Allahı sevən Allahın sevdiklərini də sevər |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 16-12-2015, 22:16 | Şərh sayı: (0) | Baxılıb: 562
Allahı sevən Allahın sevdiklərini də sevər
Uca Allah, meracda Peyğəmbərinə öz dostlarını bu xüsusiyyətlərlə tanıdır: "Mənim dostlarım, onlara baxdığım kimi onlarda mənim bəndələrimə baxarlar."
Allah dostlarının ilk və ən diqqətə çarpan sifəti, Allah üçün sevmək və Allah üçün düşmən olmaqdır. İnsanın başqalarını sevməsi Allah sevgisinin bir qismidir, Allahı sevməyən başqasını da Onun üçün sevə bilməz. İnsan, Haqq-təalanı sevdisə, Onu sevən hamını sevməyə başlayacaq, yaxud tam tərsinə, Allahın sevmədiyi insanları da sevməyəcək. Allah dostu olan bir şəxs, insanlara Allahın onlara baxdığı kimi baxar, yəni əgər biri Allahın qatında əziz, qiymətli və seviləndirsə bu insan Allah dostunun yanında da belədir. Allahı sevənin sevgi və düşmənlik meyarı uca Allahdır. Qurani-Kərimin “Firqan” surəsinin 27-29-cu ayələrində deyilir: “Bir gün zalım öz əllərini didər və deyər: “Ey kaş, Allahın Peyğəmbəri getdiyi yolu gedəydim. Vay olsun mənə, kaş filankəslə dostluq etməyəydim. Quran mənə gəlib çatdıqdan sonra, o, məni Allahı yad etməkdən yayındırdı. Şeytan həmişə insanı yalqız qoyub gedəndir.””
Allah dostları ehtiyaclarını xalqdan istəməzlər
İnsan dünyada yaşadığı müddətdə hər zaman bəzi şeylərə ehtiyac duyur. Nə qədər böyüsə, ehtiyacları da o qədər çoxalır. Heç bir şəkildə kimsəyə möhtac olmayan isə yalnız uca Allahdır, hər şey Ona möhtacdır və O heç bir şeyə möhtac deyil.
“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükürə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)” (Fatir surəsi, ayə 15)
İnsanın bütün ehtiyaclarını qarşılayacaq olan yalnız Odur, Allah dostları isə ehtiyaclarını yalnız Ona deyərlər. Ümidləri tək Onadır və Ondan başqasına əsla ümid bağlamazlar.
Duanın və davamlı duaya istiqamətləndirmənin ən əhəmiyyətli hikmətlərindən biri də, insanın hər vaxt bütün ehtiyaclarını Allahdan istəməsidir. Dua sayəsində bu yaxınlıq nə qədər çoxalsa, Allaha olan möhtaclıq və başqalarından ehtiyacsız olmaq hissi də çoxalar, belə ki, artıq ehtiyaclarını Allahdan başqa heç kimdən istəməz. Bunu ən gözəl şəkildə Həzrət İbrahimin oda atılması hadisəsində gördük, Cəbrayıl gəlib ona, “bir istəyin varmı”, - deyə soruşduqda, o ehtiyacını Cəbrayıldan belə istəmədən, "Xeyr" cavabını verdi.
Bu əlaqə, öz həyatımızda da çox rastlaşdığımız bir hadisədir. Məsələn, biri sizdən bir şey istəyir və siz də onun ehtiyaclarını ödəyirsiniz, sonra yenə dəfələrlə onun istəklərini qarşılayırsınız. Bu vəziyyət zamanla sizinlə onun arasında bir səmimiyyət, yaxınlıq və dostluq meydana gətirir. İnsanın Allaha möhtac olması və istəklərini də ondan diləməsi zamanla çox güclü bir dostluq meydana gətirir. İnsanlarla olan dostluqdan daha güclü bir dostluq.
Allah dostları qarınlarını əsla haram malla doldurmazlar
Allah dostlarının bir başqa xüsusiyyəti, dünyanın fani və keçici ləzzətlərinə özlərini təslim etməmələridir. Hətta halal olan nemətləri belə çox istifadə etməzlər, ondan yalnız ehtiyacları miqdarında istifadə edərlər. Halal nemətləri istifadə edərkən, məqsədləri ləzzət almaq və xoşlarına gəldiyini üçün deyil, güc taparaq Allaha daha gözəl ibadət etmək üçündür. Məhz buna görə də İmam Əli (ə) buyurur: “Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kor olar.”
Onsuz da insan, bədənin güc tapıb sağlam olması üçün lazım olan miqdardan çox yediyi zaman bu əks təsirini qoyacaq. Həddindən artıq yemək insanı gücsüz, tənbəl və xəstə edir. İslam Peyğəmbərinin (s) hədisi də bu yöndədir: “Az yeyən şəxsi mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi xəstə olar və qəlbi bərkiyər. Çox yemək qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət etməkdə kar edər.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər