Nardaranda təzyiqlərlə üzləşən KİV nümayəndələri istintaqa cəlb olundular |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 13:27 | Şərh sayı: (0) | Baxılıb: 233
Nardaranda təzyiqlərlə üzləşən KİV nümayəndələri istintaqa cəlb olundular
Bakının Nardaran qəsəbəsində təzyiqlərə məruz qalmış "Azad Azərbaycan" Televiziyasının (ATV) əməkdaşları hadisə ilə bağlı yaradılmış istintaqa cəlb olunublar.
"Report"un xəbərinə görə, ATV-nin sürücüsü, müxbir və operatoru istintaqa dəvət ediliblər.
Onlar Nardaranda təzyiqə məruz qalmaları, habelə televiziyanın avtomobilinə zərər vurulması barədə suallara cavab veriblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) noyabrın 26-da Nardaranda əməliyyat keçirib. Əməliyyatdan sonra ərazidə çəkiliş aparmaq istəyən bir neçə KİV əməkdaşına təzyiq edilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bunu pisləyib. "Mətbuat Şurası ümid edir ki, hüquq-mühafizə orqanları məsələyə dərindən yanaşacaq, müvafiq hüquqi ölçü tədbiri götürəcəklər", - Ə.Amaşov bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər