Allahdan nə üçün qorxmalıyıq? |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 4-06-2015, 01:00 | Şərh sayı: (0) | Baxılıb: 2663
Allahdan nə üçün qorxmalıyıq?
Allahdan qorxmaq nə deməkdir? İnsan qorxduğu mövcudu sevə bilərmi? Qorxudan qılınan namazdan necə ləzzət almaq olar?
Qeyd etdik ki, ayə və rəvayətlər Allah qorxusunu müsbət hal kimi tanıtdırırlar. Amma bu məsələyə şübhə ilə yanaşanlar da var. Bəziləri iddia edirlər ki, Allah mərhəmətlidir və Ondan qorxmağa dəyməz. Əslində isə Allahdan qorxan öz əməllərinə görə qorxmalıdır. Allah–təalanın varlıq aləmində hökm sürən qanunlarına görə günah cəza ilə nəticələnir. Qiyamət günü insan Allahın yox, öz günahlarının cəzasına çatır. Təsəvvür edin ki, bir şəxs öz bağına çəkdiyi dəmir hasara cərəyan buraxıb və xəbərdarlıq işarəsi qoyub. Əgər bir kəs xəbərdarlığa məhəl qoymayıb, hasara toxunaraq ölərsə bu hadisənin səbəbkarı bağ sahibi deyil.
Bu qorxu insanda xüşu halı yaradır və onu müxtəlif günahlardan çəkindirir. Amma qəlbində Allah qorxusu olmayanlar min bir cinayətə əl ataraq, nəhayətdə cəhənnəm əzabına düçar olurlar. Demək, Allah qorxusu insan üçün çox faydalıdır və hər bir insan özündə bu halı yaratmağa çalışmalıdır.
ALLAH QORXUSUNUN DƏRƏCƏLƏRİ
Allah qorxusunun dərəcəsi insanın iman mərtəbəsindən asılıdır. Adi insanlarla övliya-ların qorxusu arasında çox fərq var. Övliyalar üçün dünya təhlükələri heç bir qorxu törətmir. "Yunis” surəsinin 62–ci ayəsində oxuyuruq: "Bilin ki, Allahın dostları üçün heç bir qorxu yoxdur və onlar kədərlənməzlər”. Övliyalar zalım rəhbərdən, qaçaq quldurdan və digər dünyəvi təhlükələrdən yox, yalnız və yalnız Allahdan qorxarlar.
Əhli–beytdən (ə) nəql olunmuş dualara nəzər salsaq faydalı qorxunu tanıya bilərik. "Kumeyl” duasında Həzrət Əli (ə) Allaha müraciətlə belə ərz edir: "Tutaq ki, əzabına səbr edə bildim, bəs səndən uzaqlığa necə dözəcəyəm?!” Bu kəlamdan aydın olur ki, övliyaların qorxusu biz düşündüyü-müz qorxu deyil. Onlar Allahın əzabını bizdən çox dərk etsələr də, bu əzabdan yox, Allahın narazılığından qorxurlar. Gəlin etiraf edək ki, bu hissləri anlamaq bir o qədər də asan deyil. Deyilənləri anlamaq üçün məhəbbət bağlılığına nəzər salaq. Aşiqin ən böyük ehtiyacı məşuqun diqqətini cəlb edib ona qovuşmaqdır. Vüsalın ziddi fəraqdır. Aşiq öz məşuqunun fəraqından nalə çəkir. Allahın fərağından nalə çəkənlər də var. Əgər ilahi eşqi dərk etmiriksə, bunun səbəbi mərifətimizin azlığıdır. İlahi eşqdə də vüsal var. Əgər Həzrət Əli (ə) şirin vüsalı dadmasaydı, acı fəraqdan qorxmazdı. Vüsalın şirinliyi məhəbbətin mərtəbəsindən asılıdır. Övliyaların duyduğu ləzzət misilsizdir və bu halla tanış olmaq üçün münacatları mütaliə etmək lazımdır. Bu mütaliələrdən sonra məsum İmamların (ə) ilahi məhəbbətinə heyran qalmamaq olmur.
Hər halda, ilahi məhəbbəti dadanlar üçün ikinci ləzzətli şey yoxdur. İmam Səccad (ə) "Minacatul–muhibbin” duasında Allaha belə müraciət edir: "Pərvərdigara Sənin məhəbbətinin şirinliyini dadan Səndən üz döndərərmi?!” Bu şirinliyi dadanlar üçün ən böyük qorxu vüsaldan məhrum olmaqdır. Bəli, Allah qorxusunun belə bir mərtəbəsi var.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər