Onun hökuməti Şərq və Qərbi əhatə edəcəkdir |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-01-2016, 16:16 | Şərh sayı: (0) | Baxılıb: 2235
Onun hökuməti Şərq və Qərbi əhatə edəcəkdir
Başqa bir hədisdə belə buyurulur:
«İnnəhu yəbluğu sultanuhul məşriqə vəl məğribə və təzhəru ləhul kunuzu vəla yəbqa fil ərzi xərabun illa yuəmmiruhu».
«Onun dövləti dünyanın bütün yerlərini tutacaqdır. Yerdə olan təbii sərvətlər onun üçün üzə çıxacaq və o, bütün dağıntıları, viran olmuş yerləri abad edəcəkdir».
Qısa izah:
Bəşəriyyətin bir çox problemləri müharibələr, ixtilaf və çəkişmələr nəticəsində meydana çıxır. Bunun da səbəbi ölkələr arasında yaradılmış şərti sərhədlər və inzibati ərazi bölgüləridir ki, yer üzünü parça-parça edib, Allahın rəngsiz-nişanəsiz torpağını yüz rəngə boyayıblar.
Digər bir tərəfdən də yer üzünün xarabalığa çevrilməsinin səbəbi təkcə maddi imkanların yetərincə olmaması deyildir. İnsanların yer üzünü viran etmələri insani və maddi imkanların zalım dövlətlərin nəfsani ehtirasları yolunda əbəs yerə sərf edilməsi və çəkişmələri nəticəsində yaranmışdır.
O, sərhədləri birləşdirəcək, dünyanı bir dövlət şəklinə salacaq və bütün imkanlardan istifadə etməklə hər yeri abadlığa çevirəcəkdir.[1]
[1] Nicat günü kitabından
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər