İnsanın başqa qidayada ehtiyacı vardır.!?? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-12-2015, 01:17 | Şərh sayı: (0) | Baxılıb: 382
İnsanın başqa qidayada ehtiyacı vardır.!??
İnsanın təbiətinə nəzər saldıqda onun bir çox təbii istək və ehtiyacları əsasında yaranmış bir varlıq olduğunu şahidi olarıq. Misal olaraq yemək, içmək və gündəlik yaşam üçün lazım olan başqa şeylər. İnsan bu ehtiyaclar və istəkləri müxtəlif vasitələrdən istifadə edərək təmin etməyə çalışır. Məhz bu istək və ehtiyaclar insanda yaşam üçün hərəkət yaradır.
Amma bəzən insanlar, insanın yalnız bu şeylərə ehtiyacı olduğunu və onun başqa ehtiyaclarından bixəbər qalırlar. Bu səbəbdən çalışırlar yalnız bu ehtiyacları aradan qaldıracaq vasitələri təmin etmək üçün çalışmağa.
İnsanın yemək, içmək vs kimi şeylərə ehtiyacı olması təbii məsələdir və bunları təmin etməsi üçün çalışması təqdirə layiq bir şeydir.Çünki bunlar insanın rahatlığı və bir çox ehtiyaclarının təmini üçün zəruridir. Necəki Quranda bu nemətlərin insanın üçün yarandığına işarə olunub.
Amma bir şeyi nəzərə almaq lazımdır ki, insanda maddi ehtiyaclardan əlavə mənəvi və ruhi ehtiyaclarda vardır. İnsanların maddi və cismi qidaya ehtiyacı olduğu kimi, ruhi və mənəvi qidayada ehtiyacı vardır.
Təəssüflər olsun uşaq yaşlarmızda valideyinlərmiz bizlərə sadəcə maddi və cismi ehtiyaclardan danışırlar. Bizlərdə bunların təmini üçün çalışırıq. Bu səbəbdən həyatımızda yaranan ruhi və mənəvi boşluqlara diqqət etmirik.Onların təmini üçün heç bir addım atmırıq. Amma bir şeyi nəzərə almaq lazımdır ki, insan həyatında yaranan bir çox problemlər onun ruhi və mənəvi boşluqlarından qaynaqlanır.
21-ci əsirin insanı texnologiya və bir çox sahələrdə bir neçə əsirin insanıyla müqayisə olunmayacaq dərəcədə uğurlar qazanıb. Bu səbəbdən gərək bugünün insanı narahatçılıqlardan uzaq və sakit bir həyata sahib olsun. Amma bugün biz bunun əksinin şahidi oluruq. İnsanlar daha çox narahatçılıqlar keçirir, hətta hər il yüzlərlə intihar hadisələrinin şahidi oluruq. Bunlar hamısının əsas səbəbi 21-ci əsirin insanının əsirlər əvvəlinin insanından fərqli olaraq, mənəvi və ruhi ehtiyaclarından bixəbər olması və bunun təmini üçün heçbir addım atmamasıdır.
İnsan cism və ruhdan təşkil olunmuş bir varlıqdır. Cism və ruh qarşılıqlı bir birinə təsir bağışlamaqdadır. Bu səbəbdən cismi və maddi ehtiyacların kənarında, ruhi və mənəvi ehtiyaclarmızında təmini üçün çalışılmalıdır.
İslam dinin bir çox dinlərdən fərqləndirən cəhəti, onun yalnız insanın maddi və cismi ehtiyacların təmini üçün yol göstərməklə kifayətlənməməsi, insana ruhi və mənəvi ehtiyacların təmin etməyi öyrətməsindədir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər