Ey pul, ey Dünya malı, sən Dəhridə sultanmısan? |
Müəllif: L-e-y-l-a | Bölmə: Poeziya, Slide | Vaxt: 20-12-2015, 22:40 | Şərh sayı: (0) | Baxılıb: 2950
Ey pul, ey Dünya malı, sən Dəhridə sultanmısan?

Qəlbləri viran edən iblismisən, şeytanmısan?
***********************************
Sən nə varlıqsan ki,çoxlar varlığından var olur,
Varlığından var olanlar olmasan gər xar olur,
Gəlməsən bir gün ələ aşiqlərin bimar olur,
Sənlə aşina olanlar dərdinə dərmanmısan?

************************************
Sən nə cür düşman edirsən qardaşı qardaş ilə?
Dost edirsən abidi həm zahidi əyyaş ilə,
Bax səməndər gör necə həmrah olur xəffaş ilə,
Sən nəsən zülmət gecə, ya atəşə ünvanmısan?

**********************************
Kim ki,qəflət xabinə dalmış olubdur nokərin,
Öylə aşiqdir sənə yox varlıqından Davərin,
Dərk qılmaz heç zaman sorğu- sualın məhşərin,
Sən qiyamət vaxtı söylə sahibi imkanmısan?

Baş qoyanlar payinə Allahidən üz döndərib,
Din nədir, iman nədir Dünya malın etmiş həbib,
Cəhl bir həddə yetib Allahi görmüşlər rəqib,
Dəhridə aldandılar,Üqbadəki mizanmısan?

Etmədin təbliq özün, yoxdur dilin agzın sənin,
Bəs nədir sirrin görən qəlblər olubdur məskənin,
Yox kitabın, yox dinin ,çoxluq tutubdur damənin,
Etdilər iman sənə de ayeyi Quranmısan?
Qəlbləri viran edən iblismisən,şeytanmısan?
************************************
Gərçi bu Dəhri-fənadə dostların məmnun olar,
Tərk edən Allahını son vəqtidə məğbun olar,
Haqqı dərk etməzsə gər möhkəm günü məhzun olar,
Hüsnüvə heyran olan kəslər üçün peşmanmısan?
Qəlbləri viran edən iblismisən şeytanmısan?
************************************
Hər kəs iman əhlidir gəlsən ələ ehsan edər,
Fəqrə,miskinə,yetimə bəxşini pünhan edər,
Öz rizasına deyil RƏBBİ üçün qurban edər,
Mənlə çox nadir görüşdün Akifə düşmanmısan?

****************************

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər