Ey dil, soruşsalar ki, bu dünya kimə qalmış?... |
Müəllif: L-e-y-l-a | Bölmə: Poeziya, Slide | Vaxt: 22-12-2015, 00:02 | Şərh sayı: (0) | Baxılıb: 2857
Ey dil, soruşsalar ki, bu dünya kimə qalmış?...
Ey dil, soruşsalar ki, bu dünya kimə qalmış?
Dünya, nə rəiyyət, nə də bir hakimə qalmış.
*************************************
Hər kəs neçə gün dəhrə gəlibsə, geri dönmüş,
Nə cahilə bu mülk, nə də alimə qalmış.
***********************************
Köçmüş buradan adil olan vaxtı çatanda,
Heyfa ki, onun mülkü sora zalimə qalmış.
**************************************
Əmma ki, cəhan zalimə də rəhm eləmibdir,
Viran eləyib mülkünü, bir qaimə qalmış.
************************************
Xidmətləri ilə olunur yad hər insan,
Zənnimcə, cahan ali olan xadimə qalmış.
*********************************
Qalsaydı cahan, Rüstəm ilə Zalə qalardı,
Qalmıb olara, söyləyin, aya, kimə qalmış?
***********************************
Pozmuş bütün aşiqlərin əhvalını, öncə,
Mail, mənə dəymir, görünür, halimə qalmış.

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər