Bu dünya nə sənin, nə mənim deyil... |
Müəllif: L-e-y-l-a | Bölmə: Poeziya | Vaxt: 17-12-2015, 22:18 | Şərh sayı: (0) | Baxılıb: 3533
Bu dünya nə sənin, nə mənim deyil...
Bu cahan mülkünü qurub, yaradan,
İnsanı xəlq edib torpaqdan, sudan,
Demə mən edərəm onu abadan,
Bu dünya nə sənin, nə mənim deyil
******************************
Oğlun var, qızın var günəş, ay kimi,
Qohum-qardaşın var, kaman, yay kimi,
Malın, mülkün olsa axar çay kimi,
Bu dünya nə sənin, nə mənim deyil.
*******************************
Vursan da özünü oda nə qədər,
Sərvəti toplamaq hədərdir, hədər,
Bir ucu toy-nişan, bir ucu kədər,
Bu dünya nə sənin, nə mənim deyil.
*****************************
Atalar söyləyib, yesən dadındır,
Nə qədər paylasan, bil ki, adındır,
Yığıb cəm edəsən, yəqin yadındır,
Bu dünya nə sənin, nə mənim deyil.
*****************************
Dünya bir körpüdür hər gələn keçər,
Nemətin nuş edib suyundan içər,
Həyatı əkibsə ölümü biçər,
Bu dünya nə sənin, nə mənim deyil.
*****************************
Üqbanı dünyayə ucuz satma gəl,
Ömür qabaqdadır deyib, yatma gəl,
Həlalı harama çalış qatma gəl,
Bu dünya nə sənin, nə mənim deyil.
*****************************
Akif, gəl ev tikmə suyun üzündə,
Qəflət pərdəsini qoyma gözündə,
Məncə həqiqət var sənin sözündə,
Bu dünya nə sənin, nə mənim deyil.
*****************************
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər