RSS
 

Login:
Şifrə:
» » Şeyxiyyə

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Şeyxiyyə

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-10-2016, 15:32 | Şərh sayı: (0) | Baxılıb: 272

Şeyxiyyə


Şeyxiyyə“İslam təriqətləri” silsiləsindən

Şeyxiyyə (şeyxilik) şiə məzhəbi daxilində yaranmış ideoloji cərəyanlardan biridir. Şeyxilər özlərini həqiqi şiə adlandırsalar da, əksəriyyət tərəfindən yolunu azmış dəstə hesab olunurlar. Şeyxiliyin banisi Şeyx Əhməd Əhsaidir (vəfatı 1826-cı il). Şeyx Əhməd Əhsai indiki Səudiyyə Ərəbistanı ərazisində yerləşən Əhsa məntəqəsindən idi. O, Kərbəla və Nəcəf şəhərlərində Vəhid Bəhbəhani, Seyid Əli Təbatəbai, Seyid Mehdi Bəhrül-ülum, Şeyx Cəfər Kaşifül-ğita kimi məşhur cəfəri müctəhidlərindən dərs almış və ictihada çatmışdı. Təhsilini başa vurub İrana qayıdan Əhsai bir müddət Yəzd, Kirmanşah və Qəzvin şəhərlərində yaşayır. Qəzvində qaldığı müddətdə şeyxiyyə cərəyanı kimi ta¬nınan fikirləri yaydığına görə cəfəri məzhəbli alimlərin ciddi müxalifəti ilə qarşılaşır, hətta müctəhidlərin bir neçəsi onu kafir elan edir. Ömrünün sonlarına yaxın həcc ziyarə¬tinə yollanır, həccdən öz vətəni Əhsaya gedərkən yolda vəfat edir və Mədinədəki Bəqi məzarlığında dəfn olunur.

Əhsainin cəfəri məzhəbinə etdiyi dəyişiklik və əlavələr onun şagirdi Seyid Kazim Rəşti (vəfatı 1843-cü il) tərəfindən inkişaf etdirildi. Rəştidən sonra şagirdi Mühəmmədkərim xan Kirmani (vəfatı 1871-ci il) şeyxiyyə əqidəsini daha da zənginləşdirdi.

Şeyxiyyə təlimi cəfəri şiəliyindən bəzi məqamlara görə fərqlənir. Məsələn, şeyxilər dinin əsası kimi üç maddəni qəbul edirdilər: tövhid, nübüvvət və imamət. Məad və ədl maddələrini müstəqil olaraq üsulüd-dindən saymırdılar. Onlara görə, məada inam Qur¬ani-kərimə inancdan qaynaqlanır. Quranda xatırlanan hər bir məsələyə inanmaq müsəlmanlara vacib olduğu üçün məada da bu əsasda inanmalıyıq. Şeyxilər ədl prinsipini qəbul edir, lakin onu Allahın sübutiyyə sifətlərindən biri kimi dəyərləndirir və tövhid maddəsinin tərkib hissəsi sayırdılar. Onların fikrincə, əgər ədl məsələsini müstəqil üsulüddin maddəsi kimi saysaq, gərək Allahın bütün qalan sifətlərini də ayrı-ayrılıqda üsulüddindən hesab edək.

Şeyxilərə görə məad (qiyamət günündə ölülərin dirilməsi) maddi bədəndə yox, “hurqiliya” adlı fərqli bir bədəndə baş verəcək. Onların fikrincə, insanın iki cür bədəni vardır. Bunların biri dünyada onun ruhunu əhatə edən, ölərkən ruhun tərk edib çıxdığı və torpağa basdırılan fiziki bədəndir. O biri bədən isə tam fərqli xüsusiyyətlərə malik lətif və zərif quruluşdadır. Qiyamət günündə ruh həmin bədənə daxil ediləcək.

Şeyxilər Həzrət Mühəmməd Peyğəmbərin (s) fiziki mənada meraca getdiyini qəbul etmirlər. İddia edirlər ki, o həzrət səmanın hər bir qatında həmin qata uyğun olan bir forma qazanmışdır.

Şeyxilər Qurani-kərimin ayələrini rəmzi mənalarla şərh edir, hər bir ayənin zahiri mənasından əlavə, simvolik anlamını (təvilini) da verməyə çalışırdılar. Onlar şəriət hökmlərində əxbari yolunu izləyir, ictihad və təqlidi qəbul etmirdilər.

Şeyxilər imamların məzarı üzərində tikilmiş məscidlərdə namaz qılarkən sair şiələrdən fərqli olaraq məzarın baş tərəfində deyil, ayaq tərəfində durur və beləliklə, üzlərini məzara doğru çevirirdilər. Bunu imamların ruhuna hörmət əlaməti kimi yozurdular. Cəfəri əqidəsincə, namaz zamanı müqəddəs şəxslərin məzarı belə, insanın arxasında qalmalıdır; namaz qılanla qiblə arasında məza¬rın yerləşməsi düzgün sayılmır. Buna görə də şeyxilər çox vaxt cəfəri şiələrini “bala-səri” (məzarın baş tərəfində duranlar), özlərini isə “püşti-səri” (məzarın arxasında duranlar) adlandırırdılar. Məhz imamların məzarına üz tutaraq namaz qılmaları şeyxilərin imamları tanrı saymaları barədə fikirlərin yaranmasına gətirib-çıxarmışdır.

Şeyxiyyə təliminin əsasında yuxarıda adları çəkilən tövhid, nübüvvət və imamətdən başqa daha bir təməl prinsip də durur ki, bu da “rükni-rabe” (dördüncü təməl) adlanır. “Rükni-rabe” hər dövrdə zəmanənin imamı ilə ümmətin arasında əlaqə saxlamaq məsuliyyətini daşıyan şiə məzhəbli xüsusi vasitəçi şəxslərin mövcudluğuna inam deməkdir. Bu vasitəçilər iki dərəcəyə bölünür. Imamla ümmətin əlaqəsini 30 nəfər “nəqib” və 7 nəfər “nəcib” həyata keçirir. Peyğəmbər za¬manında bu məsuliyyət Salmani-farsinin, İmam Hüseyn (ə) dövründə Əbülfəzl Abba¬sın, XII imamın kiçik qeybət mərhələsində isə 4 naibin öhdəsində idi. “Rükni-rabe” təlimi Əhsainin və Rəştinin əsərlərində ötəri şəkildə nəzərə çarpır, bu məsələni qabardan Mühəmmədkərim xan Kirmani olmuşdur. Buna görə də, şeyxiyyənin bəzi qolları “rükni-rabe” təlimini qəbul etmirlər.

Şeyxiyyə cərəyanı bir neçə qollara bölünmüşdür. Bunların ən məşhuru Mühəmmədkərim xan Kirmaninin yaratdığı kirmaniyyə qoludur. Hal-hazırda onların başçısı Bəsrədə məskunlaşmış Hacı Seyid Əli Musəvidir.

Kirmaninin şagirdi Mirzə Mühəmməd Baqir Həmədaninin ardıcılları baqiriyyə qolunu təşkil edirlər. Şeyxiyyə cərəyanının Cənubi Azərbaycandakı ardıcılları isə siqqətül-islamiyyə, hüccətül-islamiyyə, ehqaqiyyə kimi qollara ayrılmışlar.

Şeyxiyyə cərəyanı babiliyin və bəhailiyin yaranması üçün zəmin rolunu oynamışdır. Babiliyin banisi Seyid Əlimühəmməd Bab (1819-1850) Seyid Kazim Rəştinin şagirdi idi. Rəştinin vəfatından sonra şeyxilərin bir hissəsi Baba qoşulub onu özlərinə lider kimi qəbul etdilər. Lakin şeyxiyyə cərəyanının bəzi başçıları babilərə qarşı əks mövqedə durdular. Hətta bəzi şeyxiyyə alimləri Seyid Əlimühəmməd Babı kafir adlandırıb edamına fətva vermişdilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor