Abdullah ibn Səba (2ci hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 10-01-2016, 08:07 | Şərh sayı: (0) | Baxılıb: 379
Abdullah ibn Səba (2ci hissə)
Seyf ibn Ömər "əl-Fihrist" və "əl-Hidayə" kitablarında qeyd edildiyinə görə, "əl-Fütuh əl-kəbir vər-rəddə" və "əl-Cəməl və məsiru Aişə və Əli" adlarında iki kitab qələmə almışdır. Təbəri bu kitabların hər ikisindən hədis nəql etmiş və onun hədislərini müxtəlif illərdə baş verən hadisələr arasında yerləşdirmişdir. İbn Əsakir də onun müxtəlif şəxslər haqqında qeyd etdiyi hədisləri, kitabında istinad etmədən nəql etmişdir. Zəhəbi "Tarixi-kəbir" əsərində Seyf ibn Ömərin rəvayətlərindən nəql edir və müqəddimədə onun əsərlərinin adını çəkir. İbn Əbu Bəkr də "ət-Təmhid" kitabında eyni üslubu davam etdirmişdir. Son olaraq Seyf ibn Ömərin kitablarından xəbər verən İbn Həcər (vəfat- 852 h. q.) olmuşdur. O, bu haqda "əl-İsabə" kitabında yazır. Seyf İbn Ömərİn kİtablarının dəyərİHicri ikinci əsrdə dünyadan köçmüş Seyf ibn Ömər Təmimi "əl-Fütuh vər-rədd" və "əl-Cəməl və məsiru Aişə və Əli" adlı iki kitab yazmışdır. Bu iki kitab Peyğəmbərin (s) səhabələri kimi adı çəkilən, əslində isə sadəcə qondarma olan adlarla doludur. Kitablarda hadisələr tamamilə təhrif edilmiş, tarixdə baş verməmiş hadisələr belə quraşdırılmışdır. O, müsəlmanlar arasında xurafat yaymış və onların etiqadlarını masqara etmişdir. Növbəti səhifələrdə bunları bir-bir nəzərinizdən keçirəcəyik.
Seyf ibn Ömərin hədislərinin ümumi tənqidi
Bəzi əhıi-sünnə elm adamları Seyf ibn Ömərin bütün rəvayətlərinin doğru olduğunu təsdiq edərək müxtəlif yollarla onun etibarlı olduğunu təlqin etməyə və rəvayətlərini yazmağa çalışmışlar. Belə alimlərdən biri Doktor Abdullah Əsgəridir. O, "ər-Riyaz" jurnalında dərc olunan məqaləsində Seyf ibn Öməri təsdiq edən bəzi dəlillər göstərir. Lakin bu dəlillərin hamısı yetərsiz dəlillərdir. Bunlardan ikisinə nəzər salaq:
1. Alimlərin Seyf ibn Ömərin kitablarına inamla yanaşması və ondan xeyli miqdarda hədis nəql olunması;
2. Onun rəvayətlərinin zəif olduğunu bildirənlərə qarşı etiraz olunması.İndi isə Seyf ibn Ömərin rəvayətlərinə tutulan iradlara ümumi bir baxış keçirək:
1. Seyf ibn Ömərin zəif rəvaytətçi olması; Seyf ibn Ömərin etibarlı rəvayətçi olduğunu bildirən Doktor Əsgəriyə cavab olaraq deməliyik ki, Seyf haqqında söhbət açan əhli-sünnə hədisşünasları və rical alimləri onun zəif rəvayətçi olduğu haqda yekdil fikir irəli sürmüşlər. Onu dəyərləndirərək zəif rəvayətçi olduğu haqda deyilən ibarələr fərqlidir. Bəziləri "Hafiz ibn Həcərin və Zəhəbinin sözlərindən onun etibarlı olduğu anlaşılır” - deyə bildirmişlər; lakin həqiqət budur ki, heç kim onun etibarlı olduğunu qeyd etməmişdir. Elm adamlarının onun haqqında qeyd etdiklərini nəzərdən keçirək
1. Rəvayətçilərin dəyərləndirilməsi üzrə əhli-sünnədən olan böyük mütəxəssis Yəhya ibn Muin (hicri 232) onun haqqında deyir: "Bir (dəmir) pul ondan daha dəyərlidir". Digər kitabda isə deyir: "O, zəif rəvayətçidir".
2. Əbu Zurə Razi (hicri 264) deyir: "Onun nəql etdiyi hədislər zəifdir".
3. "Sünən" əsərinin müəllifi Əbu Davud (hicri 377) deyir: "O, bir şey hesab olunmur". Bu ifadə rəvayətçini etibarsız sayacaq ən güclü ifadələrdəndir.
4. Əbu Hatəm Razi (hicri 377) deyir: "O, hədisşünaslar tərəfindən tərk edilmişdir. Onun hədisləri Vaqidinin hədislərinə bənzəyir".
5. Yəqub ibn Süfyan Fəsəvi (hicri 277) Seyf haqqında yazır: "Onun hədis və rəvayətləri heç bir dəyərə malik deyil".
6. Nisai (hicri 303) "əz-Züəfa və əl-mətrukin" kitabında yazır: "O, zəif rəvayətçidir".
7. Təbəri (hicri 310) "Tarix” əsərində rəvayətçiləri dəyərləndirməməsinə, nəql etdiyi zəif rəvayətçilər haqqında heç bir eyham belə vurmamasına baxmayaraq, bir neçə yerdə Seyf ibn Ömər haqqında yazır: "Seyf yekdil rəyə qarşı getmişdir".
8. Əqili (hicri 322) "əz-Züəfa əl-kəbir" əsərində yazır: "Seyfin hədislərinin böyük əksəriyyətinə əhəmiyyət verilmir".
9. Əbd ər-Rəhman ibn Əbu Hatəm (hicri 327) "əl-Cərh vət-tədil" əsərində Seyf haqqında yazır: "O, mətruk əl-hədisdir".10. İbn Səkən (hicri 353) deyir: "Seyf zəif rəvayətçidir"[408].11. İbn Hibban (hicri 354) "əl-Məcruhin" kitabında Seyfin də adını çəkərək yazır: "O, etibarlı adamlardan saxta hədislər nəql edirdi. Özündən də hədis qondardığı halda söhbət gəzir. O, kafirlikdə də ittiham olunmuşdur".12. İbn Ədi (hicri 365) "əl-Kamil fi əz-züəfa ər-rical" kitabında Seyf haqqında yazır: "Onun bəzi hədisləri məşhur, əksər hədisləri isə münkərdir (mərduddur)".13. Darqutni (hicri 385) "əl-İləl" kitabında Seyfin "mətruk" və zəif olduğunu qeyd edir.
14. "Müstədrək əs-səhiheyn" kitabının müəllifi Hakim Nişapuri Seyf haqqında yazır: "Seyf kafirlikdə ittiham olunur".
15. Əbd əl-Birr (hicri 463) Əbu Hatəmin Seyf haqqında söylədiklərini qeyd edərək təsdiqləmişdir.
16. Əbu əl-Cövzi (hicri 571) onun adını "əz-Züəfa" kitabında zəif rəvayətçilər sırasında qeyd etmişdir.
17. Zəhəbi (hicri 747) "əl-Kaşif" kitabında yazır: "Alimlər onu tərk etmiş və allahsızlıqda ittiham etmişlər"
18. İbn Həcər (hicri 852) "Təqrib ət-Təhzib" əsərində yazır: "O, hədis nəqli baxımından zəif rəvayətçidir".
19. Şeyx Məhəmməd Ərəbi Təbani yazır: "Seyf ibn Ömər hədis qondaran, kafirlikdə ittiham olunan rəvayətçidir. Onun yalnız kimliyi bəlli olmayan rəvayətçilərdən hədis nəql etməsi yekdil rəylə sübut olunmuşdur". O, yazır: "Tənqidçilər onun yalnız kimliyi bəlli olmayan rəvayətçilərdən hədis nəql etməsi haqqında yekdil fikirdədirlər".
20. Müasir alimlərdən Nasir əd-Din Albani də Seyf ibn Ömərin hədislərinin zəif olduğunu qeyd etmişdir".
21. Müasir alimlərdən Əkrəm Əmri yazır: "Təbəri son dərəcə zəif rəvayətçilərdən hədis nəql etmişdir. Belə rəvayətçilərdən Hişam ibn Kəlbi və Seyf ibn Ömərin adını çəkmək olar.
2. Seyf ibn Ömərin sənədlərinin zəifliyi; Əgər biz əhli-sünnə elm adamlarının Seyf ibn Ömər haqqında söylədiklərinə göz yumub bəzi təəssübkeşlər kimi onun etibarlı olduğunu qəbul etsək belə, nəql etdiyi rəvayətləri təshih edə bilmərik. Çünki rəvayətlərin Seyfə qədər olan və Seyfdən sonuncu rəvayətçiyə qədər olan sənəd silsiləsi səhih deyil. Buna misal olaraq, Seyfin tələbəsi, onun rəvayətlərinin nəql baxımından bilicisi, kimliyi məlum olmayan Şüeyb ibn İbrahim Kufini göstərmək olar. Bundan başqa, onun rəvayətləri arasında münkərdir (mərdud) hədislər çoxdur. Elə buna görə də keçmiş alimlər onu qınaq obyektinə çevirmişlər. Seyfin rəvayətçilərinin yüzdə doxsanı Şüeyb vasitəsi ilə nəql edilmişdir. Bu, Seyfin 800 hədisindən 730-unu təşkil edir.
3. Seyfin rəvayətlərində sənəd baxımından kəsinti olması; Seyf ibn Ömər daim sənəd silsiləsində kəsinti olan hədisləri nəql edən tarixçilərdəndir. O, haqqında danışılan hadisədə iştirakı olmayan rəvayətçilərdən nəql edir; hansı ki, ümumiyyətlə həmin əsrdə yaşamamışlar. Buna misal olaraq, kitabın üçüncü cildində qeyd edilən aşağıdakı rəvayətləri göstərmək olar. Rəvayətlərin sıra nömrələri: 185, 187, 220, 227, 242, 259. 262, 223, 243, 249, 244, 357, 351, 350, 353, 261, 260, 266, 258, 263, 264, 256, 355, 348, 40, 347, 354, 367, 368, 37, 599, 603, 602, 600, 601, 612, 610. Bunlar Seyfin hadisə yerində olmayan rəvayətçilərdən nəql etdiyi rəvayətçilərə misaldır.
4. Kimliyi məlum olmayan rəvayətçilərdən nəql etməsi; Seyf ibn Ömər kimliyi məlum olmayan rəvayətçilərdən hədis nəql etmişdir. Bir rəvayətçilərin dəyərləndirilməsi ilə bağlı kitablarda onların adına rast gəlmirik, adlarını çəkənlər isə tanımadıqlarını bildirirlər. O, Müstənir ibn Zeyd, Mübəşşir ibn Füzeyl, Səhl ibn Yusif, Qüsn ibn Qasim, Əbu Səfiyyə və bu kimi kimliyi bəlli olmayan rəvayətçilərdən hədis nəql etmişdir. Seyf çox nadir hallarda etibarlı rəvayətçilərdən hədis nəql edir.
5. Görmədiyi rəvayətçilərdən hədis nəql etməsi;Seyf ibn Ömər əsla görmədiyi Ənəs ibn Malik kimi rəvayətçilərdən hədis nəql edir. Sanki o, bununla özünü tabei kimi göstərmək istəyir. Seyf hicri 180-ci ildə Harun ər-Rəşidin dönəmində dünyasını dəyişmişdir. Lakin Ənəs ibn Malik hicri 90-cı ildə vəfat etmişdir. Buna əsasən o, on yaşında ikən Ənəsdən hədis eşitməli idi; əlbəttə, əgər Ənəs 100 il yaşamışdırsa.
6. Səhih sənədli rəvayətlərə qarşı çıxması;Tarixi kitablara nəzər saldıqda və Seyf ibn Ömərin rəvayətləri ilə müqayisə etdikdə Seyfin rəvayətlərinin İbn İshaq, İbn Şəbbəh, Vaqidi, Əbu Mixnəf və s. tarixçilərlə böyük fərqi vardır. Misal üçün, Müslimin də "Səhih" əsərində qeyd etdiyi Vəlid ibn Əqəbənin şərab içdiyi üçün şallaqlanması hadisəsi tarixi baxımdan tam sübuta yetmiş hadisələrdəndir. Bu hadisə baş verdiyi zaman Cündəb ibn Züheyr kimi əməlisaleh səhabənin şəhadət verməsi də diqqət çəkir. Lakin Seyf ibn Ömər bu hadisəni tamamilə əksinə göstərir və Vəlidə bəraət qazandıraraq ona şahidlik edənləri yalançı adlandırır.7. Böyük səhabə və tabeilərə qarşı təhqirlər; Seyf ibn Ömər Əmmar Yasir, Əbuzər Qifari, Zeyd ibn Suhan, Malik Əştər, Əsvəd ibn Yezid və Bəni-Üməyyəyə etiraz edən digər böyük səhabələri təhqir edir. Elə buna görə də, o, rəvayətlərində Əbuzər və Əmmar Yasir kimi səhabələri Abdullah ibn Səbanın şagirdləri adlandırır.
8. Məzhəbi təmayül;Seyf ibn Ömərin rəvayətlərini oxuyan hər bir oxucu onun Bəni-Üməyyə tərəfdarı olduğunu və tarixi həqiqətləri təhrif edərək onları müdafiə etməyə çalışdığını açıqca görür. Elə buna görə də Müsib əd-Din Xətib və s. müasir Bəni-Üməyyə müdafiəçiləri ondan hədis nəql edirlər.9. Seyfin qəbilə təmayülü;Seyf ibn Ömər, Təmim qəbiləsindən olduğuna görə, Bəni-Təmim qəbiləsindən olan əfsanəvi şəxslər uydurmuş, onların olduqca şücaətli olduğunu, fəthlər etdiyini qeyd etmişdir. Belə uydurma şəxslərdən Qəqa ibn Əmr Təmiminin adını çəkmək olar.
10. Səhih sənədli hədisləri saxtalaşdırması; Seyf səhih hədisləri təhrif edərək bəzən azaltmış, bəzən çoxaltmış və elə bir vəziyyətə salmışdır ki, əsla Peyğəmbərin (s) qəsd etdiyi mənanı ifadə etməsin. Bunun bariz nümunəsi Hövəb hədisidir. Bu hədisdə Peyğəmbər (s) xanımlarına buyurdu: "Kaş Həvəb itlərinin hansınıza hürəcəyini biləydim”. Bu hədisi Əhməd ibn Hənbəl nəql etmişdir. Albani onu ən səhih rəvayət adlandırmışdır. Ondan öncə İbn Kəsir, İbn Həcər, İbn Hibban, Hakim və Zəhəbi səhih hesab etmişlər. Lakin Seyf bu hədisi təhrif edərək Hakimdən nəql etmiş və mətnini elə tərtib etmişdir ki, orada Peyğəmbərin (s) bunu xanımlarına deyil, Ümmu-Zeml adlı bir qadına dediyi söylənilir.
11. Avam zümrənin diqqətini cəlb etmək üçün yalanların uydurulması; Seyf ibn Ömər digərlərinin əsla qeyd etmədiyi avambəyənən müharibələrdən söhbət açır. Elə buna görə də onun rəvayətləri bir əsr yarımdan çox yaşamadı. Onun rəvayətlərini ilk nəql edən Təbəri olmuşdur. Həsən ibn Fərhanın qeyd etdiyinə görə, Təbəridən sonra onun rəvayətlərindən yalnız şiələrə qarşı istifadə etmişlər.
12. Uydurma səhabələr; Seyf ibn Ömər nəql etdiyi rəvayətlərdə yüz əlli nəfərdən çox səhabə uydurmuşdur. Biz bunlardan doxsan üç nəfərini yazdığımız iki cild kitabda incələmişik. Bunların iyirmi doqquz nəfəri Təmim qəbiləsindəndir. O, bu uydurma səhabələrlə bağlı yalançı fəthlər, möcüzələr, şeirlər, hədis və rəvayətlər qeyd etmişdir. Bunlar elə adlardır ki, Allah belə şəxslər yaratmayıb, onlar yalnız subyektiv varlığa malikdirlər, hamısını Seyf ibn Ömər uydurmuşdur. O, onlarla rəvayətçi də uydurmuş və onlardan hədis nəql etmişdir. Belə rəvayətçilərə misal olaraq, Məhəmməd ibn Səvad ibn Nüveyrəni göstərmək olar. Seyf ondan 216, bəzi uydurma rəvayətçilərdən isə daha az hədis nəql etmişdir.Bundan başqa o, Süeyr, Həzhaz Vat, Hümeyzə və digər adlarda rəvayətçilər, çoxlu sayda ərəb şairləri, fars və rum padşahları, yalançı yer adları və s. uydurmuşdur"[416].13. Tarixi hadisələrin təhrif olunması;Seyf ibn Ömər hər iki kitabında çoxlu sayda hadisələri təhrif etmişdir. Buna misal olaraq, Üsamənin qoşununun göndərilməsi, Səqifə hadisəsi, Malik ibn Nüveyrə ilə bağlı hadisə, Həvəb itlərinin hürməsi və s. tarixi hadisələri göstərmək olar.Üsamə ibn Zeyd məsələsində o, Əbu Bəkrdən on vəsiyyət nəql etmişdir. Hansı ki, digər tarixçilər bunu Peyğəmbərin (s) Üsaməyə vəsiyyəti kimi qeyd etmişlər. Seyf ibn Ömər Səqifə hadisəsi ilə bağlı nəql edir: "Səd ibn Übadə məcburiyyət qarşısında qalıb beyət etdi". O, bunu isbat etmək üçün Səd haqqında digər hadisələrlə bağlı bir çox şeylər uydurur. Bir halda ki, əhli-sünnə tarixçiləri onun əsla beyət etmədiyini qeyd etmişlər. Elə buna görə də onu ailəsindən uzaqda müəmmalı şəkildə öldürüb, cinlər öldürdü deyə şayiə yaydılar. O, nəql etdiyi bir rəvayətdə Əlinin (ə) beyəti haqqında deyir: "Əli (ə) öz evində idi. Ona Əbu Bəkrin beyət kürsüsünə çıxdığı xəbəri verildi. O, əbasız, tək köynəklə beyət etmək məqsədilə tələsik evdən çıxdı. Çünki o, beyət üçün gecikmək istəmirdi. Nəhayət, Əbu Bəkrə beyət etdi. Sonra onun yanında əyləşdi. Bu zaman onun libasını gətirdilər". Bu, Təbəri və digərlərinin Əlinin (ə) ikrahla beyət etməsilə bağlı nəql etdiklərinin tam əksinədir. Seyf, Malik ibn Nüveyrə məsələsində özündən bəzi rəvayətlər uyduraraq Xalid ibn Vəlidi ona ünvanlanan tənqidlərdən qurtarmağa çalışır. Digər tərəfdən də Malik ibn Nüveyrə haqqında son dərəcə şübhəli sözlər deyərək onun mürtəd olduğunu isbat etmək istəyir. O, bunu Xalidin adı belə çəkilməyən hədislər vasitəsi ilə oxucuya təlqin edir ki, sonradan oxucu Xalidin törətdiyi cinayətə diqqət yetirməsin və ya Malik ibn Nüveyrəni qətlə yetirməkdə onu haqlı hesab etsin. Bu, məşhur tarixçilərin bəlli məsələ haqqında yazdıqları ilə ziddiyyət təşkil edir. Seyf Xalidin Maliki qətlə yetirməsini bir xəta kimi göstərmək istəyir. Guya Xalidin qoşunu onun kinayəli danışdığını düşünmüş və onu öldürmüşlər. Əgər bu bir xəta olsaydı, nə üçün Xalid, Malikin və onun qəbiləsindən olanların başını nizəyə keçirərək aparılmasını əmr etdi?!Bunlar yalnız Seyfə məxsus rəvayətlərdir.
14. Xurafatların təbliği.Seyf ibn Ömər o rəvayətçilərdəndir ki, əfsanəvi hadisələr uydurur və müsəlmanların etiqadını sarsıtmaq üçün həqiqətləri təhrif edir. Belə rəvayətlərdən bir neçəsinə nəzər salaq: Zəhərin Xalidə təsir etməməsi hədisi; Peyğəmbərlərin (ə) Ömər haqqında bəşarətləri; Hüms evlərinin müsəlmanların təkbir deməsi ilə dağılması; Peyğəmbərlik iddiasında olan Əsvədə şeytan və ya mələyin vəhy etməsi, ona qeybdən xəbərlər verilməsi və digər möcüzələr aid edilməsi; Qoşunun sahildən Daryenə qədər gəmi ilə tam bir günlük yolu suyun üstü ilə piyada getməsi;Qadisiyyə döyüşündə inəklərin qondarma səhabə Asim ibn Əmr Təmimi ilə səlis ərəb dilində söhbət etməsi.Cinlərin Qadisiyyə döyüşündə şeir söyləyərək Bəni-Təmim qəbiləsini mədh etmələri;Səlukiyyənin fəthi zamanı mələklərin Əsvəd ibn Qütbənin dili ilə söhbət etməsi və s. əfsanəvi, uydurma hədislər.Seyfin uydurma, yalan hədisləri Təbərinin "Tarix" əsəri vasitəsi ilə digər islami kitablara da yol tapmış, hələ də kitablarda qeyd edilir. Belə ki, bu qondarma hadisələri ehtiva edən hədislər yetmişdən çox əhli-sünnə kitabında qeyd edilmişdir. Buraya hədis, tarix, ədəbiyyat və digər qaynaqlar daxildir.
Seyfin hədislərinin şərqşünas kitablarına yol tapmasının səbəbləri
Bəzi şərqşünaslar İslamın həqiqi simasını dəyişmək üçün Seyf ibn Ömərin hədislərinin yararlı olduğunu görüb onları mümkün olan bütün vasitələrlə müsəlmanlar arasında yaymağı qarşılarına məqsəd qoydular. Çünki onun hədislərində müsəlmanlar təcavüzkar kimi qələmə verilmiş, döyüş zamanı qətldə ifrat etdikləri qeyd edilmişdir. Onun hədislərində qeyd edilir ki, Xalid bəzi döyüşlərdə üç gün qalır, əsirlərin və əlinə keçən hər bir şəxsin başını bədənindən ayırırdı. Çünki onların qanından çay axıtmağı nəzir etmişdi. O, o qədər adam öldürdü ki, bəzi döyüşlərdə öldürdüklərinin sayı yüz min nəfəri keçirdi. Şərqşünaslar onun rəvayətində Abdullah ibn Səbanın izlərini tapdılar. Onun yəhudi olması, müsəlmanları aldatması, Peyğəmbərin (s) səhabələrini yoldan çıxarması, dinə yad təlimlər əlavə etməsi, müsəlmanları bir-birinin əleyhinə qaldırması onların diqqətini cəlb etdi. Elə buna görə də şərqşünaslar sənədini araşdırmadan yazılarında onun rəvayətlərinə istinad etdilər.5. Ətiyyə;Seyf ibn Ömərin hədis nəql etdiyi Ətiyyənin kimliyi məlum deyil. O, hicri 110-cu ildə vəfat etmiş Ətiyyə ibn Övfidir, yoxsa hicri 112-ci ildə vəfat etmiş Ətiyyə ibn Qeys? Bunun Ətiyyə Övfi olması ehtimal olunmur. Çünki Ətiyyə Əvfi tabeilərdən olmuş və hicri 110-cu ildə dünyasını dəyişmişdir. Nəticədə Seyf ibn Ömər onu görməmişdir. Seyf ondan çox sonra yaşamışdır. Bundan başqa əhli-sünnə alimləri onun zəif rəvayətçi olduğunu qeyd etmişlər. Lakin məqsəd Ətiyyə ibn Qeysdirsə, o, şamlıdır və Seyflə heç bir əlaqəsi olmamışdır. Buna görə də tanınmış şəxs deyil.6. Yezid Fəqəsi.Bu şəxs Abdullah ibn Səba haqqındakı hədisin sənəd silsiləsinin sonunda yer alıb. Yəni hədisin sənəd silsiləsi onun adı ilə başlayır. Lakin onun kim olduğu məlum deyil. Rical kitablarında belə bir ad qeyd edilməmişdir. Çox güman ki, o da Seyf ibn Ömərin uydurduğu əfsanəvi rəvayətçilərdəndir. Çünki Seyf şəxsiyyətindən bundan artığını gözləmək olmaz. SEYF İBN ÖMƏRİN RƏVAYƏTİƏgər Seyf ibn Ömərin rəvayətini tarixi qaynaqlardan çıxarsaq, Abdullah ibn Səba və onun Osmanın qətlindəki rolu haqqında heç bir dəlil olmadığını görərik. Bəli, Abdullah ibn Səba haqqında ilk yazan Seyf ibn Ömər olmuşdur. Təbəri, İbn Əsakir və Zəhəbi də bunu Seyf ibn Ömərdən götürmüş, digər tarixçilər də onlara əsaslanmışlar. Lakin Təbəridən öncəki tarixçilər və ya onun müasirləri Seyfdən sonra yaşamalarına baxmayaraq, Abdullah ibn Səba haqqında hər hansı bir bilgi verməmişlər. Bu haqda nə Vaqidinin, nə İbn Sədin, nə Bəlazurinin, nə Yəqubinin, nə də digərlərinin kitablarında hər hansı bir bilgiyə rast gəlmirik. Çox güman ki, onlar İbn Səbanı əfsanəvi və ya dindən kənar hesab edərək onun fitnələrdəki rolunu inkar etmiş və Seyf ibn Ömərin rəvayətinin əsassız olduğunu düşünmüşlər.Təbəridən öncə yalnız iki tarixçi Abdullah ibn Səba məsələsinə toxunmuşdur. Bunlardan biri İbn Qüteybədir. O, "Səbaiyyə” haqqında söhbət açarkən yazır: "Onlar Abdullah ibn Səbaya mənsubdurlar. O, rafizilərdən ilk kafir olan şəxsdir. O, "Əli (ə) aləmlərin rəbbidir", - deyirdi. Buna görə də Əli (ə) və səhabələri onu yandırdılar". Göründüyü kimi, bunun, İbn Səbanın Osmanın qətlindəki rolu ilə heç bir əlaqəsi yoxdur. Bu, eynilə Əhli-beyt (ə) yolu ilə gələn hədislərdə qeyd edilən tarixi faktdır.Təbəridən öncə İbn Səba haqqında yazan ikinci tarixiçi Bəlazuridir. O, yalnız bir dəfə İbn əs-Səvda adını çəkir. Lakin digər hadisələr haqqında söhbət açarkən onun adını belə çəkmir.
Seyfdən öncəkilər və müasirləri
Seyf ibn Ömərdən öncə yaşamış və ya onun müasiri olmuş tarixçi və rəvayətçilər öz hədislərində və ya yazılı əsərlərində Abdullah ibn Səbanın adını belə çəkməmişlər. Doktor Əbd əl-Əziz Həllabi yazır: "Ürvə ibn Zübeyr (hicri 134), Məhəmməd ibn Müslim ibn Şəhab Zöhri (hicri 134), İbn İshaq (hicri 150), Vaqidi (hicri 207), Xəlifə ibn Xəyyat (hicri 240), İbn Səd (hicri 230) "ət-Təbəqat" əsrində, İbn əl-Həkəm, (hicri 257), "Fütuhi-Misir və əxbarüha" əsərində, Əbu Hənifə Dinəvəri (hicri 282) "əl-Əxbar ət-tival" əsərində, Kindi (hicri 283) "əl-Vülat vəl-qüzat" əsərində, Yəqubi (hicri 292) "Tarix" əsərində, Məsudi (hicri 346) "Tarix" əsərində və hicri üçüncü, dördüncü əsrlərdə yaşamış tarixçilər əsla İbn Səbadan və onun məlum hadisələrdəki rolundan söhbət açmamışlar.
Əllamə Əminin fikri
O, yazır: "Təbəri öz tarix əsərini yalançı və hədis saxtakarı Sərrinin kimliyi məlum olmayan Şüeybin, heç kimin ondan nəql etmədiyi hədis saxtakarı, kafirlikdə ittiham olunan Seyf ibn Ömərin yazıları əsasında formalaşdırmışdır. Onun kitabında məlum sənədlə 701 rəvayət nəql edilmişdir. Hansı ki, Seyf onları həqiqətləri təhrif məqsədi ilə qondarmışdır. Təbəri bu rəvayətləri h. q. 11-ci ilin hadisələrindən h. q. 37-ci ilin hadisələrinə qədər olan bölmədə qeyd etmişdir. Bu, kitabın 3, 4 və 5-ci cildlərini əhatə edir.Üçüncü cilddə səhifə 210-dan başlayaraq 11-ci ilin hadisələri arasında 67 hədisə yer verilmişdir.Dördüncü cilddə 12-ci ilin hadisələri haqqında 427 hədisə yer verilmişdir.Beşinci cilddə 23-37 illərin hadisələri ilə bağlı 207 hədis qeyd edilmişdir.
Digər rəvayətlər
Bəziləri yazırlar: "Abdullah ibn Səba haqqında sənəd silsiləsində Seyf ibn Ömərin yer almadığı rəvayətlər də vardır. Bu rəvayətlər onun haqqında yazılanların doğru olduğunu sübut edir. Həmin rəvayətlər İbn Əsakirin "Tarixi-mədinəti-Dəməşq" əsərində qeyd edilmişdir.Birinci rəvayətİbn Əsakir Əbu əl-Bərəkatdan, o, Əbu Tahir Əhməd ibn əl-Həsən və Əbu əl-Fəzl Əhməd ibn əl-Həsəndən, onlar Əbd əl-Məlik ibn Məhəmməd ibn Abdullahdan, o, Əbu Əli ibn Səvvafdan, o, Məhəmməd ibn Osman ibn Əbu Şeybədən, o, Məhəmməd ibn Əladan, o, Əbu Bəkr ibn Əyyaşdan, o, Mücahiddən, o da Şüeybdən belə nəql edir: "İlk yalan danışan Abdullah ibn Səba oldu”. Cavab: Birincisi, Şüeyb Bəni-Üməyyənin qazılarından olmuş və əksər hallarda yanlış hökmlər çıxarmışdır. İkincisi, bu rəvayətdə məzmun baxımından problem var. Çünki bir çox ayə və rəvayətlərə görə ilk yalançı şeytandır. O, Adəm və Həvvaya yalan satmışdır. Belə ki, Allah-Taala onun dilindən buyurur:"Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”("Əraf”, 20)Firon (istehza ilə) dedi: "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm” ("Qəsəs”, 38).İkinci rəvayətİbn Əsakir yazır: "Əbu Abdullah Yəhya ibn əl-Həsən Əbu əl-Hüseyn ibn əl-Ənbusidən, o, Əhməd ibn Əbid ibn Fəzldən, o, Əbu Nəim Məhəmməd ibn Əbd əl-Vahid ibn Əbd əl-Əzizdən, o, Əli ibn Məhəmməd Xəzəfədən, o, Məhəmməd ibn Hüseyndən, o, İbn Əbu Xəysəmədən, Məhəmməd ibn İbaddan, o, Süfyandan, o da Əmmar Dühnidən, Əbu əl-Tüfeylin belə dediyini nəql edir: "Əli (ə) minbərdə ikən Müsəyyib ibn Nəcəbə İbn əs-Səvdanı onun yanına gətirdi”. Əli (ə) buyurdu: "O, nə edib?" Müsəyyib: "Allah və Peyğəmbər (s) adına yalan söyləmişdir", - deyə cavab verdi.Cavab: Birincisi, bu hədisdə Abdullah ibn Səbadan söhbət açılmamışdır. İbn əs-Səvda bir neçə nəfərə deyilmişdir ki, onlardan yalnız biri Abdullah ibn Səbadır.İkincisi, sözügedən hədisdə İbn Səbanın fitnələrdəki roluna hər hansı bir işarə yoxdur.Üçüncüsü, öncə də qeyd etdiyimiz kimi biz, Abdullah ibn Səba adlı birinin olmasını inkar etmirik. Hansı ki, Əhli-beyt (ə) yolu ilə gələn rəvayətlərdə də qeyd edilmişdir. O, Əlini (ə) Allah, özünü isə onun peyğəmbəri hesab edirdi. Onun yalançı olmasına heç bir şübhəmiz yoxdur. Yuxarıdakı hədislər də əgər sənəd baxımından səhih olarsa və ya Abdullah ibn Səba haqqında olarsa, bundan artığını isbat etməz.Üçüncü rəvayətƏbu əl-Qasim Yəhya ibn Bitriq və Əbu Məhəmməd Əbd əl-Kərim ibn Həmzədən, onlar, Əbu əl-Hüseyn ibn Məkkidən, o, Əbu əl-Müəmməl ibn Əhməd ibn Məhəmməd Şeybanidən, o, Yəhya ibn Məhəmməd ibn Saiddən, o, Bundardan, o, Cəfərdən, o, Şöbədən, o, Sələmədən, o, Zeyd ibn Vəhəbdən Əlinin (ə) belə buyurduğunu nəql edir: "Mənim olduqca qara olan bununla nə əlaqəm var?!”Cavab: Birincisi, bu rəvayətdə Abdullah ibn Səba haqqında hər hansı bir söhbət getməmişdir.İkincisi, əgər onun haqqında olmuş olsa belə, bunu Əli (ə) haqqında allahlıq iddiası, özü haqqında isə peyğəmbərlik iddia etməsinə aid etmək lazımdır.Dördüncü rəvayətƏbu Məhəmməd ibn Tavus və Əbu Yəla Həmzə ibn Həsən, Əbu əl-Qasim ibn Əbu əl-Əladan, o, Əbu Məhəmməd ibn Əbu Nəsrdən, o, Xəysəmə ibn Süleymandan, o, Əhməd ibn Züheyrdən, o, Əmr ibn Mərzuqdan, o, Şöbədən, o, Sələmə ibn Küheyldən, o da Zeyddən Əli ibn Əbu Talibin belə buyurduğunu nəql edir. "Mənim olduqca qara olan bununla (Abdullah ibn Səba ilə) nə əlaqəm var? Bir halda ki, o, Ömər və Əbu Bəkrə qarşı idi”.Cavab: Birincisi, bu öncə qeyd edilən rəvayətdir. Lakin bəziləri bunu Şöbədən nəql edən Əmr ibn Məzruqun açıqlamasına görə iki ayrı-ayrı rəvayət hesab etmişlər. Çünki "olduqca qara biri” sözlərində məqsədin Abdullah ibn Səba olduğunu o söyləmiş, sonrakı cümləni də əlavə etmişdir. Bir halda ki, Əmr ibn Mərzuq xəyalpərəstliklə, olmayan hadisələri uydyrmuqla məşhurdur. Bütün bunlar göstərir ki, bu eynilə həmin rəvayətdir. Sadəcə iki nəfər tərəfindən nəql edidlmişdir. Bunlardan biri Ğundər, digəri isə Əmr ibn Mərzuqdur. Lakin iki nəql arasında fərq bundan ibarətdir ki, Əmr ibn Mərzuq ona Abdullah ibn Səba sözünü izah olaraq artırmışdır. Şübhəsiz, Qundər də Əmr ibn Mərzuq kimi saxta hədis uyduranlardandır. Nəticə etibarı ilə, Əmr ibn Mərzuq mötəbər rəvayətçi deyil. Çünki o, Seyf ibn Ömərdən sonra yaşamışdır. Hər halda, Əmr ibn Mərzuqun açıqlaması dəlil ola bilməz. Çünki onun yaşadığı dövrlə hadisənin baş verdiyi dövr arasında 200 illik fasilə var.Beşinci rəvayət: Əbu Bəkr Əhməd ibn Müzəffər ibn Hüseyn ibn Susən Təmmar və Əbu Tahir Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əbu Əli ibn Şazandan, o, Əbu Bəkr ibn Cəfər ibn Məhəmməd Adəmdən, o, Əhməd ibn Musadan, o, Əhməd ibn Abdullah ibn Yunus Əbu əl-Əhvəsdən, o, Müğeyrədən Simakın belə dediyini nəql edir: "Əliyə (ə) xəbər verildi ki, İbn əs-Səvda Əbu Bəkr və Ömərin nöqsanlı olduğunu deyir. Əli (ə) Allaha pənah apardığını bildirib, qılıncını istədi. Həzrət (ə) onu öldürmək istəyirdi. Kimsə həzrətlə (ə) danışdı. Sonda o, buyurdu: "Onu mənim yaşadığım ölkədə yaşatmayın". Buna görə də onu Mədainə sürgün etdilər. Cavab: Birincisi, Simak ibn Hərb bu hadisənin şahidi olmayıb. Çünki o, Əlini (ə) əsla görməmişdir. Simak ibn Hərb hicri 123-cü ildə dünyaya gəlmiş, lakin Əli (ə) hicri 40-cı ildə şəhid edilmişdir.İkincisi, İbn əs-Səvdada məqsədin Abdullah ibn Səba olub-olmaması məlum deyil.Üçüncüsü, Əbu Bəkr və Ömərin nöqsanlarını deyən öldürülürmü? Bu hökm yalnız Peyğəmbər (s) və Əhli-beyt (ə) haqqında keçərlidir. Ona görə də rəvayətlərdə, Əbu Bərzə Əsləmi Əbu Bəkri söyən birini öldürmək istəyəndə Peyğəmbərin (s) mane olduğunu görürük. Dördüncüsü, bu rəvayət Abdullah ibn Səbanın sürgünə göndərilməsinə səbəb kimi onun Əli (ə) haqqında "qülüv" etməsini göstərən rəvayətlərlə ziddiyyət təşkil edir.
Səhabələrə hörmətsizlik
"Tarixi-Təbəri" və s. kitablarda Abdullah ibn Səba haqqında qeyd olunanlar hər şeydən qabaq böyük səhabələrə hörmətsizlikdir. Necə ola bilər ki, bir insan uzun illər Peyğəmbərin (s) yanında olmuş, ondan təlim almış, lakin sonunda bir yəhudinin tərəfdarı olmuşdur? Hansı ki, Yəmənin Səna bölgəsindən İslama zərbə vurmaq məqsədi ilə Mədinəyə gəlmiş, zahirən İslamı qəbul etmiş, kütləni aldadaraq xəlifəyə qarşı təhrik etmişdir. Necə ola bilər ki, o, rahat şəkildə istədiyi bölgəyə getsin və orada öz fikirlərini yaysın? Bu dastanı uyduranlar onun hansı acı nəticələr verə biləcəyini düşünməmiş və ya düşünmək istəməmişlər.
Versiyalar arasında ziddiyyət
Doktor İbrahim Beyzun yazır: "Səbaiyyə firqəsi istər təxəyyülün bəhrəsi olsun, istərsə də həqiqət, hər halda şiəlikdən kənar və ya şiə düşüncələri ilə təzadda olmuşdur. İdris Hüseyn Məğribi yazır: "Təəccüb doğuran budur ki, bunlar "vəsiyyət" və "ismət" təfəkkürünü Abdullah ibn Səbaya aid edir və deyirlər: "O, bu iki əqidəni qəbul edən ilk şəxs olmuşdur. O, bunları yəhudi etiqadlarından ilham alaraq İslama ötürmüşdür”. Mən bilmirəm yəhudilər nə vaxt öz peyğəmbərlərini və onların vəsilərinin məsum olduğu əqidəsində olmuşlar? Bir halda ki, tarixə nəzər saldıqda bunun tam əksini görürük. Yəhudilər ən çox peyğəmbər öldürən ümmətdirlər. Biz onların müqəddəs kitablarında peyğəmbərlərə hörmətsizlikdən başqa bir şey görmürük. Müqəddəs kitabın "Yaradılış” bölməsində həzrət Lutun (ə) şərab içdiyini, məhrəmləri ilə zina etdiyini oxumuruqmu? Yenə orada həzrət Musa və Harunun (ə) haram iş gördüklərinin qeyd olunduğunun şahidi olmuruqmu? Bu, yəhudilərin peyğəmbər və vəsilərinin haqqında etiqad bəslədikləri məşhur "məsumluq"dur. Bu, xristianlığa da sirayət etmişdir. Mən başa düşə bilmirəm ki, bəzilərini "məsumluq" məsələsinin yəhudilərdən götürülməsini təsdiq etməyə vadar edən hansı ağılsızlıq, hansı cəhalətdir?!"
Osmanın siyasi metodu
Osmanın siyasi həyatına dəqiq nəzər salıb onu incələyən hər kəs onun xilafətə müxalif qüvvələrlə çox sərt davrandığının şahidi olar. O, müxaliflərini döydürməklə cəzalandırır və Mədinə şəhərindən çıxararaq ucqar bölgələrə sürgün etdirərdi. Belə olan halda, bir yəhudinin sərbəst şəkildə kütləni xəlifəyə qarşı təhrik etməsinə necə inanmaq olar? Bu, əsla inanılası deyil. Aşağıda Osmanın bəzi səhabələrə qarşı sərt mövqeyini nəzərdən keçirək:1. Əbuzər Qifari;Əbuzər beytülmalın bölgüsü zamanı qəbiləsinə qarşı ədalətsiz davranıldığına etiraz etdiyi üçün Osman onu Mədinədən Rəbəzəyə sürgün etdi.İbn Əbd əl-Birr yazır: "Müaviyə Əbuzərdən şikayət etdiyi zaman Osman onu Mədinəyə çağırtdırıb Rəbəzəyə sürgün etdi və elə orada da dünyasını dəyişdi. İbn Əbu əl-Hədid yazır: "Əksər tarixçilərin yazdığına görə, Osman Əbuzəri öncə Şama, Müaviyənin şikayətindən sonra isə Mədinəyə çağırıb oradan Rəbəzəyə sürgün etdi. O, Şamdakı etirazlarını Rəbəzədə də davam etdirirdi. Onun bu etirazlardan, Osman əleyhinə siyasi fəaliyyətdən məqsədi insanları Əhli-beytə (ə) doğru yönəltmək idi. Halbuki bütün tarixçilər, rical alimləri Əbuzəri mədh etmiş və Peyğəmbərin (s) onu mədh edən hədislərini qeyd etmişlər.Əbu Nəim İsfahani onun tərcümeyi-halını yazarkən belə xarakterizə edir: "O, abid, zahid, itaətkar, İslamı qəbul edən dördüncü müsəlman, şirk və küfrü İslamı qəbul etməzdən öncə tərk etmiş bir səhabədir. O, Peyğəmbəri (s) İslam dininin ona verilməsi münasibəti ilə təbrik edən ilk şəxsdir. O, haqq yolunda heç bir qınaqdan qorxmadı, hakimlərin, valilərin qəzəbindən çəkinmədi". Peyğəmbər (s) onun haqqında buyurur: "Əbuzər ümmətim arasında İsa ibn Məryəmin (ə) zahidliyini xatırladır. Büreydədən nəql edildiyinə görə, Peyğəmbər (s) buyurmuşdur: "Allah-Taala mənə özünün də sevdiyini bildirdiyi dörd nəfərə məhəbbət bəsləməyi tapşırdı. Onlar Əli, Əbuzər, Miqdad və Salman idi".
2. Əmmar Yasir;Bəlazuri yazır: "Miqdad ibn Əmr, Əmmar ibn Yasir, Təlhə, Zübeyr və bir çox digər səhabələr Osmana məktub yazaraq bəzi məqamları xatırladıb, Allahdan qorxmasını tövsiyə etdilər. Həmin məqamlara əhəmiyyət verilmədiyi təqdirdə ona qarşı çıxacaqları ilə hədələdilər. Əmmar məktubu alıb Osmanın yanına gəldi. Osman məktubun ilk cümlələrini eşitdikdə qəzəblənərək dedi: "Sən dostlarından biri olaraq bu hədə dolu məktubu mənim üçün oxumağa necə cürət edirsən?” Əmmar dedi: "Çünki mən qövmün sənə daha çox nəsihət verəniyəm”.-Yalan deyirsən, ey Süməyyənin oğlu!-And olsun Allaha ki, mən Süməyyə və Yasirin oğluyam.Bu cavabı eşidən Osman qulamını çağırıb onun əl-ayağının sındırılmasını tapşırdı”. Sonra ayaqqabılı ayaqları ilə Əmmarı təpikləməyə başladı və nəticədə Əmmarın bədəni qaraldı”. İbn Səd Təbəqat əsərində yazır: "Əqəbə ibn Amir Əmmarı qətlə yetirən şəxdir. O, Əmmarı Osmanın əmri ilə vurdu”. Halbuki Əmmar ibn Yasir Əbu əl-Yəqzan hicri qəməri 36-cı ildə Siffeyn döyüşündə şəhid edildi. O və valideynləri İslamın erkən çağlarında iman gətirdikləri üçün orta əsr işgəncələrinə məruz qaldılar. Lakin İslamdan dönməyərək bütün işgəncələrə dözdülər. Nəticədə Yasir və Süməyyə ağır işgəncələr altında şəhadət məqamına yüksəldilər.İbn Hişam yazır: "Bəni-Məxzumlular Əmmar və valideynlərini hava isti ikən evlərindən çıxardılar. Günorta çağı Məkkənin isit qumları üzərində işgəncələr verməyə başladılar. Onların yanından keçən Peyğəmbər (s) buyurdu: "Dözümlü olun, Yasir ailəsi! Sizin yeriniz behishtdir”. Xalid ibn Vəlid deyir: "Əmmarla mənim aramda mübahisə düşdü. Mən ona ağır söz dedim. Əmmar Peyğəmbərə (s) məndən şikayət etdi. Mən Peyğəmbərin (s) yanına gələndə həzrət (s) başını qaldırıb buyurdu: "Əmmara düşmən kəsilən şəxs Allaha düşmən kəsilmişdir. Ona qəzəblənən, kin bəsləyən Allaha qəzəblənmiş, kin bəsləmişdir". Mən o gündən bəri Əmmarı sevirəm”. Hani ibn Hani deyir: "Biz Əlinin (ə) yanında idik. Əmmar oraya gəldi. Həzrət (ə) onu görub buyurdu: "Pak və pakediciyə salam olsun! Peyğəmbər (s) buyurmuşdur: "Əmmarın bütün vücudunu iman bürümüşdür”.İbn Məsud deyir: "Peyğəmbərin (s) Əmmara belə buyurduğunu eşitdim: "İnsanlar ixtilaf edərlərsə, (bilin ki,) haqq Əmmarladır". İbn Teymiyyənin tələbəsi İbn əl-Qəyyim Cövziyyə deyir: "Şamlılar Peyğəmbərin (s) Əmmar haqqında "Səni zalımlar qətlə yetirəcək", - deyə buyurduğu kəlamı yanlış yozdular. Onlar deyirdilər: "Onu biz öldürmədik. Onu özü ilə döyüşə gətirib nizələr qarşısına çıxaranlar öldürdülər".Bu yozum hədisin ibtidai mənasının tam əksinədir. Çünki onu qətlə yetirən birbaşa ona zərbə endirəndir. Buna görə də onların bu yozumunu rədd edərək bu fikirdə olanlara belə bir sual ünvanlamışlar: Həmzənin və onunla birgə şəhid edilənlərin qatili Peyğəmbər (s) və səhabələr idilərmi? Çünki onları müşriklərin şəmşirləri qarşısına çıxaran Peyğəmbər (s) və səhabələri idilər.3. Abdullah ibn Məsud;Məhəmməd ibn İshaq, "Sirə" əsərində Məhəmməd ibn Kəb Qərəzinin belə dediyini nəql edir: "Osman Abdullah ibn Məsuda Əbuzərin dəfnində iştirak etdiyi üçün qırx şallaq vurdu". Bəlazuri özünəməxsus sənədlə nəql edir: "Osman beytülmalın açarını Vəlid ibn Üqbəyə tapşırdıqda Abdullah ibn Məsud onun vali olmasını pislədi. Bunu eşidən Vəlid Osmana məktub yazıb Abdullah ibn Məsuddun ona qarşı hörmətsizlik etdiyini bildirdi. Məktub Osmana çatan kimi Abdullah ibn Məsudun Mədinəyə qaytarılmasını əmr etdi”. Übeydullah ibn Abdullah ibn Ətəbədən nəql edilən rəvayətdə deyilir: "Abdullah ibn Məsud Peyğəmbər (s) sirlərinin sahibidir”. İmam Əli (ə) Abdullah ibn Məsud haqqında buyurmuşdur: "O, Quranı qiraət etmiş, halalının halal, haramının haram olduğunu bilmişdir. O, dinə agah, sünnəyə vaqifdir”.
4. Kufə müxaliflərinin sürgün edilməsi.Bəlazuri yazır: "Səd ibn As Osmana məktub yazaraq bildirdi ki, mən Malik Əştər və onun Quran qiraətçiləri kimi tanınan dostları Kufədə olduqları halda oranı idarə edə bilmirəm. Osman cavabında onları Şama sürgün etməyi əmr etdi. Malik Əştərə ünvanladığı məktubda isə yazdı: "Mən sənin nəyisə gözlətdiyini görürəm. Əgər onu aşkara çıxarsan qanın halal olacaq. Sənin bu işlərdən əl çəkəcəyini heç güman etmirəm. Sonunda başına elə bir müsibət gələck ki, ondan sonra sağ qalmayacaqsan. Mənim məktubumu aldığın an Şama doğru hərəkət et".Səd ibn As Malik Əştəri və onunla həmfikir dostlarını - Zeyd ibn Suhan, Səsəə ibn Suhan, Aiz Təmimi, Kümeyl ibn Ziyad Nəxəi, Cündəb ibn Züheyr Əzdi, Haris bin Abdullah Əvər Həmdani, Yezid Nəxəi, Sabit ibn Qeys, Əsər ibn Haris və başqalarını Şama sürgün etdi. Bunların hamısı Kufə qariləri hesab olunurdular. Şama gəldikdə Müaviyə öncə onlara hörmət göstərdi. Lakin Müaviyə ilə Malik Əştər arasında mübahisə düşdükdə onu həbs etdirdi. Kufədən gələn bu qiraətçilər Əmr ibn Zürarənin qonaqları olduğu üçün o, Müaviyəyə etiraz edərək dedi: "Onu həbs edirsənsə, müdafiə edənlər də tapılacaq". Müaviyə onun da həbs edilməsini əmr etdi. Müaviyəyə xəbər çatdı ki, şamlılar Malik Əştər və dostları ilə mehriban davranırlar. Buna görə də Osmana belə bir məktub ünvanladı: "Sən öz qövmünü yanlış yola yönəldən insanları mənim yanıma göndərmisən. Mən onların xəlifənin itaətinə qarşı çıxmayacaqlarına əmin deyiləm". Osman Müaviyəyə cavab yazaraq onları Himsə sürgün etməyi əmr etdi. Müaviyə də əmri icra edərək onları Əbd ər-Rəhman ibn Xalid ibn Vəlid ibn Müğeyrənin valisi olduğu Himsə göndərdi”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər