Qorbaçov: "Yeni əxlaq lazımdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-04-2016, 15:24 | Şərh sayı: (0) | Baxılıb: 351
Qorbaçov: "Yeni əxlaq lazımdır"
SSRİ-nin sonuncu lideri Mixail Qorbaçov mövcud qlobal siyasi sistemlə bağlı məqalə yazıb.
Qorbaçov yazıda özü də daxil olmaqla bəzi siyasətçilərin Soyuq müharibəyə son qoyduğunu, lakin əlaqələrdəki sürətli yaxınlaşmanın sonadək davam etmədiyini qeyd edib:
"Qloballaşmış dünya 21-ci əsrdə hara gedir? İnsanlar bu sualı get-gedə artan bir qayğı ilə soruşur. Mən də onlardan biriyəm. 1974-1992 illərdə Almaniya xarici işlər naziri olmuş Hans-Ditrix Qenşer ilə tez-tez bu sualı bir-birimizə verirdik: yanlış gedən nə idi?
Ortaq səylər nəticəsində Soyuq müharibəni bitirən bizim nəsil vəzifəsinin öhdəsindən gəldi. Ancaq bu gün narahatlıq, ədalətsizlik və hərbiləşmiş dövlətlər görürük.
Soyuq müharibədə Qərbin qələbəsini elan edənlər yeni və ədalətli bir təhlükəsizlik sistemini qurmağı rədd edənlərdir. Hazırda dünyanın məsuliyyətinin böyük hissəsini onlar daşıyır. Dünya liderləri anlamır ki, yeni rəhbərlik qaydaları və yeni bir əxlaq lazımdır".
Qlobal güclərin problemlər qarşısında aciz qaldığını deyən Qorbaçov ölkələrin sürətlə silahlandığını vurğulayıb:
"İndi yeni silah yarışı başlayıb. Ekoloji böhran davam edir. Zəngin və kasıb ölkələr arasındakı uçurum artmaqdadır. Bu problemləri həll edə biləcək qurumlar - BMT və G20 isə həmişə gecikir".
Məqalənin son hissəsində Qərb-Rusiya münasibətlərinə toxunan Qorbaçov sanksiyaların fayda verməyəcəyini deyib:
"Qlobal problemlərin həllində Rusiyanın əhəmiyyətli rolu var. İndi Qərbin Rusiyanı təcridetmə cəhdlərindən imtina etməsi zamanıdır. Bu, heç vaxt nəticə verməyib. Əks təqdirdə dialoq olmaz, etibarı qazanmaq üçün şans yaranmaz. Heç kim Rusiyanın qarşılaşdığı iqtisadi çətinliklərdən sonra dünyada ikinci bir rolu qəbul edəcəyini gözləməməlidir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər