Füzuli bu qəzəli hansı məqsədlə yazıb? |
Müəllif: Admin | Bölmə: Poeziya, Slide | Vaxt: 15-02-2017, 09:13 | Şərh sayı: (0) | Baxılıb: 373
Füzuli bu qəzəli hansı məqsədlə yazıb?

Çün nist hiç mərdi dər eşq yar ma-ra,
Səccade zahedan-ra, dərdo qomar ma-ra.
(Heç kim eşqdə bizə yar olmaz,
Səccadə zahidin olsun, dərd çəkmək və qumar bizim olsun).
Qeyd edək ki, buradakı “qumar” anlayışı da sözün həqiqi mənasını əks etdirmir. Qumar – sevgilinin (yəni Allahın) yolunda özünü qurban verməyə deyilir.
Füzulinin qəzəlinin ilk beytində rast gəldiyimiz növbəti ifadə təsbehdir. Şair öz könlünə təsbehə əl vurmamağı tapşırır. Bəs ariflərin nəzərində təsbeh nədir? Təsbeh – riyakar zahidlərin əlində insanları aldatmaq üçün bir vasitədir. İrfanda əql (ağıl) ilə eşq bir-birinə əks qüvvələr kimi təqdim edilir. Ariflərin fikrincə, eşq istedadına sahib olmayanlar heç zaman Haqqı lazımınca dərk edə bilməzlər. Quru ibadət və ağıl qüvvəsi burada acizdir. Yalnız eşq və vəcd haqq yolunun yolçusunu irəli apara bilər. Eşqdən məhrum olan abid və zahidlər isə ya cənnət təmənnası ilə, ya da cəhənnəm qorxusundan ibadət edirlər. Onların ibadəti faydasızdır, hətta ziyanlıdır. Onlar başqalarını da özlərinə tərəf çəkir, bəsirətsiz quru təqlidə öyrədirlər. (Bir daha təkrar edirik ki, bunlar ariflərin nəzəridir).
Zahid, yəni eşq istedadından məhrum olan, hər hansı məqsədlə ibadət edən şəxs əlindəki təsbehdən tələ kimi istifadə edir. Quş tutmaq üçün tələnin içinə dən tökür, tələyə də ip bağlayırlar. Quş tələnin altına girib dəni yeyəndə ipi dartırlar, tələ bağlanır və quş onun içində qalır. Ariflərin fikrincə, zahidin əlindəki təsbeh də bu cürdür. Ona görə əsil arif bu cür riya vasitələrindən uzaq olmalıdır. Onun təsbihi (zikri, duası) hər hansı kənar vasitə ilə deyil, bütün vücudu ilə olmalıdır. Əsil təsbihi (zikri) saymaq, təsbehlə ölçmək lazım deyil, arif zikrdə qərq olmalıdır. Onun yalnız dili deyil, bütün əzaları və hətta qəlbi də təsbeh oxumalıdır.
Qeyd edək ki, Nəsimi də quru zöhdü tənqid edərək, təsbihi tənqid atəşinə tuturdu:
Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil!
Danə düzmə təsbihi, səccadəni dam eyləmə!
*
Təsbih ilə səccadə çün zərq əhlinin ərkanidir,
Aşiqlərə zülfün yetər dəvət qıla zünnarinə.
Füzulinin adıçəkilən qəzəlinə Seyyid Əzim Şirvani nəzirə (bənzətmə) yazmışdır. Nəzirə bu beytlə başlayır:
Könül, ta var əlində cami-mey, səbhəşümar olma,
Riyayi-xəlqdir, billah, namaz əhlinə yar olma!
Göründüyü kimi, S.Ə.Şirvani də Füzulinin ifadə etdiyi mənalara uyğun olaraq öz könlünə xitab edir, onu təsbehçevirən (səbhəşümar) olmaqdan və riyakar namaz əhli ilə dostluqdan çəkindirir. Şair növbəti beytlərin birində təsbeh mövzusuna bir daha qayıdır:
Qurub təhtül-hənəkdən dam zahid, səbhədən danə,
Həzər, ey mürği-dil, ol danəvü damə şikar olma!
Bu beytdə zahidin boğazının altına dolanmış əmmaməsinin ucu ov üçün qurulmuş tələnin ipinə, təsbeh dənələri isə tələnin içinə səpilmiş yemə bənzədilir. Qəzəl bu cür simvolik ifadələrlə zəngindir. Nəhayət, qəzəlin son beytində müəllif bütün bunları həqiqi deyil, rəmzi mənada qavramaq lazım gəldiyini vurğulayır və “nöqtə”ni qoyur:
Rümuzi-şerimin dərk etməmiş mənasını, Seyyid,
Gedib meyxanələrdə laübalı meyküsar olma!
Yəni, şerimin rəmzlərini dərk etmədən meyxanalarda (burada həqiqi şərab içilən məkanlar nəzərdə tutulur) mey içməklə vaxtını keçirmə!..
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər