Namaz, dinin qardaşlıq şərtidir |
Müəllif: Eli Aşiqi | Bölmə: Namaz | Vaxt: 12-02-2015, 04:02 | Şərh sayı: (0) | Baxılıb: 542
Namaz, dinin qardaşlıq şərtidir
Namazın üstün keyfiyyətlərindən biri də cəmiyyəti səmimiyyətə doğru sövq etməsi, möminləri bir-birləri ilə qardaş etməsidir. Namaz qılan şəxs onunla bir cərgədə duran, əqidəsi, məqsədi təmamilə eyni olan din yoldaşına ehtiramla yanaşır və hər bir işində ona dayaq olmağa çalışır. Allah-taala Qurani-kərimdə buyurur:
فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَنُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
"Əgər onlar tövbə edib, namaz qılsalar, zəkat versələr sizin dini qardaşlarınızdırlar”("Tövbə”,11.).
Demək olar , yalnız bu ayəyə əməl etmək müsəlman cəmiyyətinin bütün problemlərini həll etmiş olar. Belə ki, ümmətdə olan mömin varlılar kasıblara, alimlər avamlara, həkimlər xəstələrə və s. sahələrdə çalışanlar vəzifələrinə uyğun olaraq xalqa, camaata xidmət etməyə başlasalar şübhəsiz ki, heç bir islam dini ardıcılı sıxıntıda yaşamayacaqdır.
Başqa bir ayədə Allah möminlərin bir olmasını, müxtəlif yerlərə parçalanmamalarını buyurur:
وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ
"Hamılıqla Allahın ipinə (dininə, Qur’ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönələsiniz!”("Ali-İmran”,103.)
Allah-taaala "Hucurat” surəsinin 10-cu ayəsində möminlərin dində qardaş olmasını və onların qarşılaşdıqları hər bir çətinlik və anlaşılmazlığı mehribanlıqla həll etməli olduqlarını bəyan edir:
إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ
"Həqiqətən, mö’minlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanaraq) rəhm olunasınız!”("Hucurat”,10.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər