RSS
 

Login:
Şifrə:
» » Quranda dəyişilməz həqiqətlər

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Quranda dəyişilməz həqiqətlər

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 13-05-2016, 18:44 | Şərh sayı: (0) | Baxılıb: 279

Quranda dəyişilməz həqiqətlər


Quranda dəyişilməz həqiqətlərQuranda dəyişilməz həqiqətlər

Qurani-kərimin ayələrində bir çox mətləblərə toxunulmuş, bəziləri haqda ötəri məlumat, bəziləri haqda isə ətraflı izahlar verilmişdir. Bəzən, olduqca böyük əhəmiyyət kəsb edən Allahtanıma, təfəkkür, yaradılış, qiyamət, metafizika aləmi, ruh, mələklər, cin, Şeytan, qalaktika, keçmiş peyğəmbərlərin və onların davamçılarının tarixi haqda söhbət açılmış və nəsihətamiz məsəllər çəkilmişdir. Bütün bunlarla yanaşı, bəzən ailə hüquqları, döyüş, ölkə idarəetmə, ictimai-sosial qanunlarına da toxunulur. Eyni zamanda siyasət, ictimai əlaqələr, iqtisadiyyat, evlənmə və s. məsələlərə də toxunaraq bəşəriyyətə ədalətli üsul və qanunlar təklif edir. Bütün bunlar bəşəriyyətin ixtiyarına qoyulmuş ən kamil, nöqsan və çatışmamazlıqlara yol verilməyən ilahi qanunlar silsiləsidir. Demək, insanlar belə bir qanunlar silsiləsini tərtib etməkdə, sadəcə olaraq acizdir. Xüsusilə yarımvəhşi və cahil bir cəmiyyətdə bunun həyata keçməsi qeyri-mümkündür.
Bir anlığa nəzəri elmlər haqda yazılmış əsərlərə nəzər salaq. Bu sahədə bir çox alimlər minlərlə məqalə və əsərlər yazıb-yaratmışlar. Amma çox keçmədən onların hər birində nəzərə çarpacaq dərəcədə nöqsan və çatışmamazlıqlar müşahidə olunmuşdur. Çünki, nəzəri elmlər ətrafında nə qədər araşdırmalar aparılarsa, bir o qədər çatışmamazlıq və boşluqlarla qarşılaşmaq olar. Həqiqət, bəhs və araşdırmaların səmərəsidir. İstər keçmiş nəsillərdən gəlib çatmış həll olunmayan elmi əsərlər, istərsə də keçmişdə yazılmış fəlsəfi kitablar, sonrakı nəsillər tərəfindən oxunub nəql edilmişdir. Belə ki, bir çox hallarda, keçmiş alimlərə müxtəlif dəlillər yolu ilə sabit olmuş böyük əhəmiyyət kəsb edən məsələlər, sonralar daha ətraflı araşdırılmışdır. Amma yüz illərin keçməsinə baxmayaraq, Quran ayələri ətrafında yüzlərlə təhqiqatlar aparılmış lakin, ilahi qanunlara kiçicik də olsa nöqsan və iradlar tutulmamışdır. Əgər bu barədə nə isə yazılmışsa da, çox keçmədən tutarlı dəlillərlə batil olunmuşdur. Bu barədə gələcək fəsillərdə ətraflı səhbət açacağıq.
Quranda qeybi xəbərlər
Quranın bəzi ayələrində gələcəkdə baş verəcək mühüm tarixi hadisələrə işarə olunur. Belə ki, tarixə nəzər saldıqda, bu haqda xəbər verən Quran ayələri nazil olduqdan sonra həmən hadisələr baş vermiş və azacıq da olsa səhvə yol verilməmişdir.
1. Bədr döyüşünün əvvəcədən xəbər verilməsi
«O zaman Allah, sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən qalxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz, silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə öz sözlərini (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.» ( Ənfal-7).
Döyüş başlamazdan əvvəl islamı təzə qəbul etmiş möminlər həm silah və sursat, həm də canlı qüvvə baxımından azlıq təşkil edirdilər.
Müsəlmanlardan yalnız Zubeyr ibni Əvvamın və Miqdadın miniyi vardısa, Qüreyş əsgərləri həm ordu baxımından çoxluq təşkil edir, həm də hamılıqla döyüş silahları ilə təchiz olunmuşdular. Bu səbəbdən də onlar qorxuya düşərək mənəvi sarsıntı keçirirdilər. Lakin ayə nazil olmaqla, onların sayca az olmalarına baxmayaraq, qalib gələcəklərinə və kafirlərin məğlubiyyətə uğrayacağına bəşarət verilir.
1. Peyğəmbərin (s) düşmənləri haqda verilən xəbərləri
«(Ya Məhəmməd!) Sənə əmr olunan Quranı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin (şərindən) səni qorumağa Biz kifayət edərik. O kəslər ki, Allahdan başqa tanrıya şərik qoşdular, onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər.» (Hicr 94-95-96).
Ayə islamın zühur etdiyi ilk günlərdə Məkkədə nazil olmuşdur. Bəzzaz və Təbərani kimi müfəssirlər ayənin nazil olma səbəbləri haqda Ənəs ibni Malikdən nəql etdikləri hədisdə deyirlər: «İslamın zühur etdiyi ilk günlərdə Peyğəmbər (s) Məkkə müşriklərinin yanından keçərkən onlardan biri istehza ilə dedi: özünü peyğəmbər sanan və daim Cəbraillə birgə olduğunu güman edən şəxs budur.» Həmən anda ayə nazil olur və Peyğəmbərə (s) qeyb aləmindən yardım olacağı və kafirlərin tezliklə xar və rüsvay olacaqları bildirilir.
Ayə nazil olarkən kimsə, iqtidarda olan qüdrətli və adlı-sanlı Qüreyş qəbiləsinin tez bir zamanda məğlubiyyətə uğrayacağını güman etmirdi. Lakin, ayə nazil olmaqla hər şey əvvəlcədən bəyan oldu və çox keçmədən həqiqət öz yerini tapdı.
3. İslamın bütün dinlərə qalib gəlməsi
«Müşriklərin xoşuna gəlməsə də, islamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərinə doğru yolu göstərən, rəhbərlə (Quranla) və haq dinlə göndərən Odur!» (Səf-9).
Ayə nazil olarkən hələ islam dini Ərəbistan yarmadasında bütünlüklə yayılmışdı. Lakin, bir neçə il əvvəl bu ayə nazil olmaqla, islam dininin bütün dinlərə qalib gələcəyi və qiyamət gününədək öz əzəmətini qoruyub saxlayacağı bildirilirdi.
İran-Rum müharibəsi
«Rumlular (bizanslılar iranlılara) məğlub oldular. (Ərəbistana) ən yaxın bir yerdə (Şamda ya Urdunda) lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.» (Rum 2-3).
5. İslam düşmənlərinin məğlubiyyəti
«Yoxsa onlar: «Biz (Məhəmməddən və möminlərdən) intiqam ala biləcək bir zümrəyik!» - deyirlər?
(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!» (Qəmər 44-45).
Bədr döyüşü baş verməzdən əvvəl, Məkkə müşriklərinin böyük məğlubiyyətə uğrayacağı haqda Peyğəmbərə (s) xəbər verilir. Hər tərəfli təchiz olunmuş doqquz yüz nəfərlik Qüreyş ordusunun müqabilində duran, hərbi ləvazimat baxımından olduqca acınacaqlı vəziyyətdə olan üç yüz nəfərlik müsəlman qoşunu üçün bu xəbər hər şeydən mühüm ola bilər.
6. Əbu Ləhəbin aibəti
«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya oğul-uşağı). O, alovlu atəş görəcəkdir. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında göz gəzdirən) övrəti də həmçinin.» (Ləhəb 1-4).
Ayə Əbu Ləhəbin həyatı haqda nazil olmuşdur. Göründüyü kimi onun özünün və övrətinin cəhənnəmin dəhşətli əzabına düçar olacağı, onlar hər ikisi sağ ikən bəyan olunur.
Quranda yaradılış sirləri
Qurani-kərimdə dəfələrlə yaradılışın sirr və qanunlarına toxunulur. Yer və digər səmavi cisimlərin qalaktikadakı müntəzəm hərəkəti, vahid və dəyişilməz qanuna tabe olmaları və s. mövzuları əhatə edir.
Quranın nazil olduğu bir dövrdə, vəhy yolu ilə bunlardan agah olan peyğəmbərlərdən savayı, kimsənin bu kimi elmlərdən azacıq məlumatı belə yox idi. Qeyd etmək lazımdır ki, yunan alimlərindən bəziləri astronomik hesablamalar apararaq yaradılışın müəyyən sirlərinə yol tapa bilmişdilər. Lakin elm və svilizasiyadan uzaq düşmüş Ərəbistan yarmadasında bu kimi faktlarla qarşılaşmaq qeyri-mümkün idi. Lakin, Quranın verdiyi və olduqca dəqiq olan məlumatları hələ heç bir yunan alimi tərəfindən təklif olunmamışdı. Belə ki, yüz illər keçdikdən sonra bu elmlər bəşəriyyətə məlum olmuş və onun müxtəlif sahələrində araşdırmalar aparılmağa başlamışdır. Bir şeyə də diqqət yetirmək lazımdır ki, Quranda o dövrə aid olan elmi mövzular olduqca sadə bir tərzdə bəyan olunmuş, başa düşülməsi bir o qədər də asan olmayan mətləblərə isə yalnız qısa şəkildə toxunulmuş və geniş şəkildə araşdırılması isə gələcək nəsillərin üzərinə qoyulmuşdur. Qurani-kərimdə yaradılış və onun sirlərinə toxunan ayələrə istənilən qədər rast gəlmək olar. Biz onlardan bir neçəsinə işarə edirik:
«Hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik.» (Hicr-19).
Ayədə bitkilər aləminin müəyyən ölçüdə yaradıldığına işarə olunmuşdur.
Son zamanlar botanika alimlərinə məlum olmuşdur ki, təbiətdə mövcud olan bitkilərin hər biri özünəməxsus tərkibə malikdir. Belə ki, tərkib hissəsinin bir qismi başqa bir qismindən çoxluq və ya azlıq təşkil edərsə, onların xarici görünüşündə nəzərə çarpacaq fərq və dəyişikliklər əmələ gəlir. Bitkilər aləminə hakim olan belə bir sabit qanun, əsrlər boyu dəyişmədən qalmış və qalmaqdadır. Və göründüyü kimi, yaradılış aləmində böyük əhəmiyyət kəsb etdiyi üçün Qurani-kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor