RSS
 

Login:
Şifrə:
» » Quranın uyğunluq ecazı

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Quranın uyğunluq ecazı

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 12-05-2016, 18:38 | Şərh sayı: (0) | Baxılıb: 259

Quranın uyğunluq ecazı


Quranın uyğunluq ecazıQuranın bir neçə möcüzəvi xüsusiyyətləri haqda söhbət açdıq və bir qədər əvvəl, əql və fəlsəfi ecazına da müxtəsər işarə etdik. Haqqında söhbət açmaq istədiyimiz mövzu, Quranın həmahəng və uyğunluq ecazıdır. Yəni, Quran ayələrində azacıq da olsun ixtilaf və tərtib baxımından nöqsan nəzərə çarpmayır. Hər bir normal insan əldə etdiyi həyati təcrübələrdən belə bir qənaətə gəlməlidir ki, yalan və iftira əsasında qurulan qanun və nizamnamələr çox keçmədən öz etibarını itirib aradan getməlidir. O ki qaldı etiqadi və əxlaqi məsələlərə, burada bu məsələ daha qabarıq nəzərə çarpır. Yalançı şəxslər nə qədər səy etsələr də, öz ifadələrində ziddiyyət və nöqsanlara yol verməlidir. Necə deyərlər, «yalançının yaddaşı az olar».
Amma Qurani-kərim, insanların həyatına daxil olmaqla onların ictimai, siyasi, dini və s. məsələlərinə toxunmuş, azacıq da olsun nöqsan və çatışmamazlıqlara yol verməmişdir. Allah-taala peyğəmbərlik, siyasət, ictimaiyyət, şəhər və ölkələrin idarəetmə üsulları, əxlaq və s. qanunlar haqda ətraflı mülahizələr aparmışdır. Burada astronomiya, tarix, müharibə və sülh qanun-qaydalarına ümumi şəkildə olsa da, toxunulur. Mələk və insanlar, heyvanlar, yağış, külək, bitkilər aləmi və bu kimi yer və səmavi varlıqlar haqda da maraqlı məlumatlar verilir. Bütün bunlarla yanaşı, Quranda, qiyamətin qorxunc səhnəsi, insanların məhşərdəki sorğu-sualı da öz əksini tapmış və qeyd etdiyimiz kimi, mövzu və qanunların heç birində ziddiyyət, nöqsan və çatışmamazlıqlara yol verilməmişdir. Quran bəzən bir mövzu ətrafında iki dəfə və ya daha artıq söhbət açır, amma buna baxmayaraq onların heç birində çatışmamazlıq nəzərə çarpmayır. Məsələn, götürək Musa (ə)-ın əhvalatını. Biz Quranda bu əhvalatla dəfələrlə qarşılaşsaq da, onların heç birində nöqsan və ziddiyyətlərlə qarşılaşmırıq. Növbəti ayə özündən əvvəlki ayələri təsdiqləyir və onu daha da təkmilləşdirir.
Quranın 23 il ərzində müxtəlif hadisə və münasibətlər əsasında nazil olduğunu nəzərə aldıqda, onun həqiqətən ilahi vəhy olduğunun, insanın elm və qüdrətindən xaric olduğunun bir daha şahidi oluruq. Quranın 23 il ərzində nazil olmasını yaranmış ictimai, siyasi, dini şərait tələb edirdi. Bu müqəddəs kitab ayə-ayə nazil olmasına baxmayaraq, öz həmahəngliyini qoruyub saxlaya bilmişdir. Bu da Quranın möcüzəvi xüsusiyyətlərindən biridir.
«Onlar Quran barəsində (onun Allah kəlamı olması haqda) düşünməzlərmi?
Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət (ixtilaf, uğursuzluq) tapardılar.»
Bu mübarək ayə insanı daxili və fitri mətləblərə dəvət edir. O da bundan ibarətdir ki, insan irəli sürdüyü iddia və söylədiyi ifadələrdə yalan və iftiraya əsaslanarsa, gec-tez söylədiyi ifadələrdə ziddiyyət və nöqsan yaranacaqdır. Lakin biz, Quranda bu kimi çatışmamazlıqlarla qarşılaşmırıq. Quranın nöqsan və çatışmamazlığını sübuta yetirmək üçün heç bir təsdiq və dəlilə ehtiyac duyulmayır. Bu həqiqəti hətta, o dövrün cahil ərəbləri də dərk edirdi. Fəsahət və bəlağət alimləri, görkəmli şer ustaları, ədəbiyyatşünaslar dəfələrlə bu mətləbə toxunmuş, Quranın əbədi və ilahi möcüzə olduğunu etiraf etmişlər.
Bir anlıq Vəlid ibni Müğeyrənin söylədiklərinə diqqət yetirin. Əbu Cəhl ondan Quran barəsində öz nəzərini bildirməsini istədikdə, bu sözləri demişdir:
«Mən Quran barəsində nə deyə bilərəm? And olsun Allaha! Sizlərdən, məndən çox ərəb şer və qəsidələrini bilən yoxdur. Şerin sirlərində, fəsahət və bəlağət elminin dərinliklərində, rəcəz şerlərində məndən bilikliniz yoxdur. Mən şerin bütün növlərinə, hətta cinlərin şerlərindən belə agaham. Amma and olsun Allaha! Məhəmmədin söylədikləri bunların heç birinə bənzəməyir. Bəli! Məhəmmədin söylədiklərində özünəməxsus şirinlik vardır. Onun söylədiklərindən daha şirin və daha mənalı bir şey söyləmək mümkün deyildir. Məhəmmədin hər bir sözü, hər sözdən daha üstün və təsəvvür olunmazdır.
Əbu Cəhl dedi: And olsun Allaha! Əgər onun əleyhinə bir söz deməsən, qəbilə üzvləri səndən razı qalmayacaqdır.
Vəlid dedi: Elə isə bir qədər səbr edin, bir şey fikirləşim. Bir qədər fikirləşdikdən sonra dedi: Quran, Məhəmmədin sehrkarlardan öyrəndiyi sehrdir.» (Təfsir Təbəri, 29/98).
Başqa bir yerdə Vəlidin verdiyi cavab bir qədər fərqli olaraq nəql olunur: «And olsun Allaha! Məhəmmədin söylədikləri nə insan sözüdür, nə də cin. Dediyi sözlərin özünəməxsus şirinliyi vardır. Kimsə bu vaxta qədər bu sözləri deməmiş və deməyə də qadir deyildir. İstifadə etdiyi hər bir ifadə də yenilik və cazibəlik hiss olunur.»
Əgər səmavi kitab adlanan tövrat və incili diqqətlə araşdırsanız, haqq və batili olduğu kimi dərk edib həqiqətə nail olacaqsınız.
İndi isə incildəki bir neçə ziddiyyətli ayələrə diqqət yetirin:
1. Lukanın incilində deyilir:
Məsih (ə) dedi:
«Mənimlə olmayanlar mənə müxalif olanlardır.» (Mətta. 12-ci fəsil. Luka 11-ci fəsil).
Amma başqa bir yerdə yenə də incildə oxuyuruq: «Bizimlə müxalif olmayanlar bizimlədirlər.» (Markos və Luka. 9-cu fəsil).
2. İncildə deyilir: «Məsih (ə)-ı saleh müəllim adlandırdıqda etiraz edərək dedi: Saleh?! Allahdan başqa kimsə saleh deyildir.» (Mətta. 19-cu fəsil. Markos 10-cu fəsil).
Amma başqa bir yerdə bunun tam əksilə rastlaşırıq. «Mənəm saleh gözətçi. Sonra dedi: Saleh gözətçi mən özüməm.» (Yuhənna 10-cu fəsil).
3. Məttanın İncilində deyilir:
«Həzrət Məsih ilə dar ağacına asılan oğruların hər ikisi onu danlayır, təhqiramiz sözlər deyirdilər.» (Mətta. 27-ci fəsil).
Başqa bir incildə isə bunun tam əksi deyilir: «Oğrulardan biri Məsihə dedi: Əgər həqiqətən Məsihsənsə (Allah peyğəmbərisənsə) həm özünü, həm də bizi bu bəladan qurtar. Başqa birisi dedi: Məsihi danlamaqla Allahın əzabından qorxmursanmı.» (Luka 5-ci fəsil).
4. Yuhənnanın İncilində deyilir:
«Əgər mən öz xeyrimə şəhadət verirəmsə, şəhadətim heç də düzgün olmayacaqdır.» (Yuhənna 5-ci fəsil).
Amma həmən incildə başqa bir fəsildə deyilir:
«İsa dedi: Əgər mən şəhadət verərəmsə, şəhadətim tamamilə düzgün olacaqdır.» (Yuhənna 8-ci fəsil).
Bunlar həcm baxımından bir o qədər də böyük olmayan incildən, bir-biri ilə fərqli və ziddiyyətli nümunələr idi. Amma nə qədər az olsa da, həqiqətsevər insanlara həqiqəti bilmək üçün kifayət qədər dəlil və sübut ola bilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor