqat əl-kübra” əsəri dəfələrlə çap olunmuşdur. Kitabın bir neçə səhifəsi İmam Həsən (ə) və İmam Hüseynin (ə) tərcümeyi-halına həsr olunmuşdur. Halbuki müasir kitabşünas Seyid Əbd əl-Əziz Təbatəbai Türkiyədən həmin kitabın əlyazmasını tapmış və İmam Həsənlə (ə) İmam Hüseynin (ə) tərcümeyi-halının indiki çaplardan bir neçə dəfə çox olduğunu üzə çıxarmışdır. Xoşbəxtlikdən əlyazmanın həmin hissəsi ayrıca çap olunmuşdur. Hakim Nişapuri "əl-Müstədrək əla əs-səhiheyn” kitabında yazır: "Müslimin Əbu Musa vasitəsi ilə Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyilir: "Aləmin ən yaxşı qadınları dörd nəfərdir”. Bir çox hədis qaynaqlarında isə yuxarıdakı rəvayət həmin dörd qadının adı ilə tamamlanır: "Onlar Məryəm, Xədicə, Asiyə və Fatimədir”. Lakin kitabın müxtəlif fəsillərini araşdırdıqda Xədicənin fəzilətləri və ya Fatimənin fəzilətləri adlı fəsilə rast gəlmirik.Mərhum Şeyx Məhəmməd Həsən Müzəffər "Dəlail əs-sidq” kitabında yazır: "Çox güman ki, kitabı çapa hazırlayan hədisi təhrif edərək adları oradan çıxarmışdır ki, Aişə gözdən düşməsin. Çünki onun adı məlum dördlüyün sırasında yoxdur”. Bir çox qaynaqlarda "Təhlükəsizlik hədisi” Peyğəmbərdən (s) nəql edilmişdir. Hədisdə deyilir: "Həqiqətən ulduzlar səma əhlinin təhlükəsizliyini təmin edirlər. Mənim əhli-beytim (ə) isə yer əhlinin təhlükəsizliyini təmin edir. Əgər mənim əhli-beytim (ə) olmasa, yer üzündəki məxluqlar məhv olarlar”.Bu hədis nəql olunduğu qaynaqlardan biri olan "Müsnədi-Əhmədin” yeni çaplarında mövcud deyil. "Elmin şəhəri” hədisi əksər əhli-sünnə qaynaqlarında qeyd edilmişdir. İbn Əsir "Came əl-üsul”, Süyuti "Tarixi-xüləfa”, İbn Həcər "əs-Səvaiq əl-mühriqə”, Tirmizi "əl-Came əs-səhih” kitabında həmin hədisi nəql etmişlər. Bundan başqa Fəzl ibn Ruzbəhan bu hədisin "Sünəni-Tirmizi”də də qeyd olunduğunu etiraf edir. Lakin indi "əl-Came əs-Səhih” kitabında yoxdur. Buxari "Səhih” əsərində özünəməxsus sənədlə Büreydədən nərl edir: "Peyğəmbər (s) Əlini (ə) Xalidin yanına, qənimətlərin xümsünü almağa göndərdi. Mən o zaman Əliyə (ə) qarşı düşmən mövqedə idim. Əlinin (ə) qüsl verdiyini görüb Xalidə dedim: "(Onun) nə etdiyini gördünmü?” Sonra Peyğəmbərin (s) yanına gedib gördüklərimi danışdım. Həzrət (s) buyurdu: "Ey Büreydə! Sən Əliyə (ə) qarşı düşmən mövqedəmisən?” Mən: "Bəli”, - deyə cavab verdim. Həzrət (ə) buyurdu: "Ona qarşı düşmən mövqedə durma. Çünki onun xümsdə olan payı bundan daha çoxdur”. Digər qaynaqlara nəzər saldıqda Buxarinin bu hədisi təhrif edilmiş şəkildə nəql etdiyinin şahidi oluruq. Peyğəmbər (s) hədisdə Əlinin (ə) vilayətinə toxunur. Buxari hədisin həmin hissəsini çıxarmışdır.Əhməd ibn Hənbəl özünəməxsus sənədlə Büreydədən nəql edir: "Peyğəmbər (s) Yəmənə iki qoşun göndərdi. Bu qoşunlardan birinin komandanlığını Əli ibn Əbu Talibə (ə), digərini isə Xalid ibn Vəlidə tapşırdı və buyurdu ki, qoşunlar yolda qarşılaşdıqları zaman Əli (ə) rəhbərlik edəcək. Ayrı-ayrılıqda isə hər biriniz öz qoşununa sərkərdəlik edəcək. Biz yəmənli Bəni-Zeyd qəbiləsi isə döyüşdük. Müsəlmanlar müşriklərə qalib gəldilər. Döyüş bitdikdən sonra onların övladlarını əsir götürdülər. Əli (ə) əsir qadınlardan birini özü üçün seçdi. Xalid olanlar haqqında bir məktub yazıb Peyğəmbərə (s) yetirim deyə mənə verdi. Mən Mədinəyə gəlib məktubu Peyğəmbərə (s) təhvil verdim. Həzrət (s) məktuba baxdıqda üzündə qəzəb ifadələri yarandı. Mən dedim: "Ey Allahın Rəsulu! Bu, Allaha sığınmalı vəziyyətdir. Sən məni birisi ilə döyüşə göndərmiş və ona tabe olmamı əmr etmisən. Mən də tabe olmuşam”. Peyğəmbər (s) buyurdu: "Əliyə (ə) qarşı çıxma. Əli (s) məndən, mən də Əlidənəm (ə). O, məndən sonra (gələcək) hər bir möminin vəlisidir”.1Əhməd ibn Hənbəlin nəql etdiyi məlum hədisə diqqət yetirdikdə bunun Buxarinin Büreydədən nəql etdiyi hədis olduğu üzə çıxır. Lakin Buxari hədisin mənasını dəyişmiş, təhrif etmiş və Peyğəmbərin (s) Əlinin (ə) vilayəti haqqında buyurduğu kəlamı olduğu kimi qeyd etməmişdir. Buxarinin kitabında bu kimi hallara tez-tez rast gəlmək olar.İbn Dihyə Əndəlusi sözügedən hədisi Buxaridən nəql etdikdən sonra yazır: "Gördüyümüz kimi Buxari bu hədisi tam nəql etmir. Bu onun hədis nəqlində adəti olmuşdur...”. Zəhəbi, İbn Dihyə haqqında yazır: "O, şeyx, əllamə (erudit), hədisşünas və hədislər haqqında geniş məlumata malik bir insan olmuşdur”. Süyuti də onu böyük alim, məşhur fəzilət sahibi hesab edərək onun hədisşünaslıq və hədislə bağlı digər elimlərdə böyük məharətə mailk olduğunu bildirir.3Buxarinin "vilayət” hədisini təhrif etməsindən daha çox Vəliyullah Dehləvinin təhrfləri təəccüb doğurur. O, "هو” (o) əvəzliyini dəyişərək "انا” (mən) kimi qeyd etmiş, hədisin sonunu isə bütünlüklə çıxarmışdır. O, həmin hədisi "İzahə əl-xifa” kitabında aşağıdakı şəkildə qeyd etmişdir: "Əlidən (ə) nə isləyirsiz? Həqiqətən, Əli (ə) məndən, mən də ondanam. Mən bütün möminlərin vəlisiyəm”. Müxalif qüvvələrin şiəliyin yayılmasının qarşısını alması; Şiəliyin yayılmasının xarici amillərindən biri də ona qarşı olan müxalif qüvvələrin müxtəlif vasitələrlə maneçilik törətməsidir. Bu maneə bir çox müsəlman və ya qeyri-müsəlmanın Əhli-beytdən (ə) məhrum olmasına gətirib çıxarmışdır.Şiəliyi qəbul etmiş Məhəmməd Kəsiri yazır: "Şiə kitabları hər bir yerdə müxalif qüvvələr tərəfindən düşmənçiliklə qarşılaşır. Əksər dövlətlər bu kitabların ölkələrinə daxil edilməsini yasaqlayır və oxunmasına qadağa qoyurlar. Əlcəzairdə şiəliklə bağlı kitab və ya jurnalı olan gənclərə qarşı hörmətsizlik olunur. Onlar döyülərək, mühakimə olunurlar. Ey sələfi təbliğatçıları! Nə üçün şiə kitablarından bu qədər qorxursunuz?” yazır: "Biz sələfi təbliğatçılarına deyirik: "Əgər şiəlik haqqında yazdıqlarınız həqiqətdirsə, o zaman nə üçün şiə kitablarının yayılmasına mane olursunuz? Təbii ki, şiə kitablarının yayılması müasir ziyalı gənclərin şiəlik haqqında sizin dediklərinizi təsdiq edən düzgün məlumat almaqları ilə nəticələnər. Lakin mən əminəm ki, siz belə etməyəcəksiniz. Çünki onlar şiəlikdən, onu əhatə edən həqiqətlərdən qorxurlar. Çünki günəş ortaya çıxıb saçdığı zaman bütün kiçik şamlar nurunu itirərək məhv olacaq.Onlar özlərini gizlətmək üçün yalan və iftira arxasında daldalanırlar. Elə buna görə də müasir, ayıq gənclərdən biri bəzi həqiqətləri gördükdə dəyişərək Sələfiliyin düşmənlərindən birinə çevrilir. Çünki o, artıq sələfilərin ona verdiklərinin yalan, iftira, təhrif dolu qida olduğunu görür”. Doktor Məhəmməd Ticani Səmavi bu haqda yazır: "Nə üçün bəzi alimlər, yaşadığımız dövrün elm əsri olmasına baxmayaraq, həqiqətləri gizlətmək məqsədi ilə heç bir dəyəri olmayan yozmalara əl atırlar”. yazır: "Şiəlik haqqında etik normalar çərçivəsində, insafla yazan bir neçə alimi çıxsaq, qalan əksər elm adamları keçmişdə və indi şiəlik haqqında Bəni-Üməyyə fikirlərinin təsiri ilə, kin dolu ifadələrlə söhbət açırlar. Onlar bütün azdırıcı vasitələrdən istifadə edir, özləri belə anlamadıqları sözlər danışır, Əhli-beyt (ə) şiələrinə qarşı nalayiq ifadələr işlədirlər. Bəzən şiəliyin banisi kimi yəhudi Abdullah ibn Səbani göstərirlər. Bəzən onların məcus olduqlarını qeyd edirlər. Bəzən: "onlar rafizidirlər, yəhudi və xristianlıqdan daha təhlükəlidirlər”, - deyirlər. Bəzən onları təqiyyə etdikləri, cinsi azadlığa müsbət yanaşdıqları, müvəqqəti nikahı icazəli hesab etdikləri üçün münafiq adlandırır və məhrəmləri ilə zina etməyi halal bilmək iftirası ilə şərləyirlər. Bəzən onların özlərinə məxsus gizli Quranları olduğu iddiası ilə çıxış edirlər. Bəzən onların Əli (ə) və digər imamlara pərəstiş etdiklərini, Peyğəmbərə (s) və Cəbrailə kin bəslədiklərini söyləyirlər. Hər il özünün əhli-sünnə olduğunu güman edən bu alimlərin onlarla kitab çap etdiklərinin şahidi oluruq. Kitablar bizə çatdıqda isə onların şiəliyə qarşı təhqir və iftiralarla dolu olduğunu görürük. Onlar çirkin əməllərini yalnız öz böyüklərinin, İslam ümmətinin parçalanmasında maraqlı olan qüvvələrin razılığını cəlb etmək məqsədi ilə həyata keçirirlər. Onlar bu növ kitablarda kortəbii təəssübkeşlikdən, kin və nifrətdən, cəhalət və sələflərini təqliddən başqa heç bir dəlilə əsaslanmırlar. Onlar Bəni-Üməyyə və Qüreyşin ardıcılları olduqları üçün cahiliyyət zehniyyəti ilə, tayfabazlıq ideyalarını əsas götürərək yazırlar”. Şiəliyi qəbul edən tunisli Haşimi ibn Əli yazır: "Mən həmişə deyirəm ki, müsəlman və qeyri-müsəlmanlar arasında milyonlarla pak fitrətli insanlar var. Lakin bu məzhəb onlara gedib çatmayıb”. Şiəliyi qəbul etmiş fələstinli həkim Doktor Əsəd Vəhid Qasim yazır: "Daim fikrimi özünə məşğul edən məsələlərdən biri budur ki, bir çox tarixi hadisələr, Peyğəmbərdən (s) nəql olunan hədislər öz kitablarımıza da səhih şəkildə qeyd olunmasına baxmayaraq, nə üçün bizdən gizlədilir? Hansı ki, bu hədislər əsrlər boyu şiə və əhli-Sünnə arasında davam edən bir çox ixtilafları aradan qaldırmaqda bizə kömək edə bilər. Həqiqətləri dəyişmək, ört-basdır etmək onların düşündüyü kimi fitnələrin qarşısını necə ala bilər?! Fitnə tam olaraq həqiqətləri gizlətməlidirmi?!” Şiəliyi qəbul etmiş türkiyəli Məhəmməd Gözəl Həsən Amudi yazır: "Mən Quran və Peyğəmbərin (s) rəvayətlərində Əlinin (ə) və onun soyundan olan imamların xəlifə olduğu haqda aydın dəlillər gördükdə bizə onların ardınca getməyin əmr, onlara qarşı çıxmağın isə yasaq olunduğunu dərk etdim. Hansı ki, bu rəvayətlər hakim dairələr tərəfindən gizlətmə səylərinə baxmayaraq, əhli-sünnə və şiə qaynaqlarında mütəvatir şəkildə qeyd olunmuşdur. Bu hədisləri nəql edən, yazan insanlara olmazın işgəncələr verilmiş, əksini yazanlar isə qiymətli mükafatlar almışlar. Lakin Allah bu hədislərin böyük bir hissəsini qorumaqla İslam ümmətinə minnət qoydu”.Şübhə toxumlarının səpilməsi.Şəkk-şübhə bəzən yaxşı və islahedici, bəzən isə zərərli və dağıdıcıdır. İslahedici şəkk;İnsan həddi-büluğa yetdikdən sonra araşdırmağa, həqiqəti tapmağa ehtiyac duyur. Elə buna görə də insan böyük inam bəslədiyi əqidəsi haqqında şübhələrlə qarşılaşır. Müəyyən yaş dövründə insan daxilində dalğalanan bu şübhələr islahedici və təbii şübhələrdir. Çünki bu, kifayət qədər biliyin olmamasından qaynaqlanır və nəticədə insanı araşdırmağa, etiqadi məsələlərini daha dəqiq, elmi və tutarlı dəlillər əsasında qəbul etməyə sövq edir. Belə hallarda insan araşdırmalı, tədqiqat aparmalı və qəti bir nəticə əldə etməlidir. Çünki Allah-Taala buyurur:"Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!” ("Ənkəbut”, 69) Dağıdıcı şəkk.Dağıdıcı şübhələr insan təfəkkürünü özünə məşğul edən təbii şəklərlə köklü şəkildə fərqlənir. Bu, qərəzli insanların meydana gətirdiyi, batili haqq kimi göstərmək səylərinin nəticəsində yaranan şəkdir. Bu kimi şübhələri yayan insanlar adətən, haqq yolunun şəxsi mənafeləri ilə üst-üstə düşmədiyi vasitələrdən insanları haqdan yayındırma üçün istifadə edirlər. Onlar insanları batilə aludə edib öz çirkin niyyətlərinə yetmək istəyirlər.Doktor Ticani bu haqda yazır: "Bəzən batil haqq libası geyinərək insanları zəlalətə sürükləyir və əksər hallarda da məqsədinə çatır. Çünki insanlar sadədirlər. Belələrinə xoş gümanla yanaşırlar. Bəzən də batil onu dəstəkləyən qüvvələrin köməyi ilə uğur qazanır. Belə hallarda haqq tərəfdarları batili sıradan çıxarmaq üçün səbir etməli və Allahın verdiyi vədi gözləməlidirlər. Çünki batil gedəsidir”. Şiəliyi qəbul etmiş Məyuf Bədrani bu haqda yazır: "Nadanlıq üzündən əsən hər küləyin, eşitdikləri hər səsin ardınca gedən insanlar çox keçmədən müəyyən şübhələrlə qarşılaşırlar. Bu şübhələr həqiqəti dəyişərək sadə insanların beynini yanlış fikirlərlə doldurur”. Şiəliyi qəbul edənlərdən Məhəmməd Əli Mütəvəkkil yazır: "Şiəlik dinin özülü olduğu üçün tarix boyu ən rəhmsiz hücumlara, təxribatlara məruz qalmışdır”. Yasin Məyuf Bədrani yazır: "Şiəliyə nəzər saldıqda onun Bəni-Üməyyə, Bəni-Abbas və digər dövrlərdə olmazın problemlərlə üzləşdiyinin şahidi oluruq. Bizdə təəccüb doğuran budur ki, şiələr bütün bu sıxıntılara baxmayaraq öz məzhəblərini olduğu kimi qoruyub saxlaya bilmiş və bütün zalım padşahlara qarşı mübarizə aparmışlar”. Şiəliyi qəbul edənlərdən Əbd əl-Hüseyn Səravi yazır: "Müasir yazıçılarımızın böyük əksəriyyəti zalım padşahlar dönəmindəki zehniyyətlə yaşayırlar. Hansı ki, İslam düşmənləri müsəlmanların arasına gedib, yalanlar, iftiralar yaymışlar”. Şiəliyi qəbul edənlərdən Seyid Əhməd Mötəsim yazır: "Şiəliyə qarşı olan müxalif qüvvələr onun əleyhinə, həqiqətləri təhrif etmə, ona qarşı iftiralar yağdırma uğrunda bütün vasitələrdən istifadə etmişlər. Onlar öz məzhəblərinin ardıcılları arasında fasilə yaratmağı bacarmışlar”. O, yazır: "İslam ümmətinin böyük bir hissəsinin şiəlik haqqında məlumatsızlığı sözügedən yazıçıların səylərinin nəticəsidir. Onlar bu ümmətin üzərinə, şiəliyi tanımasın deyə cəhalət kölgəsi salmışlar”. Doktor Ticani Səmavi yazır: "İnsaflı tədqiqatçılar bunların təhrif, iftira olduğundan xəbərdar olduqda onlardan uzaqlaşır və bunu yalnız insanları doğru yoldan yayındırmaq üçün etdiklərini düşünürlər. Onlar müəyyən yazarlara büdcə ayırmış, onlara akademik titullar vermiş, şiəliyə qarşı iftiralar yağdırmağa səfərbər etmişlər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər