Vəhdət həftəsi nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 24-11-2016, 20:16 | Şərh sayı: (0) | Baxılıb: 535
Vəhdət həftəsi nədir?

Cavab: Məlum olduğu kimi, Həzrət Məhəmməd Peyğəmbərin (s) doğum günü sünni aləmində rəbiül-əvvəl ayının 12-də, şiə dünyasında isə həmin ayın 17-də qeyd edilir. Bu iki tarix arasında qalan günləri vəhdət həftəsi kimi elan ediblər. Bu təşəbbüs İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası (Məcmə əl-təqrib beyn əl-məzahib əl-islamiyyə) tərəfindən irəli sürülmüşdür. Həmin günlərdə müsəlmanların vəhdətinə həsr edilmiş böyük elmi-praktik konfrans keçirilir. Dünyanın şiəli-sünnili onlarla ölkəsindən nümayəndələr və ən nüfuzlu din xadimləri hər il bu konfransa qatılırlar. Konfransda məzhəblərarası qarşıdurmaların səbəblərini araşdıran, bunları aradan qaldırmaq yollarını təklif edən, şiə-sünni birliyinin əsas istiqamətlərini göstərən məruzələr səslənir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər