İzzət - insanlardan ehtiyacsız olmaqladır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 28-01-2015, 01:18 | Şərh sayı: (0) | Baxılıb: 630
İzzət - insanlardan ehtiyacsız olmaqladır
Bütün insanlar Allah qarşısında ehtiyac sahibi və möhtacdırlar. Ancaq insan, digər bir insan qarşısında ehtiyac sahibi ola bilər. Məsələn bir xəstənin sağalması üçün həkimə ehtiyacı vardır, həkimin evini təmir etməsi üçün fəhləyə ehtiyacı vardır. Bu, ictimai həyatın təbii qanunudur. Möminin ehtiyacsız olmağı o mənadadır ki, zillətə düşməsin. Mühüm olan budur ki, başqalarının ehtiyacını minnətsiz yerinə yetirəsən. Minnət qoymaq - əxlaq rəzilliklərindən biridir.
Mömin bacardığı qədər öz ehtiyacını özü ödəməyə çalışmalıdır, səbir etməli və heç kimə əl açmamalıdır. Ona görə də mühüm və dəyərli olan odur ki, insanda qənaət ruhiyyəsi olsun.
Gözün başqalarının verdiyində olmasın.
"Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. ("Hicr” 88).
Dünya nemətləri davamlı deyildir və dərdi-sər gətirər. Elə bir şey deyildir ki, gözü özünə cəlb etsin. Allahın əta etdiyi Quran neməti qarşısında isə ümumiyyətlə heç nədir. Ona görə də başqalarının əlində olan maddi nemət və sərvətə görə qəmgin olmamalıyıq.
Ona görə də ilk əvvəl insanların əlində olana göz tikmə. İkincisi isə ondan məhrum olduğun üçün qəm yemə. Əgər onlara malik deyilsənsə, qəmgin olma, çünki buna dəyməzlər.
Həzrət Peyğəmbər (s) buyurur: "Ehtiyacsızlıq sərvətin çox olmasilə deyildir. Ehtiyacsızlıq - ancaq ehtiyacsız ruhiyyədədir”.
İmam Əli (ə) buyurur: "Öz qəlbində insanlara ehtiyac ilə ehtiyacsızlığı bir yerə topla. Sənin onlara ehtiyacın mülayim danışmağında və xoş üzlü olmağındadır. Sənin onlardan ehtiyacsız olmağın isə abrını pak saxlamaqda və izzəti hifz etməkdədir”.
İmam Sadiq (ə) buyurur: "Möminin şərafəti - gecə oyaq qalmaqda və izzəti insanlardan ehtiyacsız olmaqdadır”.
İmam Səccad (ə) buyurur: "Bütün xeyir və yaxşılığı insanların əlində olana tamah etməkdən çəkinməkdə gördüm, hər kim insanlara heç bir ümid bəsləməz və işini Allaha tapşırarsa, Allah Təala onu yerinə yetirər”.
İmam Sadiq (ə) buyurur: "İnsanlardan hacətini istəmək - izzətin məhv olmasına və həyanın getməsinə səbəb olar. İnsanların əlində olandan ümidsiz olmaq - möminin öz dinində izzətli olmasına səbəb olar”.
İmam Baqir (ə) buyurur: "İnsanların əlində olana ümidsiz olmaq və göz yummaq - möminin izzətinə səbəb olar. Məgər Xatəmin bu sözünü eşitməmisən ki, deyər: "Ümidsizliyi qərara alsan və qəlbin onunla tanış olsa, ehtiyacsız olar və tamahkarlığı yoxsulluq bilərsən””.
Allah Təala bizləri Özündən başqa heç kəsə möhtac etməsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər