Əxlaqsız din, dinsiz əxlaq olmur |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-09-2016, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 294
Əxlaqsız din, dinsiz əxlaq olmur

İslam əxlaqının tövhid kimi kökləri vardır. Din həqiqətdə əxlaq sütununun üzərində qurulmuşdur. Allaha etiqad bəsləmək bütün əxlaq fəaliyyətlərinin mehvəridir. İnsanda Allaha yaxınlaşmaq stimulu yardır.
Şəhid Mütəhhəri buyurur: “Allahı tanımaq - əxlaqın sütunudur. Insaniyyət əxlaq olmadan məna kəsb etməz. Həm də mənəvi məsələ əxlaq olmadan məna qazanmaz. O zaman ki, bəşər ruhunda sütun olmaz, insanlıq nə üçün olar? (Bu əxlaqın) sütunu yoxdur”.
Belə bir sual yaranır ki, əgər iman olmadan əxlaqlı olmaq mümkün deyilsə, bəs niyə Avropa ölkələrinin bir çoxunda yalandan, töhmətdən, oğurluqdan çəkinirlər?
Şəhid Mütəhərri bu haqda buyurur: “Bu sözləri çox eşitmişəm. İnsanın üç növ mənliyi vardır.
1. Şəxsi mənliyi.
Bəzi vaxtlar insan ancaq özünü görür və ətrafında elə bir dairə çəkib ki, özündən başqasını görməsin. Özündən başqa hamısı bu dairədən xaricdə qalırlar. Bu, özünə pərəstişin zəif formasıdır.
2. Ailə mənliyi.
Bəzi vaxtlar insan ancaq öz ailəsini görür. Onunla çox gözəl və mehriban rəftar edir. Ancaq evdən bayırda bütün rəzil sifətlərini nümayiş etdirir.
3. Milli mənlik.
Bəzən görürük ki, insan öz millətindən başqasını görmür və bu ailə mənliyinə bənzəyir. Yəni ailə üzvlərinə qarşı düz danışar və mehribandır, öz millətinə qarşı mehribandır, ancaq başqa millətlərə qarşı belə deyildir. Avropa ölkələri də bu cürdür. Öz millətinin etdiklərini dəyərli hesab edir, ancaq başqa millətləri saymamazlığa vurur”.
Nəticədə demək olar ki, din və əxlaq bir-birindən ayrılmaz bir varlıqdır. Dinsiz əxlaqın mənası olmadığı kimi, əxlaqsız dinin də dəyəri olmaz. Hər ikisi bir-biri ilə rabitədə həqiqi din və dindarı yaradarlar.
İmam Sadiq (ə) buyurur: “Əgər sənin ömründən iki gün qalsa, bir günü əxlaq və ədəbin üçün qərar ver ki, ondan ölüm günündə yardım alasan”.
İmam Musa Kazım (ə) buyurur: “Ən lazımlı elm - qəlbin xeyrinə və ziyanına olana agahlığın olmasıdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər