RSS
 

Login:
Şifrə:
» » Füzulinin məzarının yeri dəqiqdirmi?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Füzulinin məzarının yeri dəqiqdirmi?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-12-2016, 13:40 | Şərh sayı: (0) | Baxılıb: 222

Füzulinin məzarının yeri dəqiqdirmi?


Füzulinin məzarının yeri dəqiqdirmi?1975-ci ildə yol çəkilişi ilə əlaqədar olaraq Füzulinin türbəsi söküldü. Həmin yerdə iri hovuz tikildi, onun da içində Peyğəmbərin “Hüseyn nicat gəmisi və hidayət çırağıdır” hədisini təcəssüm etdirən, yelkənlərində Əhli-beytin adları yazılmış gəmi fiquru quraşdırıldı.

Əksər mənbələr Füzulinin, onunla birlikdə dəfn olunmuş oğlu Fəzlinin və Əbdülmömin dədə Bəktaşinin sümüklərinin də torpaq altında qaldığını yazır. Bəzi mənbələr isə iddia edir ki, sümüklər çıxarılıb əvvəlcə yaxınlıqdakı Sultaniyyə məscidinə köçürülmüş, sonralar həmin məscid də söküldüyü üçün sümüklər İmamın hərəminə aparılmışdır. Türkiyə Diyanet Vakfının çap etdirdiyi “İslam Ansiklopedisi” isə Füzulinin ümumiyyətlə bəktaşı türbəsində dəfn olunduğunu inkar edir: “Ən sağlam rəvayətlərə görə ölüm yeri Kərbəladır. Ancaq Kərbəlada Həzrət Hüseyn türbəsi qarşısındakı Əbdülmömin Dədə türbəsində dəfn olunduğu şəklindəki rəvayətin hər hansı tarixi əsası yoxdur” (İslam Ansiklopedisi, 13-cü cild, səh. 242). “İslam Ansiklopediyası”nda yazılan bu fikir Füzulinin məzarı barədə əksər mənbələrin verdiyi məlumatla ziddir.

Füzulinin dəfn yeri barədə O.G.Gerasimov da “Yaxın Şərqin yolayrıcında” kitabında məlumat verib. Müəllif adıçəkilən bəktaşi türbəsində iki məzarın olduğunu və məzarların yaşıl parça ilə üzləndiyini yazır (səh. 166).

Füzulinin məzarının yeri dəqiqdirmi?


1970-ci ildə Füzulinin qəbrini ziyarət edən türk alimi Mehmet Önder qeyd edir ki, türbə səkkizguşəli formada, kiçik ölçülərə malik imiş. Bu türbə əslində Türkiyə hökumətinin maliyyəsi hesabına tikilmişdi. Türbənin qapısına, Əbdülmömin Bəktaşi ilə yanaşı, Füzulinin də burada dəfn edildiyi barədə lövhə vurulmuş, içərisində Füzulinin şəkli və şeirləri yazılmış tablolar asılmışdı.

Türbənin yaxınlığında bəktaşi təkyəsi (sufi ocağı) yerləşirmiş. Ümumiyyətlə, Kərbəlada bəktaşi təriqətli Dədə ailəsi (Ali-Dədə) çox məşhur olmuş, şəhərin sayılıb-seçilən nəsillərindən sayılmışdır (bax: S.H.Ali-Təmə. Kərbəlanın tayfa və nəsilləri, Beyrut, 1998-ci il, 1-ci cild, səh. 102-103).

Bəzi mənbələrin verdiyi məlumatlardan aydın olur ki, uzun illər boyunca Füzuli türbəsinə əslən Albaniyadan olan Niyazi adlı mütəvəlli (xidmətçi) nəzarət edirmiş. Türbənin açarları yaxınlıqdakı bəktaşi təkyəsində xidmət edən Niyazi əfəndidə olurmuş.

Araşdırma zamanı mənbəsi bəlli olmayan belə fikirlərə də rast gəldik ki, Füzuli vəfat etdikdən sonra hərəmin içində dəfn olunmuş, sonralar nəşi bu türbəyə gətirilmişdir. Zənnimizcə, bu məlumat həqiqətə uyğun deyil, çünki hərəmin daxilində dəfn edilmək şərəfinə nail olmuş bir şəxsin nəşini oradan kənara çıxarmazlar. Belə bir hal o zaman baş verə bilər ki, həmin şəxsin iman və əxlaqı barədə ciddi şübhələr yaransın, onun müqəddəs məkana layiq olmadığı qənaətinə gəlinsin.

Hər halda, 20 il boyunca ölməz şairimiz İraq hökumətinin laqeydliyi üzündən məzarsız və abidəsiz qalır. Türkiyə hökuməti bundan narahat olaraq İraqa təklif etmişdi ki, əgər Kərbəlada Füzuli üçün adına layiq məqbərə tikilsə, Türkiyə də cahiliyyə dövrünün ən məşhur ərəb şairi İmrəül-qeysin Ankara yaxınlığındakı məzarı üzərində türbə tikməyə hazırdır. Bununla Türkiyə hökuməti iraqlıların ərəb təəssübkeşliyini hərəkətə gətirmək istəyirdi. Çünki İmrəül-qeys bütün ərəb dünyasında bir nömrəli şair sayılır. Lakin İraq hökuməti bu təklifi sükutla qarşıladı.

1994-cü ildə İraqda Füzuli konfransı təşkil olundu. Yeni müstəqillik qazanmış Azərbaycandan 128 nəfərlik nümayəndə heyəti Bağdada yola düşdü. Nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin üzvləri daxil idi, onlara Elçin Əfəndiyəv başçılıq edirdi.

Azərbaycan ədəbiyyat xadimləri Kərbəlada Füzulinin qəbrini ziyarət etmək istədiklərini bildirdilər. Onların təəccübünə rəğmən məlum oldu ki, şairin İraqda nə məzarı, nə heykəli, nə də xatirəsini əbədiləşdirən abidə yoxdur. Azərbaycan nümayəndə heyəti ciddi şəkildə buna etiraz etdi və Füzuli üçün təcili olaraq xatirə abidəsi hazırlamaq tələbini İraq hökumətinə bildirdi. Qısa müddət ərzində Azərbaycanın israrı ilə İmam Hüseyn (ə) hərəminin hüdudları çərçivəsində yer tədarük olundu. Ən uyğun məkan kimi hərəmin qiblə qapısının girişində, sol tərəfdəki hücrələrdən biri seçildi. Bura əvvəldən hərəmin kitabxanası olmuşdu.



1995-ci ildə hücrənin divarında bütün divar hündürlüyündə kaşıdan yığılmış yaraşıqlı xatirə lövhəsi quraşdırıldı. Yenə belə bir fikir dolaşırdı ki, guta şairin cənazəsinin qalıqlarını həmin divarın altında basdırıblar. Lakin bu sözlər şayiə olaraq qalır.

Həmin böyük kaşı lövhənin müxtəlif şəkillərinı araşdırarkən, maraqlı bir cəhət diqqətimizi cəlb etdi. Lövhənin ölçüləri, quruluşu, kənarını hüdudlandıran ornamentlər baxımından şəkillərin arasında ciddi fərq görünməsə də, lövhənin üzərindəki yazılar fərqlənir. (Əlimizdə olan şəkillər çox kiçik və keyfiyyətsiz olduğu üçün, yazıları oxuya bilmədik). Belə ki, şəkillərin birində yazı 7 sətrdən ibarət olsa da, o biri şəkildə ən azı 8 sətir olduğu görünür. Yəqin ki, lövhənin yazısı bir müddət sonra dəyişilmişdi.

Şairin xatirəsinə həsr edilmiş bu guşə də sonralar ləğv edildi. Və Füzulinin məzarı, daha doğrusu, məzarını simvolizə edən başdaşı yenidən hərəmin hüdudlarından kənarda, qiblə qapısından xeyli aralı, gəmi heykəlindən də o tərəfdə peyda oldu. Kiçik bağçanın içində, dəmir məhəccərin arxasında qoyulmuş, insan boyundan bir az alçaq olan dördbucaqlı ağ mərmər özülün üzərinə yazılı lövhə yerləşdirilib. Bu xatirə abidəsinin fərqli şəkilləri ilə tanış olduqdan sonra bu qənaətə gəldik ki, özülün üzərindəki ağ mərmər plitəyə həkk edilmiş yazılarda da dəyişikliklər edilmişdir. Belə ki, ilkin variantda yazı bu şəkildə idi (tərcüməsi): “Füzuli Bağdadi ləqəbli məşhur İraq şairi Şeyx Mühəmməd ibn Süleymanın zərihi (qəbirüstü nişanı)”.

Daha sonra yazılı lövhə dəyişdirilmiş, üzərində bu sözlər həkk edilmişdi: “Məşhur İraq şairi, hicri onuncu əsrin şairlərindən olan Füzuli Bağdadinin qəbri. İmam Hüseyn əleyhissalamın matəmində ərəb, türk, kürd və fars dillərində gözəl qəsidələr yazmışdır”. (Füzulinin kürd dilində yazması barədə məlumat bizə məlum deyil. Yəqin ki, bu, yanlışlıqdır).

Əldə edilmiş son məlumatlara görə, qiblə qapısının qarşısında, vaxtilə Füzuli türbəsi yerləşən ərazidə qoyulmuş gəmi heykəli son illərdə sökülmüşdür. Füzulinin xatirəsini əks etdirən mərmər sütunun ətrafında da təmir işləri gedir və oranı ziyarət etməyə icazə verilmir. Belə bir məlumat var ki, Füzulinin məzarı başqa yerə köçürüləcək.

Deyilənlərdən belə nəticə çıxır ki, Füzulinin son illərdə təqdim edilən məzar yeri əslində həqiqi məzar yerindən azacıq fərqlidir və əsil yerinə nisbətən hərəmdən bir qədər uzaqdadır. Yəni, şairin cənazəsinin gəmi heykəli yerləşən hovuzun altında qaldığını qəbul etsək, mərmər sütunla onun arasında bir neçə metr məsafə vardır. Yaxşı olardı ki, Füzulinin əsil dəfn məkanında onun xatirəsini əbədiləşdirən türbə tikilsin və ya heç olmasa, şairimizin şöhrətinə uyğun bir məzar daşı qoyulsun...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor