Qərb ölkələrində də peyğəmbərlər olubmu? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 11-04-2016, 23:28 | Şərh sayı: (0) | Baxılıb: 328
Qərb ölkələrində də peyğəmbərlər olubmu?
Sual: Qərb ölkələrində də peyğəmbərlər olubmu?
Cavab: Hal-hazlrda məlum olan səmavi dinlərin (yəhudilik, xristianlıq və İslam) və qeyri-səmavi dinlərin (hinduizm, buddizm, konfutsiçilik, daosizm, sintoizm, zərdüştilik, manilik, babilik, bəhailik və s.) demək olar ki, hamısı Şərq mənşəlidir. Yəni bu dinlər Şərq ölkələrində yaranmış və şərqlilər tərəfindən yayılmışdır. Lakin bu o demək deyil ki, Qərb dünyasında da din və peyğəmbər olmamışdır. Quranda buyurulur: “Hər ümmətin bir peyğəmbəri vardır” (Yunus, 47). “Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər gəlib-getməsin” (Fatir, 24). Lakin peyğəmbərin mütləq Qərbdə yaşaması da vacib deyil. Ola bilər ki, Allah hər hansı peyğəmbəri həm Şərq, həm də Qərb millətlərini hidayət etməyə göndərmiş, həmin peyğəmbər Şərqdə yaşadığı halda, öz nümayəndələri vasitəsilə Qərb millətlərinə göstərişlər vermiş və onları Allaha doğru çağırmışdı. Qərbdə yeni dinin yaranması da vacib deyildi. Çünki peyğəmbərlərin az bir hissəsi yeni din və şəriətlə gəlmişdir. Onların çoxu özündən əvvəlki peyğəmbərin şəriətini davam və təbliğ etmişdir. Qeyd edək ki, bəzi alimlərin fikrincə, Qərbin böyük mütəfəkkirləri kimi tanınan Aristotel, Platon, Sokrat kimi şəxslər də peyğəmbər olmuşlar və öz ümmətlərinin islahı üçün çalışmaqla əslində peyğəmbərlik vəzifəsini icra etmişlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər