Ülfət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-09-2015, 21:27 | Şərh sayı: (0) | Baxılıb: 389
Ülfət
Qur’an:
«O Allah ki, səni öz köməyi və möminlərin köməyi ilə möhkəmlətdi. Və onların ürəklərini bir-birinə ülfətlə bağladı. Əgər sən yer üzündə nə varsa hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O , yenilməz qüvvət və hikmət sahibidir.»
«Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi bir-birinə ülfətlə bağladı və Onun lütfü sayəsində bir-birinizlə qardaş oldunuz.»
Hədis:
276.İmam Əli (ə):«Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır.»
277.İmam Sadiq (ə):«Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.»
70.Başqaları ilə ünsiyyət yaradıb uyuşmayan şəxsdə xeyir yoxdur.
278.Allahın Peyğəmbəri(s):«Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir.»
279.Allahın Peyğəmbəri (s):«Möminlərin ən yaxşısı, möminlərin ünsiyyət tuta bildikləri kəsdir. Başqaları ilə ünsiyyət yaratmayan və başqalarının da onunla ünsiyyət tuta bilmədiyi kəsdə heç bir xeyir yoxdur.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər