RSS
 

Login:
Şifrə:
» » “VƏHDƏT HƏFTƏSİ”NDƏ “VƏHDƏT AYƏSİ”NİN QISA TƏFSİR

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“VƏHDƏT HƏFTƏSİ”NDƏ “VƏHDƏT AYƏSİ”NİN QISA TƏFSİR

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-12-2016, 15:52 | Şərh sayı: (0) | Baxılıb: 303

“VƏHDƏT HƏFTƏSİ”NDƏ “VƏHDƏT AYƏSİ”NİN QISA TƏFSİR


“VƏHDƏT HƏFTƏSİ”NDƏ “VƏHDƏT AYƏSİ”NİN QISA TƏFSİRQurani-Kərimə əsasən, vəhdət və təfriqədən uzaqlıq ilahi bir vəzifə və nemət, ixtilaf və təfriqə isə göy və yer əzabları sırasında ilahi bir cəzadır. İslamda vəhdət və birlik məsələsi o qədər önəmlidir ki, hətta vəhdət naminə yalan danışmaq belə icazəli, təfriqə törədən doğru söz isə haram və günahdır. “Ali-İmran” surəsinin 103-cü ayəsində İslam icmasının hər növ təfriqə və ikitirəlikdən uzaqlığı, vəhdət və birliyə önəm verməsi, irqçilik və millətçiliyə arxa çevirib Allahın dini ətrafında toplaşmasından söz açılır və buyurulur:

وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُوا

“Hamılıqla Allahın ipindən möhkəm yapışın və bir-birinizdən ayrılmayın...”

Ayədə “həblillah” (Allahın ipi) ibarəsi işlənir və onunla bağlı təfsir alimləri tərəfindən müxtəlif ehtimallar irəli sürülür. İslam rəvayətlərində də bu məsələ ilə bağlı müxtəlif təbirlər gözə dəyir. Lakin onların bir-birilə heç bir əsaslı ixtilafı yoxdur. Çünki “Allahın ipi” dedikdə, bəndələrlə Allah arasında olan hər növ rabitə və vasitə nəzərdə tutulur; bu vasitə istər Quran olsun, istər Peyğəmbər (s), istərsə də onun Əhli-beyti (ə).

Bu ayənin davamında böyük ilahi nemət olan birlik, ülfət və mehribanlığa işarə edilir, müsəlmanlar özlərinin qəm-qüssəli və rüsvayçı keçmişləri barəsində düşünməyə, vəhdətlə pərakəndəliyin müqayisəsinə dəvət edilir və buyurulur:

وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا

“Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, qəlbləriniz arasında ülfət və mehribanlıq yaratdı və Onun bu neməti sayəsində bir-birinizlə qardaş oldunuz...”

Ayədə möminlərin qəlbləri arasında ülfət və mehribanlığın yaranması məsələsi Allahın Özünə nisbət verilir: “Allah sizin qəlbləriniz arasında ülfət yaratdı.” Bu təbir İslamın böyük ictimai möcüzəsinə işarədir. Belə ki, ərəblərin arasında qədimdən mövcud olan ədavət və düşmənçilik məsələlərini düzgün araşdırdıqda məlum olur ki, onlar çox kiçik, sadə və əhəmiyyətsiz bir məsələ üstündə illərlə müharibə aparırmışlar. Belə pərakəndə, nadan və bixəbər millətin adi yollarla vahid bayraq altında birləşdirilməsi mümkünsüz olduğu bir zamanda İslam onları birləşdirdi, aralarında vəhdət və birlik yaratdı.

Bir-birinə dərin kin-küdurət və amansız düşmənçilik bəsləyən ərəb qəbilələri arasında vəhdət və qardaşlıq yaradılması qeyri-müsəlman tarixçiləri və alimlərinin də nəzərindən qaçmamış və onlar bu məsələni son dərəcə təəccüblə qeyd etmişlər. Məsələn, Tomas Karl yazır: “Allah ərəbləri İslam vasitəsilə qaranlıqdan aydınlığa çıxartdı, alçaqlıqdan yüksəkliyə, acizlikdən qüdrətliyə çevirdi. Onlar dünyanın hər tərəfinə işıq saçdı. İslamdan bir əsr keçməmişdi ki, İslam əhli bir ayağını Hindistana, digərini isə Əndəlusa (İspaniya) qoydu. Qısa zaman kəsimində İslam dünyanın yarısını işıqlandırdı...” (“Nəqşehaye-istemar”, Məhəmməd Mahmud Səffah, səh.38.)

Sözügedən ayənin davamında buyurulur:

وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا

“Siz odlu uçurumun astanasında ikən sizə ondan nicat verdi.”

Yəni siz keçmişdə od ilə dolu bir uçurumun kənarında idiniz, hər an oraya düşməyiniz və hamılıqla yanıb külə dönməyiniz mümkün idi. Amma Allah-Taala sizi bu oddan xilas etdi, sizi bu uçurumdan əmin-amanlıq, qardaşlıq və məhəbbət diyarına yönəltdi.

Ayədə qeyd olunan “nar” (od) ifadəsi cahillik dönəmində kiçik və əhəmiyyətsiz işlər üstündə qəbilələr arasında şölələnən müharibə oduna və çəkişmələrə işarədir. Ayənin sonunda təkidlə buyurulur:

كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ

“Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə hidayət olasınız.”

Demək, son hədəf insanların doğru yola yönəlməsi, hidayət olunması, nicat tapmasıdır. Buna vəhdət və birlik məsələsinə ciddi yanaşıldığı zaman nail olunur.

Mövzu ilə bağlı “Ali-İmran” surəsinin 105-ci ayəsində buyurulur:

وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ

“(Allah tərəfindən) aydın dəlillər gəldikdən sonra təfriqə salan və pərakəndə düşənlər kimi olmayın. Onlar üçün böyük əzab vardır.”

Ey insan! Qədim ixtilafların acı tarixindən ibrət almalı və bilməlisən ki, bütün ixtilafların mənşəyi həmişə cəhalət və nadanlıq deyil. Həvəslər və nəfs istəkləri də ixtilaf alovunu qızışdırır. İxtilaf və təfriqələr sənin dünyadakı qüdrətini sarsıtmaqdan əlavə, qiyamətdə də cəhənnəm əzabına düçar olmağına zəmin yaradır. Necə ki, “Ənam” surəsinin 159-cu ayəsində də buyurulur:

إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفْعَلُونَ

“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”

Elə isə bu ayəyə əməl edək ki, qüdrətimiz sarsılmasın, zəifləməyək, gücdən düşməyək:

وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِيحُكُمْ

“Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz...” (“Ənfal” surəsi, ayə 46; “Təfsiri-nümunə”, Ayətullah əl-üzma Məkarim Şirazi, “Ali-İmran” surəsi, 103-105-ci ayələrin təfsiri.)

Rza Şükürlü



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor