Qeyb tarixi və onun xüsusiyyətləri
Bəziləri kiçik qeyb dövrünün sərdabədən başlandığını bildirirlər. Onların fikrincə, Mötəmədin məmurları həzrətin Samirradakı evinə basqın etdiyi vaxtdan həzrətin kiçik qeyb dövrü başlamışdır. Biz qarşıdakı söhbətlərimizdə sərdabə əhvalatı haqqında danışacağıq. Biz bu baxışı düzgün hesab etmirik. İmam Mehdi (ə) Abbasilərin hücumu zamanı qeybə çəkilməmişdir. Bu qeyb həmin basqın hadisəsindən qabaq baş vermişdir.
Bəzi alimlər, eləcə də, şeyx Müfid kiçik qeyb dövrünün həzrətin dünyaya gəlişi zamanından başladığını bildirirlər. Amma əksər imamiyyə alimləri bu baxışı qəbul etmirlər.
Üçüncü baxışa əsasən, kiçik qeyb dövrü imam Həsən Əsgərinin (ə) şəhadətindən və birinci səfir Osman ibn Səid Əmri təyin olunduqdan sonra başlamışdır. Bu hadisələr hicri 260-cı il rəbiül-əvvəl ayının səkkizinə təsadüf edir. Kiçik qeyb dövrü son səfir Əli ibn Məhəmməd Səməri hicri 329-cu il, şə’banın on beşində dünyasının dəyişdiyi vaxt başa çatmışdır. Beləcə, kiçik qeyb dövrü 69- il davam etmişdir.
Bu baxışı əksər imamiyyə alimləri qəbul edirlər. Kiçik qeyb dövrü həzrətin imamət dövrüdür və bu dövrdə həzrətin dörd səfiri fəaliyyət göstərmişdir. Başqa sözlə, kiçik qeyb dövrünün iki xüsusiyyəti vardır. Onlardan biri həzrət Mehdinin (ə) imamlığı, digəri isə dörd naibin səfirliyidir. Bu iki xüsusiyyətə əsasən, imam yalnız kiçik qeyb dövründə qeybə çəkilmişdir. Hansı ki, imamın xəlvətə çəkildiyi dövrdə bu iki xüsusiyyət olmamışdır. - See more at:
Mövzu üzrə başqa xəbərlər:
- Böyük və kiçik qeybət dövrləri nə deməkdir?
- Kiçik qeyb və böyük qeyb (“qeybəti-suğra”, “qeybəti-kubra”) nə deмəkdir?
- Sonuncu Peyğəmbərin (s) hədislərində uzunmüddətli qeyb dövrü
- Uzunmüddətli qeyb dövrü ilə necə tanış olaq?
- Uzunmüddətli qeyb dövründə İmam Mehdinin (ə.f) həyatı
- İmam Mehdinin (ə.f) başına gələnlər əfsanədirmi?
- İmam Mehdinin (ə.f) xüsusi naibləri
- İMAM MEHDİ (Ə) VƏ XÜSUSİ NAİBLƏR (VƏKİLLƏR)
- Peyğəmbər (s) qeyb aləmindən xəbərdar idimi?
- Qısamüddətli qeyb dövründə İmamla görüşənlər
- İmam Mehdinin (ə.f) iki qeyb dövrü
- Qısamüddətli qeyb dövrünün şiə alimləri
- Məsum İmamlar qeyb haqqında nə buyurub?
- İmam Mehdinin (ə.f) xarici görkəmi və yaşı
- Uzunmüddətli və qısamüddətli qeyb dövrünün fərqləri
- Qeyb dövrünün xüsusiyyətləri
- Qeyb dövrü və İmam Mehdinin (ə.f) xüsusiyyətləri hədislərdə
- Qeyb tarixi və onun xüsusiyyətləri
- Qısamüddətli qeyb dövrünün xüsusiyyətləri
- İmam Mehdi əleyhissəlamın həyatı barədə qısa mə'lumat
