RSS
 

Login:
Şifrə:
» » Əməli əxlaqın əhəmiyyəti

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əməli əxlaqın əhəmiyyəti

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-05-2016, 18:18 | Şərh sayı: (0) | Baxılıb: 734

Əməli əxlaqın əhəmiyyəti


Əməli əxlaqın əhəmiyyətiƏxlaq elmində əməl insan xarakterinin göstəricisi olduğundan diqqət mərkəzində durur. Başqa sözlə desək, əxlaq elmində ədəb və hökmlər hüquqi və məsuliyyət cəhətdən deyil, faydalı olduğundan araşdırılır. Məsələn, əgər bir şəxsdə nadir hallarda, təsadüfən bir hərəkət müşahidə olunursa, fiqhi və hüquqi cəhətdən beşlik hökmlərin birinə-vacib, haram, müstəhəb, məkruh, mübah aid olmasına baxmayaraq, bu, əxlaq elmi çərçivəsindən xaric bir hərəkət sayılır. Ondan fərqli olaraq, əgər edilmiş hərəkət insanın xasiyyəti ilə birbaşa bağlı olub onun mənəviyyatında iz qoyursa, bu, artıq əxlaq elminin tədqiqat obyektinə çevrilmiş olur. Fiqh və əxlaq elmində ədəb və sünnələrin bir çoxunun birgə qeyd olunması da məhz bu cəhətdən diqqəti cəlb edir, ancaq belə qeydlər müdaxilə və təkrara səbəb olmur, çünki hər iki tədqiqat obyekti bir-birindən fərqlənir. Fiqh elmində söhbət hər bir şəxsin üzərinə düşən məsuliyyətə görə vəzifəsini yerinə yetirməsindən və cəmiyyətdə hüququnun müəyyən edilməsindən gedir. Lakin əxlaq elminin əsas predmeti ali əxlaqi dəyər və insani keyfiyyətlərdir. Əxlaq elmi insan əməlinin faydasından bəhs edir. Belə ki, əgər bu faydanı onun öhdəsindən götürüb əxlaq elmindən kənar etsək, başqa istiqamətə yönəltmiş olarıq.
Əxlaq elmi digər elmlərlə də əlaqədardır. Onları ayıran cəhət isə yenə də mövzunun həmin əxlaqi və dəyərli cəhətidir. Məsələn, əxlaq elmində zərurətə görə nəfsani qüvvələrin və onların arasındakı təsirin necəliyi haqda çoxlu bəhslər vardır. Bunlar bir cəhətdən psixoloci mövzu olduğundan psixologiyaya aiddir. Ancaq əxlaq elmində insanın daxili nəfsani qüvvəsinin müzakirə olunmasına ona görə dəyər verilir ki, onlar insanın formalaşmasına və mənəviyyatına təsir göstərir. Qısaca desək, elm və fəlsəfə əxlaqa və əxlaqi dəyərlərə xidmət göstərə bilər, amma əxlaq elmində daxili qüvvələrin elmi və fəlsəfi cəhəti yox, onların əxlaqi dəyəri müzakirə olunur. Ümumiyyətlə, nəfsani qüvvələr və əməllərin hüquqi və məcburi təsirləri hüquq və fiqh elmi ilə əlaqədardır. Belə ki, insanın nəfsani qüvvəsində olan psixi gerçəklik və reaksiyalar psixologiya elminə aid olan məsələlərdir. Cismin və ruhun qarşılıqlı təsiri və təsir altına düşməsi, nəfsin zatı və kamillik hərəkəti, ölümdən sonra ruhun sağ qalması məsələləri fəlsəfə elminə aiddir. Onu əxlaq elmində müqəddimə və əxlaqi dəyər mövzusunun əsası kimi müzakirə etmək olar.

Nəticə

Əmələ qiymət verən amil nəzəri və elmi cəhətdən yox, əxlaqi baxımdan dəyərli olmalıdır. Ola bilsin ki, bir şəxs elm və məntiq cəhətdən fəzilət və kəramət barədə fikir yürüdə bilməsin, amma bir çox fəzilətlərə malik olsun və yaxud əksinə, biri elmdən xəbərdardır, lakin bu elmin fəzilət və kəramətindən faydalana bilmir. Əmirəlmöminin Əli(ə) buyurur: «Elə alimlər vardır ki, cahillik və nadanlığı onu məhv edir, lakin elm və biliyi onun harayına yetişmir”.6
Bu nadanlıq və cəhalət həmin əxlaqi-mənəvi çatışmamazlıqlardır ki, alimi məhv edir. Buna görə də əxlaq fəzilət və rəzalət meyarıdır. Burada ədalətə hüquqi və ictimai məsuliyyət kimi yox, əxlaqi dəyər kimi yanaşılır, yəni ədalət əxlaq elmində fəzilət və kəramət kimi hesab olunursa, fiqh və hüquq elmində isə hüquqi-ictimai amil kimi qəbul edilir. Əgər əxlaqi baxımdan ədaləti qəbul etmək könüllü və ixtiyaridirsə, hüquqi cəhətdən isə o, ictimai əhəmiyyətə malik olduğu üçün məcburidir. Aydındır ki, bir şəxs ədalətə cəzanın qorxusundan riayət edirsə, öz qanuni vəzifəsini yerinə yetirmiş olur, lakin əxlaqi nəzərdən bunun heç bir fayda və təsiri yoxdur, çünki ədalət seçimi yalnız fəzilət və güzəştin təşəkkülündə qiymətli hesab edilir.
İtaət adətən qorxu, ümid və zor tətbiq etməklə mümkün ola bilər. Seçim və ixtiyar isə onun əksi olaraq, fədakarlıq, istək, eşq və rəğbətdən doğur. Əli(ə) eşq və məhəbbətlə edilən ibadəti azadələr ibadəti adlandırır, ancaq qorxu və mükafat ümidi ilə edilən ibadəti isə qullar və tacirlər ibadəti adlandırmışdır. Əxlaqi fəzilətlər fitri bünövrədir. Əlbəttə məsuliyyətin ağırlığına dözməyənlər də var. Amma əxlaqi dəyərlərsiz və qayda-qanunla yaşayan az adam tapılar. Hətta aşkarda əxlaqı inkar edənlər belə öz hüquq və azadlıqlarını ciddiyyətlə müdafiə edir hüquqlarının pozulmasından ikrah hissi duyur, özləri bağladıqları əhd-peymana sadiq qalmasalar da, başqalarının onlara qarşı vəfalı olmasını istəyirlər. Belələri əxlaq və əxlaqi fəzilətləri inkar etsələr də, heç vaxt başqalarının üstünlüyünü qəbul etmirlər. Bütün bunlar əxlaqi dəyərlərin fitri olmasına ən yaxşı dəlildir. Bir sözlə, əgər ehtiras və şəhvət hissləri cəmiyyətə hakim kəsilərsə, onun uçuruma doğru yuvarlanmasına və yaxud əksinə, əgər əxlaqi və insani fəzilətlər cəmiyyətdə rəvac taparsa, bütün insanların əmin-amanlıq, xoşbəxtlik içərisində yaşamasına heç bir şübhə yeri qalmaz.
Sonda belə bir nəticəyə gəlmək olar ki, əxlaq elminin predmeti əxlaqi keyfiyyətlərdir. Əxlaqi qayda və qanunlar mənəvi dəyərlərdən hasil olan qanunlardır. Bəzən hüquqi cəhətdən qəbahət sayılmayan bir hərəkət, əxlaqi baxımdan böyük günah, mənəvi aşınma, nöqsan hesab edilir. Məsələn, fiqh və hüquqda insanlar pis niyyətə görə cəzalandırılmırlar, lakin əxlaq elmində niyyət əsasdır. İnsanlar niyyətləri ilə biri-birindən fərqlənirlər. Həmçinin bir işin ictimai maraq və fərdi ehtiyaclar üzündən rəva görülməsi və fiqh elmində də bunun mübah (izn verilmiş, haram və məkruh olmayan) hesab edilməsi mümkündür, amma onun mənfi əxlaqi təsirlərini nəzərdən qaçırmaq olmaz. Məsələn, insan xasiyyət və psixikasında yaratdığı fəsadları unudaraq yalan danışmağa, qeybət etməyə məcbur olur. Əxlaq alimləri belə tövsiyə edirlər ki, tövriyə7 etmək imkanı olan yerdə yalan danışılmasın. Əlbəttə, əməllərdən bəzisi həm fiqh və həm də əxlaq elmində qadağan olunmuşdur. Məsələn, qeybət, yalan, töhmət və s. Lakin hər iki elm bu məsələlərə müxtəlif prizmalardan yanaşır. Fiqh elmi mövzunun hüquqi cəhətini öhdəsinə götürür8 , əxlaq elmi isə əxlaqi fəzilət və qəbahətləri şərh edir. Məsələn, qeybətin iki cəhəti vardır: birinci cəhət odur ki, qeybət möminin əziyyətinə və hörmətinin aradan getməsinə səbəbdir. Bu da fiqh elmində haram əməllərdən və böyük günahlardan hesab olunur. İkinci cəhət bundan ibarətdir ki, qeybət ruhi xəstəliyin bir növüdür. Bu isə ali insani dəyərlərə ziddir. Təkrar etməklə də insanı öz həqiqi simasından çıxarıb onu yırtıcı heyvana döndərir. Məhz mövzunun bu tərəfi əxlaq elminə aiddir. Birinci hissədə qeybəti olunanın razılığını (halallığını) əldə etməklə qarşısını almaq olar. İkinci hissədə isə təkcə halallıq almaq kifayət etmir. Burada qəlb aynasının paklanmasına görə ibadət, dua və istiğfara ehtiyac vardır. Odur ki, fiqh elmi təkcə hökmləri bəyan etməklə kifayətlənir, əxlaq elmi isə günahın qarşısının alınması və mənəvi xəstəliklərdən bəhs edir.
«Quran»da qeybət din qardaşının meyidini yeməsi kimi təsvir olunmuşdur. Həqiqətin araşdırılması əxlaq elminə aid olan bir xüsusiyyətdir, belə ki, insanın qeybət etmək yalan danışmaq nəticəsində yırtıcı, vəhşi heyvan dərəcəsinə və yaxud cansız üfunətli meyid surətinə düşməsi barədə aparılan tədqiqatlar sırf əxlaq elmi əhatəsində olan bir mövzudur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor