Quranda cütləşmə qanunu |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 13-05-2016, 18:39 | Şərh sayı: (0) | Baxılıb: 471
Quranda cütləşmə qanunu
Quranda cütləşmə qanunu
Quran haqqında söhbət açan əsrarəngiz mövzulardan biri də, bitkilər aləminin külək vasitəsilə cütləşməsi və ya daha dəqiq desək, tozlanma prosesidir. Bu təbii prosesin nəticəsində ağaclar (bitkilər) tozlanır və yeni-yeni bitkilərin göyərməsinə səbəb olur. Hicr surəsinin 22-ci ayəsində bu haqda deyilir:
«Biz (buludla) yüksəlmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik.»
Keçmişdə müfəssirlər ayədəki «təlqih» kəlməsinin lüğəvi (yükləmək) mənasından istifadə edərək, ayəni belə təfsir etmişlər: «Buludları yükləyib hərəkətə gətirmək üçün küləyi göndərdik və ya yağışı buludların qatlarında yüklədik (yerləşdirdik) və onu küləklə hərəkətə gətirdik.»
Lakin bu nəzəriyyə, ayənin mənası ilə bir o qədər də uyğun gəlmir. Çünki, əvvəla nəzərdə tutulan mövzu bir o qədər də əhəmiyyət kəsb etmir və Quranın şənindən olduqca aşağıdır. Sonra isə onlar buna diqqət yetirməli idilər ki, külək buludları yalnız hərəkətə gətirir və onların qatlarına heç bir şey yükləmir. Demək, ayə bəzi keçmiş müfəssirlərin dərk edə bilmədiyi və olduqca əhəmiyyətli elmi bir məsələyə dəvət edir. O da bundan ibarətdir ki, bitkilər aləmi də nəsil artımı üçün heyvanlar kimi cütləşmə prosesini keçməlidirlər. Və bu proses bitkilər aləmində əksər hallarda külək vasitəsilə həyata keçdiyi üçün tozlanma adlanır. Məsələn nar, portaxal, sənubər, ərik, pambıq və s. bitkilərin cütləşməsi yalnız tozlanma yolu ilə həyata keçir. Tumurcuqların içindəki kisəciklər yetişdikdən sonra açılır və küləklə ətrafa yayılan erkək toz dənələri onlara daxil olur və beləliklə tozlanma prosesi başa çatır.
3. Quranda evlənmə qanunu
Quran, evlənmənin və ya müştərək həyat tərzinin qurulmasını təkcə insan və heyvanlarda deyil, bitkilər aləmində də baş verdiyini bizə xəbər verir.
«Bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meykai və s. olmaqla) cüt-cüt yetişdirən... Odur.» (Rəd-3).
«Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək-dişi olmaqla) cütlər yaradan Allah pak və müqəddəsdir! (Eybsiz və nöqsansızdır!)» (Yasin-36).
«O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş (döşək etmiş)...» (Taha-20).
Quran, çox zərif və incə ifadələrdən istifadə edərək yer üzünü döşəyə və ya uşaq beşiyinə bənzətmişdir. Məlum olduğu kimi, ayədə istifadə olunan «məhd» kəlməsi, ərəb dilində uşaq beşiyinə deyilir. Südəmər körpə beşikdə rahatlıq tapdığı kimi, yer üzündə baş verən dəyişikliklər (gündüzün gecə ilə əvəz olması, fəsillərinin dəyişdirilməsi və s.) insanlarda mənəvi rahatlığın və asayişin yaranmasına səbəb olur. Təbiətdə baş verən dəyişikliklər təkcə insanlarda deyil, heyvan və bitkilər aləmində də asayişin bərqərar olmasına səbəb olur. Göründüyü kimi, ayədə yerin hərəkət etməsinə ötəri və qısa ifadələrlə işarə olunur. Bunun isə əsas səbəbi Ərəbistan yarmadasında hökm sürən o dövrün cəhalət rejimi olmuşdur. Yerin sabit və hərəkətsiz olduğuna əsaslanan nadan bir camaata təbii ki, elə bir şəraitdə yerin daim hərəkətdə olmasını birbaşa açıq-aşkar ifadələrlə bəyan etmək olmazdı. (Peyğəmbərin (s) vəfatından on əsr sonra Qaliley, yerin iki növ hərəkətdə (həm öz oxu ətrafında fırlanması və günəş qalaktikasındakı daimi hərəkəti) olduğunu sübut etməyə cəhd etdi. Lakin onun irəli sürdüyü nəzəriyyə iqtidarda olan katolik keşikçiləri tərəfindən küfr kimi qarşılandı. Qaliley işkəncələrə məruz qalaraq zindanlara atıldı. Beləliklə, Avropa alimləri öz ixtiralarını kimsəyə bildirməməyi hər şeydən üstün tutdular.) Beləliklə, Quran yerin hərəkət etməsini icmali və qısa ifadələrlə bəyan edir.
5. Quranda tanınmayan qitələr
Quranın on dörd əsr bundan əvvəl açdığı sirlərdən biri də, yer üzündə mövcud olan digər qitələrdir. Qaf surəsinin 17-ci ayəsində bu haqda deyilir:
«İki məşriqin və iki məğribin Rəbbi (günəş və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.»
İki məşriq və iki məğrib deyildikdə nəyin nəzərdə tutulduğu, bir çox müfəssirlərin nəzərini özünə cəlb etmişdir. Onlardan bəziləri ayəni təfsir edərkən iki məşriq və məğribdən, bir məşriq və məğribin ay, ikinci məşriq və məğribin günəş olduğunu izah etmişlər. Başqa bir qismi isə məşriq və məğrib deyildikdə, yay və qış nəzərdə tutulduğunu bildirmişlər.
Lakin bu məzmunda nazil olmuş digər ayələr yer üzündə mövcud olan, hələ o zaman kəşf olunmamış qitələrə dəlalət edir. Məsələn, Zuxruf surəsinin 38-ci ayəsində deyilir:
«Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasında məsafə qədər uzaqlıq olaydı.»
Ayədən belə məlum olur ki, insanlar üçün ən uzaq məsafə şərqlə qərb arasında olan məsafədir. Demək, iki məşriq və məğrib deyildikdə, bunu ay və günəş və ya yayla qış kimi mənalandırmaq olmaz. Çünki, onların arasında olan məsafə bir o qədər də uzaq deyildir. Demək, məşriq və məğrib deyildikdə, şərq və qərb tərəfindən əhatə edən qitələri nəzərdə tutmalıyıq. Belə ki, şərq hesab etdiyimiz qitədə yaşayan əhali yer kürrəsinin ikinci yarısında yaşadıqları üçün, bizim yaşadığımız qitəni artıq şərq deyil, qərb hesab etməliyik. Göründüyü kimi Quran, on dörd əsr əvvəl qitələr, dəniz səyyahları tərəfindən kəşf edilməzdən əvvəl bizə bu haqda xəbər verir.
«Şərq də qərb də Allahındır» ayəsini misal olaraq deyə bilərik ki, məşriq və məğrib kəlmələri tək halda işlənilən ayələrdən məqsəd, şərq və qərb istiqamətlərini bəyan etməkdir. Təsniyə (ikilik) «məşriqəyn» «məğribəyn» və cəm halında (məşriq, məğrib) işlənilən ayələrdən isə, üfüq baxımından bir-birləri ilə fərqli olan yer üzündəki bütün şəhərlərin şərq və qərb nahiyələrini nəzərdə tutmalıyıq. Gələcək fəsillərdə bu mətləbə yenidən qayıdacağıq.
6. Quranda yerin dairəliyi
Qurani-kərimdə bu haqda deyilir:
«Zəif, fəqir görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daimi xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə [Şam diyarına) varis etdik.» (Əraf-137).
«O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin) Rəbbi Odur.» (Saffat-5).
«Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən qadirik.» (Məaric-40).
Ayə günəşin müxtəlif yerlərdən qürub edib doğmasına dəlalət etməklə yanaşı, yerin dairəvi olmasına da işarə edir. Çünki, əgər yer dairəvi olarsa, günəş onun başqa bir hissəsindən qürub etməlidir və belə olduqda şərq və qərbin müəyyən olunması bir o qədər də zəhmət tələb etməyəcək. Yox əgər yerin dairəvi olmadığını fərz edəriksə, şərq və qərbin dərk olunması bizim üçün qeyri-mümkün olacaqdır. Lakin Qurtəbi və digər müfəssirlər məşriq və məğribləri günəşin illik hərəkəti və il ərzində günlərin dəyişilməsi ilə təfsir etmişdir. Bu isə ayənin zahiri mənası ilə tamamilə ziddiyyət təşkil edir. Çünki, günəşin il ərzində müəyyən şərq və qərbi olmur və belə olduqda o, heç bir əhəmiyyət də kəsb etmir. Belə bir nəticəyə gəlirik ki, ayədə şərq və qərb deyildikdə, yerin hərəkəti nəticəsində yaranmış cəhətlər nəzərdə tutulur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər