RSS
 

Login:
Şifrə:
» » Möcüzələr arasında olan oxşarlıq

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Möcüzələr arasında olan oxşarlıq

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-05-2016, 19:47 | Şərh sayı: (0) | Baxılıb: 279

Möcüzələr arasında olan oxşarlıq


Möcüzələr arasında olan oxşarlıqMöcüzə, kimsənin qadir olmadığı, təbii qununlardan fərqlənən və yalnız Allahın izni ilə peyğəmbərlər tərəfindən yerinə yetirilən qeyri-adi işlərə deyilir. Amma möcüzəni tanımaq heç də hamıya müyəssər olmayır. Möcüzəni yalnız o kəslər tanıya bilər ki, həmən möcüzəyə oxşar elm və fənlərə dərindən yiyələnmiş olsun. Çünki, alim və mütəxəssislər yiyələndikləri elm və fənlərin sirlərini başqalarından daha dəqiq və daha ətraflı dərk edirlər. Və belə bir halda yalnız onlar möcüzənin kimin üçün mümkün, kimin üçünsə qeyri-mümkün olduğunu bilirlər. Bu səbəbdən də elm adamları möcüzəni hamıdın tez təsdiq etmiş, sair insanlar isə əksinə olaraq, bəzən ona şübhə ilə yanaşmış və hətta bir çox hallarda onu inkar da etmişlər. Onlar belə güman edirlər ki, möcüzə iddiası edən şəxslər bunları hər hansı bir elm və ya fənnə yiyələnməklə həyata keçirirlər. Buna görə də onlar daim möcüzəyə şəkk-şübhə ilə yanaşmışlar. Bu səbəbdən də ilahi hikmət, möcüzənin cəmiyyətdə geniş yayılmış işlərə aşkar olaraq uyğun olmasını tələb edir. Allah öz peyğəmbərinə geniş yayılmış elm və fənlərə oxşar möcüzələr verir və onun məqamını, şan-şöhrətini hamının nəzərində ucaldır. Demək, zəmanəsinin peyğəmbəri o dövrün yayılmış elm və sənətinə oxşar möcüzələr göstərmiş və bu yolla yaşadığı məntəqənin tanınmış və nüfuzlu şəxsiyyətlərini özünə cəlb edə bilmişdir. Belə olduğu bir şəraitdə insanların əksəriyyəti həqiqətdən agah olur, ən başlıcası isə Allah-taala öz höccətini onların (insanların) üzərində tamamlayır. Bu ilahi qanuna əsasən, tarixə nəzər saldıqda baxıb görürük ki, sehrkarlıq və cadugarlıq baş alıb getdiyi bir gündə Allah-taala həzrət Musa (ə)-a əsanı, Yunan tibbi aləmə səs saldığı vaxtda isə həzrət İsa (ə)-a ağır xəstələri, hətta ölüləri diriltməyi möcüzə olaraq bəxş edir.
Həzrət Musa (ə) öz əsasını sehrkarların qarşısına atır və əsa Allahın izni ilə əjdahaya dönüb onların bütün sehr alətlərini udur və beləliklə də, başda cadugarlar olmaqla, yəhudilərin böyük bir hissəsi Musa (ə)-a iman gətirir. Çünki, onlar sehr və cadunun nə olduğunu bilir və Musa (ə)-ın möcüzəsini isə ilahi qeyb tərəfindən olduğunu da yaxşıca dərk edirdilər.
İsa (ə)-ın zamanında da biz həmən həqiqətin bir daha şahidi oluruq. Yunan tibbi yunanların müstəmləkəsi olan Suriya və Fələstin ərazilərində özünün son inkişaf mərhələsinə çatdığı bir vaxtda Allah-taala, İsa (ə)-ı məhz burada peyğəmbərliyə seçir, möcüzə yolu ilə ağır xəstələri və ölüləri diriltməyi onun ixtiyarına qoyur. Musa (ə)-ın dövründə olduğu kimi, Yunan təbibləri də İsa (ə)-ın möcüzəsinin qarşısında diz çöküb onun göstərdiyi möcüzələrin ilahi qeybdən qaynaqlandığını dərk edir və ona iman gətirirlər.
Bir anlığa qayıdaq Ərəbistan yarmadasının cahiliyyət dövrünə. Onların ictimai həyat tərzini nəzərdən keçirdikdə baxıb görürük ki, cahil ərəblərin məharətlə yiyələndikləri və fəxr edəcəkləri yeganə şey vardırsa, o da onların şer sənətində əldə etdikləri fəsahət və bəlağətdir. Müxtəlif qəbilələrin söz ustadları şəhərin mərkəzində şer məclisləri qurur və orada özlərinin ən gözəl şerlərini oxuyurdular. Burada oxunan şerlər adətən özünütərif və ya başqalarını tənqid-təhqir xarakterini daşıyırdı. Şairlərin sayı artıqda onlar mərkəzi bazarlarda toplanır və öz istedadlarını fəxrlə nümayiş etdirirdilər. Şairlər arasında münsiflər heyəti seçilir və ilin ən gözəl şeri elə oradaca elan olunurdu.
Şairlər çoxaldıqca oxunan qəsidələrin sayı da çoxalır və onlardan ən yaxşısını seçmək daha da çətinləşirdi. Belə ki, münsiflər heyəti yeddi ən gözəl qəsidəni seçib onları Kəbənin divarlarından asmaq qərarına gəlir. Şerlər qızıl su ilə yazılır və camaat arasında «qızıl şerlər» və ya «muəlliqati səbə» (yeddi asılmış şer) adlanırdı. Münsiflər heyətinə Nabicə Zibyani rəhbərlik edirdi. O, həcc ziyarəti zamanı Məkkənin Ukkaz bazarına gələr və yeni yazılmış şerləri oxuyardı. Ehtiram əlaməti olaraq Zibyani üçün qırmızı çadır qururlar və şairlər növbə ilə onun görüşünə gəlib yeni qəsidələrini ona təqdim edirdilər. O, da şerləri diqqətlə dinləyir və ən gözəl şer ustalarına fəxri mükafatlar təqdim edirdi. (Şuəraul Nəsraniyyə, 2/640. Beyrut çapı).
Şer və ədəbiyyatın inkişaf etdiyi belə bir dövrdə həzrət Məhəmməd (s) Allah tərəfindən peyğəmbərliyə seçilir və qiyamətə qədər qüvvədə olacaq müqəddəs Quranı ona vəhy edir. Şöhrəti bütün Ərəbistan yarmadısana yayılmış şer ustaları Quran ayələrini oxuyaraq onun fəsahətinə məftun olurdular. Nəhayət onlar da Quranın bəşər yaradıcılığı olmadığını və Allah tərəfindən həzrət Məhəmmədə (s) vəhy olaraq nazil edildiyini dərk etdilər.
İbni Sukəytdən nəql olunmuş hədisdə bu həqiqət bir daha açıqlanır. Hədisdə deyilir:
«İmam Rza (ə)-ın yanına gəlib ondan soruşdum ki, nə üçün Allah-taala möcüzə olaraq Musa (ə)-a əsa və parlaq əli, İsa (ə)-a tibbi, Məhəmməd (s)-a isə ecazkar kəlamları bəxş etmişdir?
İmam Rza (ə) buyurdu: Allah-taala Musa (ə)-ı peyğəmbərliyə təyin etdiyi zaman sehr və cadugarlıq geniş yayılaraq hamı tərəfindən rəğbətlə qarşılanırdı. Musa (ə) da məhz bu üslubdan istifadə edərək Allahın izni ilə kimsənin bacarmadığı möcüzə göstərir və bu yolla həm öz peyğəmbərliyini sübuta yetirir, həm də cadugarların sehrlərini bütünlüklə batil edirdi.
İsa (ə)-ın zamanında isə bir çox ağır xəstəliklər yarandığından bu sahədə mütəxəssislərə böyük ehtiyac hissi duyulurdu. Belə bir şəraitdə Yunanıstanda və onun müstəmləkələrində görkəmli təbiblər meydana gəldi, tibb elmi get-gedə əsil gəlir mənbəyinə çevrilməyə və bir çoxları tərəfindən sui-istifadə edilməyə başladı. Tibb elmi öz inkişaf mərhələsini keçdiyi belə bir şəraitdə, İsa (ə)-a bu elmə oxşar möcüzə verilir. O, ağır xəstələri, anadangəlmə kor və karları sağaldır, hətta bəzi hallarda Allahın izni ilə ölüləri də dirildirdi. Beləliklə, həm onun peyğəmbərliyi, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olurdu.
Həzrət Məhəmməd (s)-ın dövründə isə, şer və ədəbiyyat özünün son inkişaf mərhələsinə çatmışdı. Belə bir şəraitdə Məhəmməd (s) peyğəmbərliyə təyin olunaraq, vəhy yolu ilə Quran ayələrini şer, qəsidə və yüksək sənətkarlıqla söylənilmiş söz vurğunu olan cahil ərəblərə tilavət etməyə başlayır. Beləliklə, həm onun peyğəmbərliyi sübuta yetirilir, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olur. (Üsuli-kafi, 1-ci cild. Əql və cəhalət fəsli, 20-ci hədis).
Diqqət yetirmək lazımdır ki, Peyğəmbər (s)-ın Qurandan başqa «şəqqul qəmər», kərtənkələni danışdırması, daşların onun qarşısında Allahı zikr etməsi və s. möcüzələri olmuşdur. Amma Quran bir neçə səbəbə görə bütün bu möcüzələrdən daha çox əhəmiyyət kəsb edir.
1. Yaradılış və bir çox elmlərin sirlərindən agah olmayan ərəblər bu kimi möcüzələrə şəkk və tərəddüdlə yanaşa bilsəydilər də, şer sənətindən kifayət qədər məlumatları olduqları üçün Quranın fəsahətini heç cür inkar edə bilmirdilər. Çünki, onların özləri bu elmlərə yiyələnmiş və bir çox dəyərli əsərlər yarada bilmişdilər. Amma necə olursa-olsun özlərini Quranın qarşısında tamamilə aciz hesab edirdilər.
2. Peyğəmbər (s)-ın göstərdiyi bəzi möcüzələr müəyyən zaman, məkan və şərait çərçivəsində idi və məhz bu səbəbdən də onlar müvəqqəti olmalı, zaman keçdikcə bir tarixi hadisəyə çevrilməli və ağızdan-ağıza nəql olunmalıydı. Quran isə əbədi möcüzə olaraq Məhəmməd (s)-a nazil olmuş və qiyamətə qədər qüvvədə qalacaqdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor