Şiəlik Osmanın xilafəti dönəmində |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 5-01-2016, 23:17 | Şərh sayı: (0) | Baxılıb: 2977
Şiəlik Osmanın xilafəti dönəmində
Osman özündən öncəki iki xəlifənin siyası xəttini davam etdirmədi. Öncə Ömərin qərarı ilə ölkədə təmsil olunan valiləri dəyişərək, onları öz qohumları ilə əvəz etdi. Peyğəmbərin (s) vaxtilə Taifə sürgün etdiyi Həkəm ibn əl-Ası Mədinəyə gətirtdirib müsəlmanların xəzinələrini ona tapşırdı, Mərvan ibn Həkəmi öz müşaviri təyin etdi. Şimali Afrikanın xümsünün beşdə birini, yəni iki milyon beş yüz iyirmi min dinar nağd pulu ona bağışladı. Hələ bu azmış kimi, öz qızını da ona verdi.O, Bəsrə beytülmalından altı yüz min dirhəm digər kürəkəni Abdullah ibn Xalidə verdi, Dayısı oğlu gənc Abdullah ibn Amiri Bəsrə valisi təyin etdi. Süd qardaşı Abdullah ibn Sədi Misir valisi təyin etdi. Hansı ki, Peyğəmbər (s) Məkkənin fəthi zamanı dindən çıxdığına görə, onun qətl hökmünü vermişdi. Ögey qardaşı (ana bir qardaşı) Vəlid ibn Əqəbəni Kufə valisi təyin etdi. Sonradan yeyinti, pozğunluq və əyyaşlıqla məşğul olduğuna görə, onu digər qohumu Səid ibn Asla əvəz etdi. Səidin əməvilərə məxsus siyasət yürüdərək kübar həyat tərzi sürdüyü və bağlı-bağatlı İraq torpaqlarının Qüreyşə aid olduğunu iddia etdiyi üçün ona qarşı etiraz səsləri ucaldı və üsyanlar başladı. Bu həssas anları yaşayan İslam dünyasında Əli (ə) və şiələri, Osmanın bu bidətlərinin və valilərin İslama yad hərəkətlərinin qarşısında sakit oturmurdular. İbn Əbu əl-Hədid yazır: "Tarixçilərin Əsgəriyyətinin qənaətincə, Osman Əbuzəri öncə Şama sürgün etdi. Müaviyə Osmana ondan şikayət etdikdə Mədinəyə yolladı. Orada da xəlifəyə qarşı çıxdığına görə Rəbəzəyə sürgün edildi”.Əbuzər Rəbəzəyə sürgün edildiyi zaman Əli (ə) və övladları onu yola saldılar. O, İmama (ə) baxıb dedi: "Səni və övladlarını gördükdə Peyğəmbərin (s) sizin haqqınızda buyurduqlarını xatırlayır və ağlayıram”.O, Peyğəmbərin (s) belə buyurduğunu deyirdi: "Tezliklə sizi fitnələr bürüyəcək. Bu zaman Qurana və Əli ibn Əbu Talibə (ə) tapının”.Osmanın xəlifə olduğu dövrdə Əbuzər Peyğəmbər (s) məscidinin qapısı önündə dayanıb nitq söyləməyə başladı: "Ey camaat! Məhəmməd (s) Adəm elminin və peyğəmbərlərin fəzilətlərinin varisidir. Əli (ə) də Peyğəmbərlərin (s) canişini və elminin varisidir”.Bəlazuri yazır: "Miqdad ibn Əmr, Əmmar ibn Yasir, Təlhə, Zübeyr və bir çox digər səhabələr Osmana məktub yazaraq bəzi məqamları xatırlatdılar, Allahdan qorxmasını tövsiyə etdilər. Həmin məqamlara əhəmiyyət verilmədiyi təqdirdə ona qarşı çıxacaqları ilə hədələdilər. Əmmar məktubu alıb Osmanın yanına gəldi. Osman məktubun ilk cümlələrini eşitdikdə qəzəblənərək dedi: "Sən dostlarından biri olaraq bu hədə dolu məktubu mənim üçün oxumağa necə cürət edirsən?” Əmmar dedi: "(Bəli) Çünki mən, qövmün sənə daha çox nəsihət verəniyəm”.-Yalan deyirsən, ey Süməyyənin oğlu!-And olsun Allaha ki, mən Süməyyə və Yasirin oğluyam.Bu cavabı eşidən Osman qulamını çağırıb onun əl-ayağının sındırılmasını tapşırdı. Sonra ayaqqabılı ayaqları ilə Əmmarı təpikləməyə başladı və nəticədə Əmmarın bədəni qaraldı”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər