RSS
 

Login:
Şifrə:
» » Allahın zikri və Onunla ünsiyyət

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Allahın zikri və Onunla ünsiyyət

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-06-2016, 19:38 | Şərh sayı: (0) | Baxılıb: 589

Allahın zikri və Onunla ünsiyyət


Allahın zikri və Onunla ünsiyyətBehişt əhlindən bir dəstəsi Allahın öz xüsusi bəndələri üçün hazırladığı təamlara e’tina etməzlər. Me’rac hədisinin davamında oxuyuruq: "Behiştdən olan bu dəstənin ləzzəti behişt təamı və pak şərab deyil. Onlar Allahın zikri və Onunla söhbətdən ləzzət alarlar.” Bəs bu insanlar Allahın zikri və Onunla söhbətdən hansı ləzzəti alırlar ki, digər behişt ləzzətlərinə e’tiraz etmirlər? Məsələni aydınlaşdırmaq üçün bir misal çəkək: Rəngarəng süfrə arxasında oturmuş insan təbii ki, süfrədə qoyulmuş ən dadlı təamlara meyl edəsidir. İstənilən bir şəxs süfrədəki təamlardan daha dadlı olan təama əl uzadır. Şübhəsiz ki, övliyalar behişt təamının ləzzətindən xəbərsiz deyillər. Onların e’tinasızlığının səbəbi daha üstün bir ləzzətin, Allahla ünsiyyət ləzzətinin olmasıdır. Bu ünsiyyət behiştin bütün təamlarından və pak şərablarından üstündür. Əgər bir şəxs tox olarsa, ən dadlı yeməklər də ona ləzzət verməz. İnsan təamdan o vaxt ləzzət alır ki, aclıq hiss etmiş olsun. Susamamış bir insan sudan böyük bir ləzzət ala bilməz. İndi sual oluna bilər ki, insan daha çox nəyə ehtiyaclıdır? Təbii ki, orqanizmimiz suya və təama daha çox ehtiyac duyur. Amma bu ehtiyaclar maddi bir ehtiyacdır. Amma insanın insanlığı onun qarnında deyil. İnsanın ruhi, mə’nəvi ehtiyacları da var. Bu ehtiyaclar maddi ne’mətləri elə üstələyə bilər ki, ac və susuz insan mə’nəvi ləzzətlər dalınca qaçar. İnsanın ruhunun ən böyük ehtiyacı Allahdır. Əgər istənilən bir ehtiyac Allahın müəyyən bir ne’məti ilə tə’min olunursa, ruhun son ehtiyacı yalnız və yalnız Allahdır. Bir şeyin vücuda gəlməsi üçün Allahın istəyi kifayət edir. Bütün varlıq aləmi Allahın iradəsi nəticəsində ərsəyə gəlmişdir. Əgər Allahın istək və iradəsi kəsilərsə, bütün varlıq aləmi puç olar. Əgər insan varlıq aləmində iynə ucu qədər çəkisi olmayan bir tikə təamdan böyük ləzzət ala bilirsə, təbii ki, bütün varlıq aləmini yaratmış Allahla ünsiyyətin ləzzəti misilsizdir.
İnsanın havaya, suya və digər şeyə olan bütün ehtiyacları əslində Allaha olan ehtiyacdır. Bəşərin ehtiyaclarını və bu ehtiyacları tə’min edən ne’mətləri sayıb qurtarmaq çətindir. Amma bütün ne’mətləri yaradan da, bütün ehtiyacları ödəyən də Allahdır. İnsan ən müasir hesablama texnikalarından istifadə etsə belə, öz ehtiyaclarını sayıb qurtara bilməz. Əgər insan öz ehtiyacının kökünü və onu tə’min etmək yolunu dərk etsəydi, Allahla ünsiyyətin nə qədər böyük ləzzət olduğunu anlayardı. Dünyanın ən ali ləzzətləri başdan ayağa möhtac olduğumuz Allahın ne’mətlərinin zəif bir işartısıdır. Əgər insan öz ehtiyaclarını və bu ehtiyacların kimin tərəfindən ödəndiyini anlaya bilsəydi, Allahla ünsiyyətdən böyük ləzzət alardı. Behişt əhli bu iki məsələni çox gözəl anlamışdır ki, ehtiyac nədir və bu ehtiyacı yalnız Allah tə’min edə bilər.
Qur’ani-kərimdə alçaq, münafiq, kafir bəndələrə veriləcək əzab haqqında danışılarkən ən böyük əzab haqqında belə buyurulur: "Onlar Allahın mərhəmətindən o qədər uzaqdırlar ki, Allah onlarla danışmaz və onlara nəzər salmaz.”
Əgər Allahın öz bəndəsi ilə danışmaması, ona nəzər salmaması ən böyük əzabdırsa, əksinə, bir bəndəyə nəzər salması və onunla danışması ən böyük mərhəmətdir. Bu məsələni dərk etmək çox mühümdür. Bir misal çəkək. İki uşaq bir-birləri ilə ünsiyyətdə olub dostlaşdıqları zaman əgər biri o birindən inciyərsə, onun öz yoldaşına ən böyük cəzası küsmək olur. Küsmüş uşaq o biri ilə rastlaşdıqda ona baxmır, üzünü yana çevirir. Bir-birini sevən insanlar üçün belə bir əzab çox ağırdır. Uşaq vaxtı öz fitrətinin tələbi ilə mehriban bir baxışı hər şeydən üstün tutan insan, təəssüf ki, yaşa dolduqdan sonra eyni ehtiyacları lazımınca qiymətləndirmir. Uşaq vaxtı küsməkdən acı bir cəza tanımayan insan bir qədər yaşa dolduqdan sonra heyvan səviyyəsinə enərək yalnız dünya malı əldə etdikdə sevinir və dünya malını itirdikdə qəmlənir. Hansı ki, mə’nəvi ləzzətlərin maddi ləzzətlərlə müqayisəyə gəlməyənəcək dərəcədə çəkiyə malik olması ağıllı insanlarda şübhə doğurmur. Təəssüf ki, mə’nəvi ləzzətlərin dərk olunmasında həmin alçaq maddi ləzzətlər böyük bir maneəyə çevrilmişdir. Qarın, geyim və sair dünya ləzzətlərinə əsir olmuş insan Allaha olan ehtiyacını hiss etmir. Yaş ötdükcə uyğun həqiqətləri yetərli şəkildə anlamalı olan insan maddi işlərlə baş qataraq, heyvansayağı bir həyat sürür. Belə bir rəzil vəziyyətdən qurtulmaq üçün çalışmaq lazımdır. İnsan nəyə çox diqqət yetirirsə, ona da daha çox bağlanır. Mə’nəvi ne’mətlərdən zövq almaq üçün maddi ne’mətlərə diqqətimizi azaltmalıyıq.
Gecə-gündüz iş-peşəsi ləzzətli yeməklər ardınca qaçmaq olan insan günbəgün daha da heyvanlaşır. Artıq onun iç gözü tutulur və yemək-içməkdən qat-qat üstün mə’nəvi ləzzətlərin olduğunu hiss etmir. Bəli, bu çirkin vəziyyətdən qurtulmaq üçün dünya ne’mətlərinə göz yummaq lazımdır. Yalnız maddi ne’mətlərə arxa çevirdikdən sonra mə’nəviyyat səmasının ulduzları görünməyə başlayır. Mə’nəvi ləzzətlər o qədər üstündür ki, hətta behişt əhlinin bir dəstəsi axirətin misilsiz təam və pak şərablarına nəzər salmır. Bəli, onlar üçün daha böyük ləzzət var. Bu, Allahın zikri və onunla danışmaq ləzzətidir. Aşiqlik iddiasında olan kəs uzun ayrılıqdan sonra mə’şuqla görüşdüyü vaxt süfrəyə girişib qarnını doldurursa, maddi ne’mətləri mə’şuqu ilə ünsiyyətdən üstün tutursa, onun iddiaları şübhə doğurmaya bilməz.
Axirətdə behişt təamlarına nəzər salmayan insanlar dünyada da eyni cür rəftar etmiş insanlardır. Əgər bir kimsə dünyada yemək-içməyə həvəskar olarsa, şübhəsiz ki, behiştdə də bu həvəsin əsarətindən qurtula bilməz. Çünki insanın axirət istəkləri onun dünya istəklərinin davamıdır. Axirətdə insanlara verilən ləzzət onların dünya istəklərinə uyğundur. Allah-təala Qur’ani-məciddə buyurur: "Onlar behişt meyvələri verildiyi vaxt deyərlər ki, bu meyvələr bundan qabaq dünyada bizə verilən meyvələr kimidir.”
Əgər insan əvvəlcədən bir meyvənin, bir təamın dadını bilməzsə, təbii ki, onu gördüyü vaxt düzgün dəyərləndirə bilməz. Ne’mət odur ki, insan əvvəlcədən ona əlaqəli olsun. Qur’ani-kərimdə oxuyuruq: "Orada (behiştdə) onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır.”
Dünyada azmı insanlar peyğəmbərlərlə, övliyalarla söhbəti digər dünya ne’mətlərindən üstün tutmuşlar?! Çünki bu insanlar daha böyük ləzzət sorağında olmuş, öz ruhi ehtiyaclarını Allaha diqqətlə tə’min etmişlər. Dünyada peyğəmbərlərlə ünsiyyət onlar üçün Allah ünsiyyətini əvəz etmişdir. Peyğəmbərlərin isə təbii ki, elə dünya həyatındaca Allahla ünsiyyət səlahiyyətləri olmuşdur. Qur’ani-məciddə oxuyuruq: "Allah Musa ilə aşkar şəkildə danışdı.” Allahla ünsiyyətə can atan mö’minlər xalqla boş danışıqdan çəkinmiş, sükuta üstünlük vermişlər. Belələri heç şübhəsiz axirətdə öz arzularına çatasıdırlar. Bə’ziləri məclisə daxil olarkən danışmaq üçün fürsət axtarırlar, bə’ziləri də süfrə salınan kimi ləziz təamlara girişirlər. Amma elələri də var ki, xəlvətə çəkildikdə rahat nəfəs alır və Allahla münacata məşğul olurlar. Cəmiyyət içərisində gündəlik vəzifəsinə məşğul olan Allah aşiqləri xəlvət bir guşəni qənimət sayırlar. Ona görə də həzrət Peyğəmbər həmin insanların əlamətləri haqqında soruşduqda Allah-təala buyurur: "Bir-birlərini boş danışıqdan, qarınlarını yeməkdən saxlayarlar.” Belələri yalnız Allahın razılığını qazanmaq üçün danışır və ibadət qüvvəsi əldə etmək üçün qidalanırlar.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor